Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 12
  • Ermənistan üçün ev tapşırığı belədir: Vaxtı uzadacaqlarsa, uduzacaqlar

Ermənistan üçün ev tapşırığı belədir: Vaxtı uzadacaqlarsa, uduzacaqlar

admin 12/09/2025
sseyid

 

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov sualları cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Səməd müəllim, Azərbaycanla Ermənistan arasında avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar, sülh sazişinin paraflanmasından sonra geri dönməz bir proses başlayıb. İrəvandan da bu günlərdə sülhlə bağlı müsbət mesajlar verilir. Bu halda prosesin nisbətən daha tez yekunlaşması ehtimalını necə dəyərləndirirsiniz?

– İndi elə bir proses başlayıb ki, artıq bunun qarşısını almaq mümkün deyil. Yeni bir reallıq yaranıb və elə bir geosiyasi mənzərə formalaşıb ki, bu aktiv fəaliyyət, dəyişikliklər tələb edən addımların atılmasını tələb edir. Eyni zamanda dünyada gedən proseslər ona dəlalət edir ki, müsbət istiqamətdə cərəyan edən məsələləri qoruyub saxlamaq lazımdır. Çünki bu gün problemli məsələlər, siyasi sifarişlər, böhtanlar gündəmdən çıxmayıb. ABŞ ətrafında baş verənlər, Rusiya-Ukrayna müharibəsinin kəskinləşməsi, Yaxın Şərqdə baş verən proseslər onu göstərir ki, dünya heç də bu regionun inkişaf etdiyi istiqamətdə getmir. Faktiki olaraq, bu gün Azərbaycanın gördüyü işlər kənar təsirləri neytrallaşdıra bilib. Amma bunun fonunda Ermənistan birbaşa zamandan asılı vəziyyətdədir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Ermənistan ev tapşırığını icra etməlidir. Rəsmi İrəvan bu işləri Azərbaycanın yaratdığı yeni reallıq çərçivəsində edə biləcəksə, bu onlar üçün faydalı olacaq.

– Sülh üçün əsas təhdidlər nədən ibarətdir?

– Ermənistan daxilində hələ hansı qüvvələrin baş qaldıracağı ilə bağlı dəqiq məlumatlar yoxdur. Onların nə edəcəkləri, kimi siyasi səhnəyə gətirəcəkləri ilə bağlı ciddi suallar var. Bütün bunlara rəğmən bu saat bütün iqtisadi, siyasi, geosiyasi üstünlüklər Azərbaycanın Vaşinqtonda imzaladığı sənədlərin tərəfindədir. Bu sənədlərin reallaşması üçün Ermənistan, təbii olaraq, aktivlik göstərməlidir. Çünki bu, Ermənistan üçün xeyirli və vacib olan məsələdir.

– Vaşinqton razılaşmalarına qarşı əsas arqumentlər hansılardır?

– 8 avqust razılaşmaları regionda olan məsələləri ondan öncə və ondan sonra baş verən hadisələrə bölüb. Hazırda belə bir xətt müşahidə edilir. Bu xətt isə regionda mövcud olan qüvvələri proseslərə yeni yanaşma ilə münasibət sərgiləməsini tələb edir. Bunu hamı başa düşür, dərk edir. Azərbaycan isə bütün kənar təsirləri neytrallaşdıra bilib. Ölkəmiz müstəqil və suveren siyasət həyata keçirir. Beynəlxalq münasibətlər sistemində bəlkə də Azərbaycan özünün müstəqilliyini, suverenliyini təmin edən ölkələrdən biri kimi xarakterizə olunur. Ermənistan isə hazırda bir dövlət kimi formalaşma prosesindədir. Bu ölkədə seçkilərin keçirilməsi, konstitusiyanın dəyişdirilməsi və hazırkı iqtidarın hakimiyyətdə qalmaq məsələsi var. Eyni zamanda bu ölkənin içərisində üçüncü qüvvə və onun hərbi bazası mövcuddur. Faktiki olaraq, bu gün Ermənistan ərazisindəki dəmir yolları belə onun özünə məxsus deyil. Bütün bunlar isə açıq qalan suallardır. Ona görə də mümkün təhdidlər Ermənistanda daha qabarıq görsənir. Hazırkı geosiyasi konyuktura bu regionun xeyrinə olduğuna görə ermənilər bundan faydalanmalıdır. Bunun əksinə olaraq, növbəti dəfə vaxtı uzadacaqlarsa, uduza bilərlər./teleqraf.com

PAYLAŞIN:

Continue Reading

Previous: Birinci Qarabağ müharibəsinin dörd itkin-şəhidi dəfn olunub
Next: Moskva Ermənistanla dialoqun davam etdirilməsini səbirsizliklə gözləyir – Zaxarova

OXŞAR MÖVZULAR

az-arm-şahin

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb

admin 29/04/2026
WhatsApp Image 2026-04-28 at 17.27.56 (2)

Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib

admin 29/04/2026
zel-ilham-qebele

Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir?

admin 29/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Texnologiya Universitetində iş saatlarında içki məclisi keçirilir – Yaşar Ömərov hara baxır? 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.