“Rusiya istənilən təhlükəyə sadəcə sözlə deyil, hərbi-texniki tədbirlərlə cavab vermək iqtidarındadır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Vurğulayıram və heç kim buna şübhə etməsin, Rusiya mövcud və ya yaranan istənilən təhlükələrə cavab vermək iqtidarındadır. Bu cavab təkcə şifahi deyil, həm də hərbi-texniki tədbirlərdən istifadə etməklə olacaq”, – Putin qeyd edib.
Nümunə kimi dövlət başçısı Rusiyanın yerüstü orta və qısamənzilli raketlərin yerləşdirilməsinə birtərəfli moratoriumdan imtina etmək qərarını göstərib.
“Bu, Rusiyanın təhlükəsizliyini birbaşa təhdid edən Avropa və Asiya-Sakit Okean regionunda Amerika və digər Qərb istehsalı olan oxşar silahların yerləşdirilməsi proqramlarına adekvat cavab vermək zərurəti ilə diktə edilmiş addım idi. Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı planlarımız dəyişən qlobal vəziyyət nəzərə alınmaqla hazırlanır və tam və vaxtında həyata keçirilir”.
