Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 23
  • Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -MÜƏMMALI TƏRƏFDAŞLIQ

Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -MÜƏMMALI TƏRƏFDAŞLIQ

admin 23/09/2025
faiq-bil

 

Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Biləsuvar Rayon İcra Hakimiyyəti “Baku Buılding” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə daha bir müqavilə imzalayıb. Bu dəfə Ulu öndər Heydər Əliyevin abidəsinin postamentinin, abidəətrafı döşəmələrin və pilləkənlərin təmiri ilə bağlı. 12.09.2025-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata görə tərəflər arasında 257.541,35 AZN məbləğində müqavilə bağlanıb…

Xatırladaq ki, “Baku Buılding” MMC Biləsuvar Rayon İcra Hakimiyyəti üçün heç də yad şirkət deyil. Bundan əvvəl də, tərəflər arasında əməkdaşlıq olub. Budəfəki əməkdaşlıq isə müəyyən faktorlarla fərqlənir…

                       Niyə məhz “Baku Buılding” MMC?!     

Biləsuvarlı oxucularımızın ötürdüyü məlumata görə, Biləsuvar Rayon İcra Hakimiyyəti ilə “Baku Buılding” MMC arasındakı bu əməkdaşlıq hansısa zərurətlərin məhsuludur…Məlumata görə bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə Biləsuvar Rayon İcra Hakimiyyəti yuxarıda qeyd etdiyimiz iş üzrə tender elan etmədən, bir mənbədən olmaqla “Baku Buılding” MMC ilə müqavilə bağlayıb.

Bu ilginc faktor olmaqla bərabər, məlum qanunla qadağan da deyil. Amma,…müvafiq əsaslandırmalarla!

Bu arada qeyd edək ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır…

İndi isə sual olunur: Biləsuvar rayonunda Ulu öndər Heydər Əliyevin abidəsinin postamentinin, abidəətrafı döşəmələrin və pilləkənlərin təmiri ilə bağlı müvafiq satınalma müsabiqəsi etmədən, birbaşa “Baku Buılding” MMC ilə müqavilə bağlamaq hansı səbəblərdən qaynaqlanır???

Bu prosesdə dövlətin pulunu xərcləyən tərəf kimi, Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

“Baku Buılding” MMC-nə niyə üstünlük verilib? Və s…                   

                         Bu da bir YENİLİK…

Biz media olaraq, bu və digər suallarımıza cavab almaq istəyi ilə 15.09.2025-cil tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı cənab Faiq Qürbətova online rəsmi sorğu ünvanladıq. Və sörğumuza “cavab” aldıq. “Cavab” sözünü səbəbsiz dırnaqda yazmadıq. Qarşı tərəf suallarımızı cavablandırmağı “unudub” da, redaksiyamızla bağlı bizə sorğu göndərdi(?) 2-3 sualdan ibarət: bir az mənasız, bir az anlaşılmaz, bir az da təhdid qoxulu…

Bu təkcə bizim üçün yox, bəlkə də, mətbuat tarixində bir ilk oldu. İlk dəfə idi ki, belə bir “cavab”ı eşidib, görürdük. Olsun, bu da bir yenilikdir… Hansı səbəblərdən qaynaqlanması məlum olmayan, YENİLİK!

Bəlkə də, hörmətli qarşı tərəf üçün suallarımız gözlənilməz olub. Ki, bu səbəbdən də cavab yazmağa söz tapılmayıb…Bəlkə də, başları daha da ciddi işlərə qarışıb və bu səbəbdən də cavab yazmağa zaman ayırmağı uyğun bilməyiblər…Bəlkə də,…

Nə isə ümid edək ki, qarşıdakı günlərdə sorğumuz cavablandırılacaq və biz də daha detallı və geniş yazı hazırlaya biləcəyik.

        ***

Yeri gəlmişkən qeyd edək ki, Biləsuvar rayon İcra Hakimiyyətinin tenderləri ilə bağlı indiyədək də, mediada şikayətlər yer alıb: Biləsuvar rayon sakini Sədrəddin Məmmədov 2021, 2022 və 2023-cü illər üzrə Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tenderlərdə “Dövlət satınalmaları haqqında Qanunu”na əməl edilmədiyini iddia edib.
O bildirib ki,Tender komissiyası tenderlərdə iştirak edən müəssisələrin ixtisas uyğunluğunu əvvəlcədən müəyyənləşdirimir. Komissiya bu işə məhəl qoymur:

“Nəticədə keçən 3 ildə rayonun ərazisində görülən işlərdə xüsusən küçələrin asfaltlaşmasında və abadlaşdırma işlərində qalib podratçının maddi-texniki bazası olmadığı halda, yəni asfaltlaşmaya aid asfalt zavodu, asfalt basmaq üçün texnikası, əmək müqaviləsi bağlanılmış təcrübəli işçi qüvvəsi və səriştəsi olmadığı halda özəl müəssisələr əsassız qalib çıxarılmış və onlarla müqavilə bağlanılmışdır. Buna nümunə olaraq 2022-ci ildə ilin sonunda qalib çıxarılan müəssisə 2023-cü ilin yanvar fevral aylarında küçələrə asfalt qoymuş, nəticədə heç üstündən bir həftə keçməmiş qoyulan asfalt dağılıb məhv olmuşdur. Olunan şikayət əsasında görulən işlər mərkəzi orqanlar tərəfindən yoxlanılmış asfaltın yenidən qoyulmasını göstəriş versələr də bu işə məhəl qoyulmamışdır. Axı nə səbəbə Biləsuvar Rayon İcra Hakimiyyəti görüləcək işlər üçün tenderi ilin ortalarında yox, ilin axırında tələm-tələsik keçirir?”

    ***

“BAKU BUILDING” MMC haqqında: Google üzərindən apardığımız araşdırmalarla məlum olur ki, bu şirkətin sahibi Azərbaycanda “tender” kralı kimi tanınan iş adamı Ramazan Mirzəyevin qardaşı Əli Mirzəyevdir. MMC-nin 2019-cu ilin yanvarında yaradılmasının özü çox mətləblərdən xəbər verir. Belə ki, elektron mediada 2018-ci ildə Mirzəyev qardaşları arasında pay bölgüsü üstündə mübahisələrin yaranması barədə xəbərlər yayılıb. Məhz bundan sonra Əli Mirzəyev öz şirkətini yaratmaq qərarına gəlib. Yaratdığı şirkət də qısa zamanda paytaxt daxil, ölkənin bir çox rayonlarında iri həcmli tenderlərin qalibi olub və olmaqda davam edir.

                                 Və son əvəzi…

Cənab Faiq Qürbətova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Dövlət büdcəsi hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin… Dövlətin pulu heç bir məmura dədə-babasından qalmış əmanət deyil ki, könülü istədiyi kimi xərcləsin!

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb. Faiq müəllimin indi oturduğu kabinetin qapısı vaxtı ilə döyülmədən açıldığı kimi…(Hərçənd ki, biz heç kimə bunu arzulamırıq. Red.) /yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Paşinyan: Qarabağda müharibəni qızışdıran bu üç nəfər olub
Next: ADB mürəkkəb infrastruktur məsələlərinin həllində Azərbaycana dəstək göstərməyə hazırdır

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.