Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 16
  • MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur

MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur

admin 16/09/2025
etn-kadr

 

Yeni dərs mövsümünün başlamasına görə keçirilən bəzəkli tədbirlərlə balacaların başını aldatsalar da, problemlər köhnədir. Elm və Təhsil nazirinin son mətbuat konfransındakı mənzərəyə baxmaq kifayətdir ki, vəziyyətin nə yerdə olduğunu təkrarən görə bilək. Təhsilin başqa sahələri bir yana, baza təhsili olan ümumtəhsil nə vəziyyətdədir?! Köhnə hamam, köhnə tas. Bir şeirdə deyildiyi kimi, narahat olmayın, heç nə yaxşı olmayacaq.

Bu dəfə sizə dərin təhlil, uzun-uzadı analizlər deyil, konkret gerçəklikdən danışmaq istəyirəm. Ümumtəhsil Agentliyinin (MÜTDA deyirlər) fəaliyyətindən, qurumun başında baş verən olaylardan azacıq məlumatınız olsa, bilərsiniz niyə düzəlmirik, təhsilimiz niyə belə reanimasyon durumdadır. Agentliyin iki illik işi niyə müsbət nəticə vermir? Bu vəziyyət birbaşa rəhbər şəxslər arasındakı münasibətdən və onların peşəkar səviyyələrindən qaynaqlanır.

Bilənlər bilir, bilməyənlər üçün deyim ki, Agentliyin adı var, özünü isə işləməyə qoymurlar. Agentliyin gənc rəhbərliyinə xoşagəlməz halların aradan qaldırmağa nəinki imkan vermirlər, həmçinin neqativ halların artmasına rəvac verənlər, öz əməlləri ilə vəziyyəti ağırlaşdıranlar var. Bunlar kimlərdir və nə edirlər?

Ədalət üçün deməliyik ki, nazir Emin Əmrullayev bütün səhvləri və düzləri ilə islahatlar aparmaq, bacardığı qədər yenilik gətirmək istəsə də, Agentliyin direktoru Eşqi Bağırov ən azı öz perspektivi, öz adını ucaltmaq üçün cəhdlər etsə də, işpozanlar daha mahir oynayırlar. Onların başında zorla MÜTDA-ya direktor müavini gətirilən Arslan Hacıyev durur. Bu adam o qədər bekar qalıb ki, Təhsil idarələrinin rəhbərlərinə ancaq adını internetdən götürdüyü bədii kitabları oxumağı tövsiyə edən göstərişlər yazmaq ideyası ilə rəhbər keyfiyyətlərini göstərir. MÜTDA direktorunun kadrı hesab olunmayan, təhsildən tamamilə uzaq (pesok satan kliçkalı) Arslan Hacıyev Agentlikdə ancaq intriqa yaradır, layiqli kadrları sıxışdırır, iş bilən adamlara mane olur, öz adamlarını müxtəlif vəzifələrə təyin etdirmək üçün təzyiq göstərir və yersiz iddiaları naminə dəridən-qabıqdan çıxır. Deyilənə görə o, MÜTDA-nın direktor müavini olmağa hazırlaşan Nurlan İsmayılovun yerini tutub. A. Hacıyev hələ də əvvəl rəhbərlik etdiyi Qazax-Ağstafa Təhsil İdarəsini kurasiyasında saxlamaq, yerləşdirdiyi kadrları qorumaq üçün mübarizə aparır, Regional Təhsil İdarələrinin müdirlərinə gülünc tapşırıqlar verir.

Həmçinin MÜTDA-nın direktor müavini, Bakı Təhsil İdarəsinin direktor əvəzi Nərminə Hüseynova da nazirin adamıyam yarlığını əlində bayraq edərək Agentliyin rəhbərliyini aşkarca saymır, adi iclas və müzakirələrə qoşulmur, digər region idarə müdirləri üçün pis nümunə göstərir. Ən üzdə olan məktəblərin, yaxşı müəllimlərin Bakıda cəmləşməsinə rəğmən Nərminə Hüseynovanın iki illik rəhbərliyi zamanında etdiyi yeniliklər və qazandığı cahanşümul uğurlar bunlardan ibarətdir:
1)Nazirlikdən gətirdiyi xidməti avtomobilini son model xidməti maşınla dəyişmək (Bu qədər baha maşın puluna bir məktəbi təmir etmək olardı. Müasir xidməti maşın ola-ola yenisini aldırmaq həm də dövlət vəsaitinin göyə sovrulmasıdır. Xidməti maşın da bütün günü şəxsi məqsədlər, ailə üzvləri üçün istifadə olunur).
2)Bir neçə rəfiqəsi, yaxın qohumu, vasitəçilik edən direktorlar və əlaltıları vasitəsilə maraqlı (!) təyinatlar etmək.
3)Külli miqdarda dövlət vəsaiti ayrılmış internat məktəblərinə göydəndüşmə direktorlar yerləşdirmək.
4)İdarədə müəssisə rəhbərlərindən bahalı hədiyyələr toplamaq (sürücüsünün və köməkçisinin tez-tez xidməti maşına qucaq dolusu hədiyyələr daşımasına dair kamera qeydləri əl-əl gəzir).
5)Fotoqraf ərinə iki bahalı-lüks maşın almaq.
6)İdarənin iki müavinini, beş şöbə müdirini kənarlaşdıraraq yerinə təhsili bilməyən, idarəetmə təcrübəsi olmayan öz adamlarını təyin etmək (iş bilməyənlərin, hər əmrini sözsüz yerinə yetirənlərinyanında özünü rahat hiss edir, ona görə yaxın ətrafına gələcək “təmizləmə” planlarını da açıqlayıb).
6)Qoyduğu şərtləri yerinə yetirməyən məktəb direktorlarını, direktor müavinlərini, bağça müdirlərini əmək qanunvericiliyinə zidd olaraq işdən qovmaq (Buna görə də qəzəbə tuş gələnlərin böyük hissəsi məhkəmə qərarı ilə işə bərpa edilir, onminlərlə manat dövlət vəsaiti təzminat kimi onlara ödənilir, büdcə vəsaiti havaya sovrulur).
7)Əmək Müfəttişliyinə rekord həcmdə cərimə ödəmək (səhv əmrlərə görə iki ildə şəxsən 30 min manata yaxın müxtəlif cərimələri hansı vəsait hesabına ödəməsi digər yazının mövzusudur).
8)Rus sektoruna seçim zamanı müsahibə komissiyasının mənfi cavab verdiyi uşaqların bir çoxunu mübhəm şəxsi rəyi ilə müvəffəq etmək (İndiki zamanda bu, şəxsi maraqların təmin olunmasından və rus dilinə şübhəli təəssübkeşlikdən başqa bir şey deyil. Hamı bilir ki, Nərminə Hüseynova ruskoyazıçnı London törəməsidir).
8) Məktəb yeməkxanalarının və idman zallarının icarəyə verilməsindən rəsmi və müqavilədən kənar (!) ödənişlər üzrə ikili mühasibatlıq yaratmaq (Qaydalara görə məktəblərin ehtiyacı üçün sərf olunmalı bu vəsaiti müavini Anarın vasitəsilə bildiyi kimi xərcləyir, heç bir açıq hesabat vermir).
9)Bakıda məktəbli-bağçalı 800-ə yaxın təhsil müəssisəsinin fəaliyyətini iflic hala salmaq (İkivəzifəli xanım bir dəfə olsun təhsilə, tədrisə həsr olunmuş müzakirə keçirməyib. Bakı üzrə son sentyabr konfransında çıxışını isə bir əməkdaşın alayarımçıq, pedaqoji əsası olmayan hesabatı üzərində qurub. Direktorlar həsrətlə gözləsə də heç bir perspektiv proqram açıqlamayıb, fəaliyyət istiqamətləri göstərməyib. Taleyin ironiyasıdır ki, tədbir zamanı işıqlar və mikrafon da bu rəzalətə dözməyərək sönüb. Bundan qəzəblənən xanım hələ də bu təxribatın və ya taleyin labüd silləsinin səbəblərini və günahkarlarını axtarmaqla məşğuldur.MÜTDA-nın Respublika üzrə sentyabr konfransında isə 3-cü sırada fəxri tamaşaçı kimi oturdulmaqla şərəfləndirilib).
10)İşə qəbul imtahanlarını ləğv edərək şəffaflığa arxa çevirmək, subyektiv müsahibələrlə işə qəbul sistemi icad etmək.
11)Böyük və yağlı məktəblərə öz rəfiqələrini direktor təyin etmək və onları yoxlamalardan qorumaq (Son olaraq 20 nömrəli məktəbə öz ən yaxın rəfiqəsini, hansı ki N. Hüseynovanın hər ad günündə də məclisin başda oturur və bütün yağlı xahişləri onun vasitəsilə qəbul edir).
12)Günlərlə işə gəlməmək, işə gələndə isə bir dəstə əshabələrlə qarşılanmaq ənənəsi yaratmaq.

Bunlar Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixləridir. Otağında və bahalı restoranlarda rəfiq və rəfiqələri ilə qurduğu məclislərdə danışılanlar, hətta Agentlik, Nazirlik və sistemin əvvəlki rəhbərlikləri haqqındakı müzakirələri Nərminə Hüseynovanın iddialarının geniş üfüqlərə yayıldığını göstərir.

İxtisası beynəlxalq əlaqələr olan xanım müdirin təhsilə aid bir çıxışını izləyən, oxuyan olmayıb. Bakı Təhsil İdarəsindən bütün peşəkarları pərən-pərən salıb, idarənin direktor müavini professor Hüseyn Əsgərov kimi peşəkar, təhsili dərindən bilən şəxsi də 1 il qabaq işdən uzaqlaşdırıb. Hazırkı iki müavini Xəyalə Əhmədzadə və Anar Qədiməliyev isə yerin boşalmasını, nə vaxt birinci şəxs olacaqlarını gözləməklə məşğuldurlar. Ona görə də hər ikisi sirli şəkildə susur, hələ ki N. Hüseynova haqqındakı sirr boğçasını doldurmaqda maraqlı görünürlər.

Bakı təhsil şefinin idarəyə gətirdiyi şöbə müdirləri bir ayrı aləm vücudlardı. Ümumi təhsil şöbəsinin müdiri Turanə Məcidova ancaq direktorlara hədə gəlməklə və qeyri-praktik tapşırıqlar verməklə məşğuldur. Kadrlar şöbəsinin işini mənimsəyən Turanə xanım kadr bankı kimi çıxış edir, adi müəllimlərin qibtə etdiyi imkanlı namizədləri irəli çəkir. Bu işdə ailə üzvü olan məktəb direktoru da az rol oynamır. Kadr təyinatlarında aldığı rola görə İnsan resursları şöbəsinin müdiri Aygün Bayramova ilə duel vəziyyətindədir. Keçmiş müavin Anar Məmmədovun kadrı olan Aygün Bayramova İdarə rəhbərinin onun haqqındakı gizli planlarını bildiyi üçün hələlik sussa da, Nərminə Hüseynovanın qanuna zidd kadr təyinatları və ya qərəzli işdən azad etmələr haqqındakı əməllərindən ibarət qara çantasını da əlində möhkəm saxlayır, yaxınlarına bununla bağlı pıçıldayır. Yeri gəlmişkən belə qara işlərdən biri ictimailəşib artıq. Nərminə Hüseynovanın yaxın rəfiqəsi (hələlik adını çəkmirik) vasitəsilə olunan xahiş Agentliyin prinsipiallığı və nəzarəti sayəsində həllini tapmır. Təəssüf tamah güc gəlir, verilən vəsait geri qaytarılmır. Şikayət əsasında N. Hüseynova müstəntiq tərəfindən dəvət olunsa da, o saymazlıq göstərir, iş böyüyür. İstintaqçılar özləri Bakı Təhsil İdarəsinə gəlməli olurlar. Sonrası da Nərminə xanım üçün narın-narın davam edir, biabırçılığın böyüyəcəyindən, adlarının (!) hallanacağından narahat olan üstdəki şəxs işə qarışır, məsələ yoluna qoyulur.

İdarənin keyfiyyətsiz fəaliyyəti ilə keyfiyyətə cavabdeh şöbəsinin olmayan işindən isə danışmağa dəyməz.
Təchizat şöbəsi də özlərinin dediyi kimi təcili yardım xidməti göstərirlər, ürəyi gedən binalara valokardin iylətməklə məşğuldular. Digər gülməşəkər şöbə müdirləri də onlardan fərqlənməyən Bakı Təhsil İdarəsində at izi it izinə elə qarışıb ki, təhsildən başqa hər işlə narın-narın məşğul olan Nərminə xanım indi də Yeni Azərbaycan Partiyasının İdarədəki nümayəndəsini dəyişmək eşqinə düşüb. Özü YAP üzvü olmayan N. Hüseynovanın belə əqidədə olması da təəccüblü deyil. Bu haqda daha ətraflı yazımız olacaq.

Azərbaycan təhsilinin sahibsiz olduğunu zənn edən, öz sisteminin rəhbərinə “müəllim”siz xitab edə bilən bu zatlar anlamalıdılar ki, təhsilin əsas himayəçisi ölkə rəhbəridir. Onun belə islaholunmaz, hədbilməz səlahiyyət sahibləri haqqında ölçüsü isə çox təsirli ibrətamiz hekayəyə çevrilir. Çünki təhsil cameəsini narazı salmaq, bu sahəyə ac maraqların təmin olunması yeri kimi baxmaq İlham Əliyevin kursuna qarşı getməkdən yana olmaqdır. O kursdan kənar yol isə uçuruma aparır. Qəzanız mübarək olmasın.

 

Arzu Hüseynova

 

Aktualinfo.org

Növbəti yazımızda:
1)A. Hacıyev RTİ-yə kimi sektor müdiri qoymaq istəyir?
2) N. Hüseynova ipoteka adı altında haradan mənzil alıb?
3)BŞTİ-nin tender oyunları necə aparılır?
4)BŞTİ-də hansı müavinlər rəhbərliyə can atır?
5)MUTDA- BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur?
6)N. Hüseynova nazirə qarşı olan hansı qruplaşma ilə gizli sövdələşmə içərisində bulunur?

PAYLAŞIN:

Continue Reading

Previous: Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
Next: DİM imtahandakı tapşırıqların dərsliklərə uyğun olmaması ilə bağlı narazılıqlara aydınlıq gətirib

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.