Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 16
  • Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON”  MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq

Orxan Mürsəlovun “PERİ CONSTRUCTİON”  MMC-yə verdiyi yarım milyonun aqibəti necə olacaq

admin 16/09/2025
orxan-gbey

 

Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən 20.08.2025-ci il tarixdə başlanılmış “Gədəbəy şəhərində küçələrin asfaltlaşdırılması obyekti üzrə yerinə yetiriləcək əsaslı təmir işlərinin satın alınması” predmeti üzrə keçirilən satınalmada təchizatçılardan “PERİ CONSTRUCTİON” MMC satınalmanın qalibi seçilmiş və onunla 528 175,38 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 15.09.2025-ci ildə dərc edilmişdir.

Aktualinfo.org Gədəbəy rayon İcra Hakimiyyətinin beş yüz min manatdan yuxarı satınalma müqaviləsi bağlamaq istədiyi “PERİ CONSTRUCTİON” MMC  ətrafında araşdırma aparmışdır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PERİ CONSTRUCTİON”   (VÖEN: 1406918661) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.07.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, MİR CƏLAL 4 MKR, ev.35, m.37, qanuni təmsilçisi kimi isə Eminov Saleh Telman oğlu qeyd olunub.

Maraqlıdır, cəmi bir il əvvəl dövlət qeydiyyatına alınmış və cəmi 10 manat nizamnamə kapitalı olan bu MMC beş yüz min manatdan yuxarı dəyəri olan dövlət sifarişini yerinə yetirmək iqtidarındadırmı?

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin 12.12.2024-cü ildə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat var.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq “PERİ CONSTRUCTİON” MMC  Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir. Çox maraqlıdır ki, satınalan təşkilat olaraq Gədəbəy rayon İcra Hakimiyyəti təchizatçı olaraq  “PERİ CONSTRUCTİON” MMC   uyğunluq göstəricilərini hansı sənədlərlə qəbul ediblər?

Göründüyü kimi Gədəbəy rayon İcra Hakimiyyəti tender müsabiqəsinə başlamazdan bir il əvvəl yaradılmış bir MMC ilə satınalma müqaviləsi bağlamağı planlaşdırır. İcra Hakimiyyəti bir iləvvəl dövlət qeydiyyatına alınmış, fəaliyyət sferası, maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi barədə açıq internet resurslarında heç bir məlumat olmayan bir MMC ilə satınalma müqaviləsini hansı əsaslarla bağlamaq istəyir?

Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyətinin digər satınalmalarda da analaoji hallara yol verməsi ilə bağlı Aktualinfo.org elə ötən ilin sentyabr ayında da məlumat yaymışdı. Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyəti 2023-cü ilin okytabr-noyabr aylarında Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların abadlaşdırılması üzrə “BİRLİK-23”  MMC ilə ümumi dəyəri 1 102 141 manat olan iki satınalma müqaviləsi bağlayıb. Həmin vaxt Gədəbəydəki mənbələrdən əldə etdiyimiz məlumatlarda isə bildirilirdi ki, “BİRLİK-23” şirkəti başladığı işi yar-yarımçıq qoyaraq rayonu tərk edb. Yəni Gədəbəy rayon İcra Hakimiyyətinin ümumi dəyəri bir milyon manatdan çox olan bağladığı müqavilələr icra olunmayıb.

Sözügedən müqavilə ilə bağlı medianın sorğusuna Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələdən xəbərdar olduqlarını bildirib və qeyd ediblər ki, “Sözügedən müsabiqə “Dövlət Satınalmaalrı Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv olunması barədə Dövlət Xidməti tərəfindən satınalan təşkilata 12.10.2023-cü il tarixli 3-21-1/2-209051/2023 nömrəli məktub göndərilmişdir”.

Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyəti bu satınalmanı da “Dövlət Satınalmaalrı Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulması ilə keçirib.Belə ki, İcra Hakimiyyətinin portala yerləşdirdiyi məlumatdan da göründüyü kimi satınalmada ümumilikdə 2 (iki) təchizatçı təklif təqdim etmişdir. Amma sözügedən Qanunun 36-cı maddəsinə görə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda ləğv edilməlidir.

Amma göründüyü kimi Gədəbəy rayon İcra Hakimiyyəti qanunu bu tələbini nəzərə almamış, üstəlik maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi müəmmalı olan “PERİ CONSTRUCTİON” MMC -ni qalib seçmişdir. Görsənən odur ki, “BİRLİK-23”  MMC ilə bağlanmış ümumi dəyəri bir milyon manatdan çox olan müqavilələrin aqibəti bəlli olmadığı kimi bu müqaviləyə ayrılmış beş yüz min manatdan çox dövlət vəsaitinin də aqibəti bəlli olmayacaq.

Qeyd edək ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ilin avqust ayından bu vəzifədədir. O, bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb və administrasiyada qərb bölgəsinin kuratoru kimi fəaliyyət göstərib. Başçı vəzifəsinə başladıqdan az müddət sonra Gədəbəyon Söyüdlü kəndində baş verən etirazlar Orxan Mürsəlovu gündəmə gətirmişdi. Medida yer alan məlumatlarda bildirilir ki, Orxan Mürsəlov özü haqqında Prezident Administrasiyasına gedən şikayətləri ört-basdır etdirirmiş.

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda gələn il dövlət büdcəsi 42 milyard manata yaxın olacaq
Next: Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.