Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 23
  • Rusiya təxribatı, yoxsa Alyaska görüşünün “fəsadı”? – Ağ ev artıq NATO-ya hücumları “səhv” adlandıra bilmir

Rusiya təxribatı, yoxsa Alyaska görüşünün “fəsadı”? – Ağ ev artıq NATO-ya hücumları “səhv” adlandıra bilmir

admin 23/09/2025
pt-tr-alyas

 

ABŞ administrasiyası artıq Rusiyanın NATO ölkələrinə qarşı açıq təxribatlarına göz yummaqda, yaxud baş verənləri “malalamaqda” çətinlik çəkir.

ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts Rusiyanın NATO üzvü olan ölkələrin hava məkanını dəfələrlə pozmasını pisləyib və ABŞ-nin NATO ərazisinin hər qarışını müdafiə edəcəyini bildirib: “Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına daxil olmasının ardınca baş verən bu hadisə belə bir təəssürat yaradır ki, Rusiya ya münaqişəni gərginləşdirmək və ona daha çox ölkəni cəlb etmək istəyir, ya da onun döyüş təyyarələrini və pilotsuz təyyarələrini idarə edənlər üzərində tam nəzarətə malik deyil. Ona görə də hər iki ssenari dərin narahatlıq doğurur”.

O bildirib ki, cəmi doqquz gün əvvəl BMT Rusiyanın çoxlu sayda hərbi pilotsuz təyyarələrlə Polşanın hava məkanını pozmasını müzakirə etmək üçün toplaşmışdı. Buna baxmayaraq, Rusiya bu dəfə digər NATO üzvü olan Estoniyanın hava məkanını pozub.

Bundan öncə isə ABŞ Prezidenti Donald Tramp əvvəlcə Estoniyaya qarşı təxribata qeyri-müəyyən münasibət bildirsə də, sonradan daha konktret danışmalı olub. Tramp Rusiyanın vəziyyəti daha da gərginləşdirəcəyi təqdirdə Polşa və Baltikyanı ölkələrin müdafiəsinə kömək edəcəyini bəyan edib. Jurnalist ona sözügedən NATO ölkələrinin ərazisini qoruyub-qorumayacağına dair sual verəndə, Tramp “bəli, bunu edrədim” deyib.

Bu reaksiyalar göstərir ki, “sövdələşmə ustası” olan Tramp administrasiyası Avropadan və xüsusilə NATO üzvlərindən gələn təpkilər qarşısında çətin duruma düşüb. Qeyd edək ki, son olaraq, Polşa XİN başçısı Radoslav Sikorski Rusiyaya açıq şəkildə xəbərdarlıq edərək bəyan edib ki, təkcə PUA və raketlər deyil, Polşa sərhədlərini pozan hərbi təyyarələr də dərhal vurulacaq.

Həmçinin, Qərb mətbuatında NATO-nun və onun aparıcı üzvü olan ABŞ-nin zəif, effektsiz, dişsiz, hətta miskin görkəm aldığına dair çoxlu yazılar dərc edilir. ABŞ-nin, ilk növbədə də Polşaya qarşı Rusiya PUA hücumunu “səhv” adlandıracaq qədər özünü kiçildən Trampın nüfuzu, imkanları və iradəsi sual altına alınır. Eyni zamanda, ABŞ Konqresindəki nəinki demokratlar, respublikaçılar tərəfindən də Tramp administrasiyasına qarşı kəskin tənqidlər səsləndirilir. Bütün bunlar sözsüz ki, Trampı və onun “silahdaşları”nı sözdə də olsa, daha konkret və kəskin münasibət sərgiləməyə vadar edir.

Lakin istər hakimiyyətindən əvvəl, istərsə də sonrakı dövrlərdə onun sözünün heç də hər zaman daşıdığı vəzifənin ağırlığına düz mütənasib olmadığını Tramp özü dəfələrlə sübut edib. Bu gün bir, sabah tamamilə başqa bir söz deyən, verdiyi bəyanatlarda manipulyasiyalara yol verdiyini özü də etiraf edən Trampa bel bağlamağın heç də doğru qərar olmadığını isə avropalılar da yaxşı başa düşür…

Nəhayət, kimsə Putin Rusiyasının NATO ölkələrinə qarşı son təxribatlarının indiki ABŞ administrasiyası ilə razılaşdırıldığını birmənalı şəkildə istisna edə bilməz. Yəni, çoxları buna konsperologiya kimi baxsa da, Polşa və Estoniya kimi ölkələrə qarşı son təxribatların Alyaska görüşü zamanı Putin və Tramp arasında razılaşdırıldığına dair iddialar var.

Həmin iddialara görə, məqsəd bir yandan Avropanı “sındırmaq”, Trampın qarşısında daha “ələbaxım” və zəif hala gətirmək, digər yandan mümkün “rus işğalından qorxuya düşən” Avropanın Ukraynaya təzyiqlərini artıraraq, Putinin şərtlərilə razılaşmağa vadar etmək ola bilər. Dünya siyasətinin və bu siyasətin əsas aktorlarının düşdüyü hazırkı tamamilə miskin, prinsipsiz və ləyaqətsiz durum istənilən variantı mümkün edir. Odur ki, bu baş verənləri Alyaska sammitinin razılaşdırılmış nəticələrindən biri olduğunu iddia edənləri qətiyyən qınamaq olmaz… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: 5 ildə bir milyondan çox azalma: Turistər Azərbaycana niyə gəlmir?
Next: Həkimlər bu barədə susur – Alman nevroloq qəfil ölümdən qorunmağın sirrini açdı

OXŞAR MÖVZULAR

iran-parlam

Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO

admin 22/04/2026
abş-keş

ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib

admin 22/04/2026
beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.