Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 16
  • İlham Əliyevin və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın geniş tərkibdə görüşü olub

İlham Əliyevin və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın geniş tərkibdə görüşü olub

admin 16/09/2025
bəə-görüş

 

Sentyabrın 16-da Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:

– Hörmətli cənab Prezident, əziz qardaşım.

Azərbaycana, Qarabağa xoş gəlmisiniz. Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasındakı qardaşlıq, dostluq əlaqələrinə yeni təkan verəcək. Biz Sizinlə həm Azərbaycanda, həm də Birləşmiş Ərəb Əmirliklərində tez-tez görüşürük. Siz keçən il iki dəfə Azərbaycana səfər etmisiniz. Bu il bir neçə ay bundan əvvəl mən Sizin ölkənizə səfər etmişəm. Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bu gün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında, xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir.

Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz, xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər. Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olub. Bilirsiniz ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır.

Digər investisiyayönümlü layihələr üzərində işləyirik. Bugünkü nümayəndə heyətlərinin tərkibi özlüyündə bir göstəricidir. Bu göstərir ki, bizim əlaqələrimiz nə qədər çoxşaxəlidir, nə qədər dərindir, səmimidir və məhsuldardır.

Əziz qardaşım, Qarabağa səfər etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Azərbaycana, Qarabağa xoş gəlmisiniz!

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan çıxış edərək dedi:

– Əziz qardaşım, cənab Prezident.

Dost ölkənizə səfər etməyim və Sizinlə görüşməyim məni, həqiqətən, çox sevindirib. Qonaqpərvərliyinizə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü görüşümüz bizim bu il ərzində üçüncü görüşümüzdür. Həqiqətən, bizim bu ilin iyul ayında Əbu-Dabidəki görüşümüz çox səmərəli və ikitərəfli əməkdaşlığımızın yeni mərhələsinin əsası oldu. İnşallah, ikitərəfli əməkdaşlığımız və əlaqələrimiz, dostluğa, xeyir-bərəkətə əsaslanan münasibətlərimiz ölkələrimizin və xalqlarımızın rifahının daha da artması istiqamətində davam edəcəkdir.

Qardaşım, cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər ötən onilliklər ərzində ardıcıl inkişaf edib və xüsusilə də qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə 2.24 milyard dollara qədər artıb.

İyul ayında ölkələrimiz hərtərəfli iqtisadi əməkdaşlıq haqqında Saziş imzalayıb. Bu sənəd iqtisadi əlaqələrimizə yeni bir təkan verib. İnşallah, bizim müştərək iqtisadi hədəflərimizi həyata keçirmək üçün onun çox böyük təsiri olacaq. Biz Birləşmiş Ərəb Əmirliklərində bu əməkdaşlığı genişləndirməyə davam etməkdə maraqlıyıq, ələlxüsus da inkişaf sektoruna aid olan iqtisadiyyat və bərpaolunan enerji, qida təhlükəsizliyi, həmçinin mədəniyyət sahələrində və əlbəttə ki, digər əhəmiyyətli sahələrdə. Çünki bu sahələr bizim gələcəyimiz üçün çox böyük nəticələr vəd edir.

Cənab Prezident, dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var, onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq.

Cənab Prezident, Siz də qeyd etdiyiniz kimi, enerji sahəsində əməkdaşlığımızda indiyədək əldə etdiyimiz irəliləyişlər məni çox sevindirir. Şübhə yoxdur ki, bu gün ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış Bəyannamə hər iki tərəfin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirir.

Cənab Prezident, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında mədəniyyət sahəsində əməkdaşlığın böyük əhəmiyyəti var. Belə ki, bu sahə ikitərəfli əlaqələri inkişaf etdirməyin mühüm istiqamətidir. Çünki hər iki ölkə mədəni mübadilənin xalqlararası münasibətlərin və əməkdaşlığın körpüsü olduğuna inanmaqla, öz zəngin, çoxnövlü mədəni mirasını qorumaqda maraqlıdır.

Qardaşım, cənab Prezident, Birləşmiş Ərəb Əmirlikləri Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox böyük əhəmiyyət verir, Azərbaycan başda olmaqla, bütün xalqların mənafeyi üçün bölgənin bütün ölkələri ilə əlaqələrini və əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır. Bu xüsusda Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik. Bu münasibətlə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin regionda sülhün və əmin-amanlığın bərqərar olmasına, buradakı xalqların sülh şəraitində yaşamasına hər cür dəstək verməyə hazır olduğunu bir daha vurğulayırıq.

Çıxışımın sonunda qardaşım, cənab Prezident, qonaqpərvərliyinizə görə Sizə bir daha təşəkkürümü bildirir, dost ölkənizə və xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram. Çox sağ olun.

Sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub.

İmzalanmış sənədləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Səid Əl Haceri mübadilə ediblər.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Dövlət Prokurorluğu arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat və Turizm Nazirliyi arasında turizm əməkdaşlığı haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Masdar” şirkəti arasında Azərbaycan Respublikasının yaşıl enerji zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Presight” şirkəti arasında Azərbaycan Respublikasının 2025-28-ci illər üçün Süni İntellekt Strategiyasının icrası üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Əbu-Dabi Limanları Şirkəti” ASC arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair Müqavilə”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə “Presight” şirkəti arasında təhsildə süni intellektin (Aİ) istifadəsinin artırılması sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu” və “Azərbaycan İnvestisiya Holdinqi ilə “Əbu-Dabi inkişaf Holdinq Şirkəti” ASC arasında “Azər-Türk Bank”ın sərmayələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Next: Yasamal Bələdiyyəsində “Qərbi Azərbaycanın Səsi” mövzusunda tədbir keçirilib

OXŞAR MÖVZULAR

09b3225f-1eb9-3a66-b236-55320af1c495_1200

Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb

admin 20/04/2026
ilham-serencam

Prezident İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

admin 20/04/2026
sandu-ilham

İlham Əliyev Antalyada görüşlər keçirdi

admin 17/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.