Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 17
  • “Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur…” – Ərəstun Oruclu

“Xankəndindəki son terror cəhdinin arxasında Rusiya ilə bağlı qurumların durmasına zərrə qədər şübhəm yoxdur…” – Ərəstun Oruclu

admin 17/09/2025
erestun or
“Xankəndində Azərbaycan polisinə silahlı hücum edən həmin erməni əsilli Azərbaycan vətəndaşının əməllərii ilə bağlı bəzi məlumatlar olsa da, hələlik tam aydınlıq yoxdur. Biz bilmirik ki, həmin şəxs ifadəsində nələri deyib, hansı təşkilatlara mənsubluğunu göstərib. Buna görə də bu hadisəni ilk növbədə Qarabağdan qaçmış separatçı-terrorçu klanın təşəbbüsü kimi də qiymətləndirmək olar. Burada müxtəlif beynəlxalq erməni terror təşkilatlarının rolu da istisna edilə bilməz. İlk növbədə isə, əlbəttə ki, bütün şübhələr Azərbaycan torpaqları azad olunduqdan sonra Ermənistan və Qarabağda hakimiyyəti itirmiş Qarabağ klanının və onun üzərinə düşür”.
Bu fikirləri açıqlamasında siyasi təhlükəsizlik məsələri üzrə ekspert Ərəstun Oruclu “Xankəndində erməni əsilli Azərbaycan vətəndaşı tərəfindən kütləvi terrora cəhd hadisəsini müxtəlif prizmalardan necə dəyərləndirirsiz? Olayın Rusiya “QRU”-su tərəfindən planlaşdırılması haqda versiyalar inandırıcıdırmı?” sualını cavablandırarkən dilə gətirib.
“Bilirsiz ki, bu günlərdə həmin Qarabağ klanının aparıcı fiqurlarından biri olan Seyran Ohanyan sülh sazişinin əleyhinə çox iddialı bir bəyanat verdi. Dedi ki, biz ona yol verməyəcəyik, hətta saziş imzalansa belə, ona riayət etməyəcəyik. Bu da göstərir ki, Ermənistandakı o separatçı klan sülh prosesini hədəfə alıb. Və şübhəsiz ki, bu və ya digər miqyasda terror aktının törədilməsi sülh sazişinə ciddi xətər yetirmiş olardı. Amma ən maraqlı sual onların arxasında kimlərin durmasıdır. Aydın məsələdir ki, Seyran Ohanyan da, Robert Köçəryan da, Serj Sərkisyan da Rusiyaya bağlı fiqurlar olublar. Onları yetişdirən, onları öncə Qarabağda və sonra Ermənistanda hakimiyyətə gətirən də Rusiyanın xüsusi xidmət orqanları olub. Və bu işlərin icrası əsasən, sizin də qeyd etdiyiniz kimi, “QRU” deyilən Rusiya ordusunun Baş Kəşfiyyat İdarəsinin üzərinə düşüb. O da aydındır ki, silahların gizlədilməsi, silah arsenalının müxtəlif ərazilərdə saxlanması bunlar təsadüfi məsələlər deyil. Bunların hamısı nəzarətdə saxlanılır, belə silah-sursat arsenallarından hər kəsin xəbəri olmur. Bilirsiz ki, bu günlərdə Şuşanın ermənilər yaşamış bir kəndində də belə silah-sursat aşkarlandı”, -deyə davamında analitik diqqətə çatdırıb.
“Bu hadisələr həm də ona işarədir ki, əslində həmin ərazilərdə təhlükəsizlik tam təmin olunmayıb və güvənli deyil. Çünki ilk növbədə təhlükəsizliliyi, sabitliyi pozmaq, sülh prosesinə mane olmaq və bununla da Ermənistanda revanş götürərək qarşıdan gələn parlament seçkilərində qalib gəlmək istəyən Rusiya tərəfdarları var. Və yeri gəlmişkən, onlar nə özləri Moskvaya bağlılıqlarını gizlədir, nə də Moskva onlara dəstək verdiyini gizlədir. Azərbaycan-Rusiya münasibətlərinin hazırkı fonunda isə mənə elə gəlir ki, Rusiya xüsusi xidmət orqanlarının belə bir addıma əl atması istisna olunmamalıdır. Bu mənada Azərbaycan həm təhlükəsizlik tədbirlərini daha da gücləndirməli, həm də sərhədlərinin ən yüksək səviyyədə qorunmasını təmin etməlidir. Çünki Ermənistanın revanşist qüvvələri və Rusiya tərəfdarları üçün Paşinyan hakimiyyətinə ən ciddi uğursuzluq yaratmaq sülh prosesini pozmaq olardı. Sülh prosesinin pozulması isə nə Ermənistandakı hakimiyyətin, nə də Azərbaycanın maraqlarına uyğundur. Ona görə də hesab edirəm ki, bu məsələlərə son dərəcə diqqətli və həssas yanaşılmalıdır. Eyni zamanda istisna etmirəm ki, Xankəndindəki son olay hansısa beynəlxalq erməni terrorçu təşkilatlarının da təşəbbüsü ola bilər. Ancaq yüksək dərəcədə və istənilən halda bu istiqamətdə fəaliyyət göstərən Rusiya ilə, onun kəşfiyyat qurumları ilə əlaqəli qurumlar və şəxslərdir. Buna mənim zərrə qədər şübhəm yoxdur. Çünki silah arsenallarının gizlədilməsi, onların yerinin məlum olması bu hər kəsə aydın olan məsələ deyil. Aydın məsələdir ki, bunu yalnız təşkilatçılar bilir və istiqaməti də onlar verirlər”, -deyə ekspert vurğulayıb./moderator.az
PAYLAŞIN:

Continue Reading

Previous: Vüqar Bayramov: “Vergi güzəştinin müddəti uzadılmırsa, daha aşağı vergi dərəcələri tətbiq edilsin”
Next: ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!

OXŞAR MÖVZULAR

5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.