Ötən gün mina partlaması nəticəsində həyatını itirən gizir “Xanı” ləqəbi ilə tanınan Səyyaf Əhmədovun meyti ailəsinə verilib.
Mərhum Səyyaf Əhmədovla yaşadığı Ağdam rayon Baharlı qəsəbəsindəki evində vida mərasimi keçirilib.
S.Əhmədovla Baharlı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.
O, Üçoğlan kəndindəki “Eşq Abdal” qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, dünən Ağdam rayonunda mina hadisəsi baş verib.
Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıblar.
Bildirilib ki, Ağdam rayonunun Mirəşelli kəndi ərazisində 2025-ci il 23 sentyabr tarixində mina hadisəsi baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
