Skip to content
23/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 24
  • Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?

Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?

admin 24/09/2025
azsurqrup

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli “Regional Su Meliorasiya Xidməti” tərəfindən keçirilmiş açıq tenderlərə yekun vurulub. Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlara görə “Regional Su Meliorasiya Xidməti” 03.09.2025-ci ildən 23.09.2025-ci ilə qədər keçirilmiş 28 açıq tenderdə “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib.

Qeyd edək ki, “AZSUR GROUP” MMC  “Regional Su Meliorasiya Xidməti”ndən  23.09.2025-ci ildə 7 açıq tender, 12.09.2025-ci ildə 11, 12.09.2025-ci ildə isə 7 açıq tenderin qalibi olub. onlardan bir neçəsinə diqqət yetirək.

Torpaq məcralı Malikumudlu kanalının (PK 19+00÷PK 29+00,L=1,0 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri üzrə açıq tender 11.09.2025-ci ildə yekunlaşıb və 295.181,61 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Əhmədalılar Haramı beton kanalının (PK26+00-PK 35+00, L= 900 m) beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə açıq tender 11.09.2025-ci ildə yekunlaşıb və 217.415  manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Torpaq məcralı Nadirşah kanalının (PK 99+00-PK104+00, L=500 m) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə açıq tender 12.09.2025-ci ildə yekunlaşıb və 189.804,41 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Torpaq məcralı Zülfəli kanalının (PK 00+00-PK 10+00 (L=1 km) beton üzlüyə alınması üzrə açıq tender 12.09.2025-ci ildə yekunlaşıb və 189.744 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

3 aqreqatlı 1 saylı tərpənməz nasos stansiyasının təzyiqli boru xəttinin (D=900mm,L=450 m) əsaslı təmiri üzrə açıq tender 23.09.2025-ci ildə yekunlaşıb və 276.710 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

S -1-3 (LR-80 nov kanalının (PK 4+00+PK 30+6(h L=2,66 km) üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə açıq tender 23.09.2025-ci ildə yekunlaşıb və 363.558 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Axiya sarvanı kanalının beton üzlüyə alınması (PK18+48-PK38+48) (L=2000m) üzrə açıq tender 23.09.2025-ci ildə yekunlaşıb və 208.270 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Göründüyü kimi “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçildiyi bu tenderlərin hərəsi bir rayonda həyata keçiriləcək işlərlə bağlıdır. Məsələn, Malikumudlu kanalı Zərdab rayonunda, Əhmədalılar Füzuli rayonunda, ı Zülfəli kanalı Ağdaş rayonunda, Mərzəndiyə kanalı Şamaxı rayonunda, Qandax kanalı Zaqatala rayonunda, “Qızıl-Nohur nasos stansiyası Abşeron rayonunda, Muğan kanalı  İmişli, Saatlı və Sabirabad rayonlarında, Ağalıq-1 kanalı Şabran rayonunda, Həmzəlli kəndi Qəbələ rayonunda, Quşqara kəndi Göygöl rayonunda, Tuğ suvarma kanalı Xocavənd, Qarayeri Samux rayonunlarında yerləşir.

Bəs “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti bu dövlət sifarişlərini eyni vaxtda, ayrı-ayrı rayonlarda yerinə yetirmək iqtidarındadırmı?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZSUR GROUP”  (VÖEN: 1503949491) Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.02.2018 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ, ev.21F, m.21F, qanuni təmsilçisi kimi isə İmanlı Rəşad Yasəf oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Musayev Sərxan Mətləb oğlu olub.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat var. MMC 02.05.2024-cü ildə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri üzrə, 02.05.2024-cü ildə Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri üzrə, 06.05.2024-cü ildə təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi üzrə lisenziyalar alıb.

Rəsmi dövlət qurumlarının məlumatlarından da göründüyü kimi “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.05.2024-cü ildə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri üzrə ilk lisenziya alıb. MMC-yə 08.08.2025-ci ildə isə meliorasiya qurğularının layihələndirilməsi üzrə lisenziya verilib.

Bütün bunlara baxmayaraq, “Regional Su Meliorasiya Xidməti” son 20 gün ərzində “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini 28 açıq tenderdə qalib seçib. Bu tenderlərin ümumi dəyəri 20 milyon manatdan çoxdur. Qeyd edək ki, “AZSUR GROUP” MMC yalnız sentyabr ayının 1-dən bu günə qədər 33 açıq tenderin qalibi seçilib. Maraqlıdır bu MMC-nin nə qədər işçi qüvvəsi var və eyni vaxtda bu işləri necə həyata keçirəcək.

Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” Dövlət Su Ehtiyatları Agentliyinə tabeli publik hüquqi şəxsi kimi əvvəlki “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin varisidir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.

 

Aktualinfo.org

 

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Next: Ombudsman: Bakı aeroportunda taksi xidməti ilə bağlı yeni tarif siyasəti Konstitusiyaya uyğun deyil

OXŞAR MÖVZULAR

zaur mikayıl

Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib

admin 23/04/2026
niyazi-b

Gəncədə aşkarlanan qanunsuzluqlara bu şirkətlər də ortaqdı – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi”

admin 22/04/2026
anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Banklar kredit şərtlərini hansı hallarda yumşalda bilərlər? – Ekspertdən AÇIQLAMA 23/04/2026
  • Daşınmaz əmlak üçün sığorta məbləğləri dəyişir? – VİDEO 23/04/2026
  • Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan olunub 23/04/2026
  • EAPCA Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qətnamələrini pisləyib 23/04/2026
  • “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılmasının 3-cü ildönümü: suverenliyin təminində mühüm mərhələ 23/04/2026
  • Azərbaycanda məktəblərdə kütləvi yoxlamalara başlanıldı 23/04/2026
  • ABŞ İranın dəniz blokadası çərçivəsində 30-dan çox gəmini saxlayıb 23/04/2026
  • Tərtər Su Meliorasiya İdarəsinə bu MMC ilə müqaviə bağlamağa ADSEA-dan kim tapşırıq verib 23/04/2026
  • Edqars Rinkeviçs: Azərbaycan bir çox Avropa ölkəsi üçün strateji tərəfdaşdır 22/04/2026
  • Edqars Rinkeviçs: Latviya Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır 22/04/2026
  • Prezident: Bu gün Azərbaycan olmadan Şərq və Qərb arasında bağlantı problemlidir 22/04/2026
  • Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq 22/04/2026
  • Ərdoğan: Aİ-yə üzv olmayan ölkələrin müdafiə təşəbbüslərindən kənarlaşdırılması düzgün deyil 22/04/2026
  • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi 22/04/2026
  • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama – Kimlərə artıq pullar ödənilib? 22/04/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyində pozuntular aşkarlandı – Müqavilələrin 80 faizi müsabiqədənkənar bağlanıb 22/04/2026
  • TƏBİB-də islahatlar BAŞLADI – Onlar vəzifəsini İTİRDİ – SİYAHI 22/04/2026
  • Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 22/04/2026
  • Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib 22/04/2026
  • Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib? 22/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.