Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 18
  • Qarabağ Dirçəliş Fondu Anım Gününə həsr edilən forum keçirib

Qarabağ Dirçəliş Fondu Anım Gününə həsr edilən forum keçirib

admin 18/09/2025
fond-dirç

 

Bakıda Anım Gününün beşinci ildönümü münasibətilə “Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusuna həsr olunan forum keçirilib.

Forum “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində təşkil edilib.

Tədbirdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) Səbinə Əliyeva, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov, millət vəkilləri, rəsmi şəxslər, QDF-in donor və tərəfdaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev “Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu” mövzusunda geniş təqdimatla çıxış edərək bildirib ki, Azərbaycan xalqı üçün yaddaş sadəcə tarixin bir “simvolu” deyil, milli kimliyin, dözümlüyün və müstəqilliyin təməlidir:

“Azərbaycan xalqı tarix boyu böyük sınaqlardan keçib. Sovet repressiyalarından Birinci Qarabağ müharibəsinə, oradan da müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığımız Zəfərə qədər yaddaşımız nəsilləri birləşdirib, kədəri həmrəyliyə, qurbanlarımızın fədakarlığını isə milli dirçəlişin təməl daşına çevirib.

2020-ci ildə Vətən müharibəsi başa çatan kimi Prezidenti İlham Əliyev məhz Şəhidlər Xiyabanından xalqa müraciət edərək Zəfəri bu xatirə məkanından xalqa çatdırdı. Sonrakı illərdə müharibədə həlak olanların ailələri üçün geniş sosial dəstək paketi təsdiq olundu və beləliklə fədakarlığın heç vaxt unudulmayacağını nümayiş etdirdi”.

Tarixi abidələrin və tikililərin də yaddaşın bir hissəsi olduğunu deyən İdarə Heyəti sədrinin sözlərinə görə, bu gün Qarabağda inşa edilən memorial komplekslər, Şəhidlər Xiyabanı, Xocalı soyqırımı abidəsi, Zəfər memorialı – bunların hamısı yalnız simvol deyil, həm də dirçəlişin, milli iradənin göstəricisidir.

“Yaddaşımız yalnız matəm və kədərli xatirələrlə məhdudlaşmır, kimliyimizi formalaşdırır, milli birliyimizi möhkəmləndirir və bizə azad olunmuş torpaqlarda yeni həyat qurmaq üçün ilham verir. Keçmişin dərsləri yaddaşımızda yaşadıqca, hər birimiz həm öz vəzifəmizi daha yaxşı dərk edir, həm də gələcək nəsillər üçün daha sabit, dayanıqlı bir mühit yaratmağa çalışırıq”- deyə, Rəhman Hacıyev vurğulayıb.

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova işğaldan azad edilmiş ərazilərin bərpası və dayanıqlı məskunlaşmanın təmin edilməsi, bərpa-quruculuq işlərində milli həmrəyliyin rolu və digər məsələlərlə bağlı fikirlərini bölüşərək, cəmiyyətin hər bir üzvünün bu proseslərdə iştirakının vacibliyini vurğulayıblar.

Sonra tədbir panel müzakirələri ilə davam edib. Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən panel müzakirələri zamanı iştirakçılar “Dayanıqlı gələcəyin qurulmasında yaddaşın rolu”, “44 günlük Vətən müharibəsinin regional geosiyasətə təsiri”, “Qarabağın azadlığı və dirçəlişində dövlət-cəmiyyət birliyinin rolu”, “Azadlıq və dirçəliş prosesində milli həmrəylik və kollektiv məsuliyyət, “44 günlük Vətən müharibəsindən sonrakı dövrdə regional əməkdaşlıq və sülh quruculuğu” və digər mövzular ətrafında çıxış edərək geniş fikir mübadiləsi aparıblar.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun donor və tərəfdaşı olan şirkətlərin nümayəndələri də çıxış ediblər. Belə ki, “Huner Group” şirkətinin təsisçisi Ehtiram Quliyev, “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktorun müşaviri İlqar Nuri çıxışları zamanı işğaldan azad edilmiş ərazilərin bərpasında yerli şirkətlərin yaxından iştirakının vacibliyindən danışmaqla yanaşı, QDF-lə əməkdaşlıq çərçivəsində bu istiqamətdə gördükləri işlər və həyata keçirdikləri layihələrlə bağlı geniş məlumat veriblər.

Qeyd olunub ki, Qarabağın bərpası təkcə dövlət qurumlarının deyil, həm də yerli özəl sektorun məsuliyyətidir. Bu gün azad edilmiş torpaqlarda infrastruktur, sosial və iqtisadi layihələrdə iştirak edən yerli şirkətlər həm sahibkarlıq potensialını gücləndirir, həm də regionun dayanıqlı inkişafına töhfə verir.

Çıxışlardan sonra sual-cavab sessiyası keçirilib, çıxışçılar tədbir iştirakçılarının onlara ünvanladıqları çoxsaylı sualları cavablandırıblar.

Tədbirin sonunda Fond tərəfindən məruzəçilərə kristal plaket, tədbirin hər bir iştirakçısına isə xatirə, dayanıqlılıq və inkişaf dəyərlərini təcəssüm etdirən ting təqdim olunub. İştirakçılar onları əkib böyütməklə xatirənin, yenilənmənin və gələcəyi qoruyub-bəsləmək məsuliyyətinin canlı rəmzinə töhfə vermiş olacaqlar.

PAYLAŞIN:

Continue Reading

Previous: Dövriyyəsi 10 milyon manatdan çox olan onlayn qumar oyunları təşkil edən şəbəkə ifşa olunub
Next: Dünya Alpaqut Federasiyasının rəhbər heyəti istefa verdi

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.