Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 24
  • Rus kəşfiyyatı Adnanı necə ələ alıb? – Agent, yoxsa tora düşən tamahkar…

Rus kəşfiyyatı Adnanı necə ələ alıb? – Agent, yoxsa tora düşən tamahkar…

admin 24/09/2025
2025-09-24-15-27-36muPU66LQi71GLyzpt2XP_file

 

Adnan Əhmədzadənin həbsi ətrafında mediada yayılan və ya ictimaiyyətə sızdırılan məlumatlar çoxaldıqca, suallar və təzadlar da artır. Ortaya beynəlxalq səviyyədə ciddi rezonans yaradan böyük bir cinayət sxemi çıxır.
Ötən ilin iyulundan bəri baş verən prosesərlə bağlı bəzi pərdəarxası detalları təqdim edirik.
Əvvəlcə, Adnan Əhmədzadənin həbsindən əvvəl baş verənlərə diqqət edək. Nələr baş verdi və Azərbaycanının, bir sıra xarici ölkələrin və böyük şirkətlərin narahatlığının səbəbi nə idi?
Qeyd edək ki, ilk dəfə iyul ayının ikinci ongünlüyündə “Azəri Layt” markalı neftin üzvi xloridlə çirkləndiyi haqda məlumat yayıldı. Bu barədə xəbərlərin ardınca Ceyhan terminalında iyulun 19–23-də Azərbaycan neftinin yükləmə əməliyyatları tam dayandırıldı.
Açıq mənbələrdəki məlumatlardan aydın olur: orqanik xloridlər (xüsusilə C1 və C2 sinifləri) adətən, neft hasilatı zamanı korroziya inhibitoru və ya sintetik qatqı kimi istifadə olunur. Xam neftin nəqlindən öncə isə bu qatqılar təmizlənir.
Bakupost.az
Başqa sözlə, neft təxminən 1000-dən çox komponentin qarışığından ibarətdir. Onların bir çoxunu 3 maye karbohidrogenlər (80–90 %) və azotlu, oksigenli və kükürdlü heteroatomlu üzvi birləşmələr (4–5 %) təşkil edir. Buraya həmçinin metallar (vanadium və nikel), həll olunmuş karbohidrogen qazları (C1-C4, maksiumum 4 %-ə qədər), su (maksiumum 10%-ə qədər), müxtəlif minerallar (xloridlər, 0,1–0,4 mq/l və daha artıq), üzvi turşuların duzlarının məhlulu və s. daxildir.
Belə məlum olur ki, xloridlər neftin tərkibində qalır, sadəcə, müəyyən həddi keçəndə təhlükəli olur. Çünki yüksək temperaturda parçalandıqda xlorid turşusu əmələ gətirərək, həm boru kəmərlərinə, həm də neft emalı zavodlarının avadanlıqlarına ciddi zərər verə bilir. Bu baxımdan, xlorid çirklənməsi təkcə iqtisadi deyil, həm də texnoloji təhlükədir.
 
Bakı neftinin çirklənməsinə dair SOS-lar
Avstriya, Çexiya, İtaliya və Rumıniya iyulun ikinci yarısından başlayaraq, Azərbaycan neftində üzvi xlorid çirklənməsi ilə bağlı həyəcan təbili çaldı.
Çexiya Azərbaycandan aldığı 60 min kubmetr neftin çirkli olduğunu bildirdi. “Mero” şirkəti ilə əməkdaşlıq çərçivəsində demək olar ki, 60 min kubmetr həcmində çirkli nefti Nelahozevesdəki Mərkəzi Neft Bazasında və Kralupy-nad-Vltavou NEZ-in çənlərində saxlayacağıq”, – Çexiya tərəfinin məlumatında bildirilirdi.
Bakupost.az
Avstriyanın enerji şirkəti OMV isə bəyan etdi ki, Azərbaycan xam neftinin partiyalarında üzvi xlorid çirklənməsi aşkar edilib.
Rumıniyanın Energetika Nazirliyi isə Azərbaycandan alınan neftin çirklənməsinə görə “fövqəladə vəziyyət” elan etdi. Söhbət 92 min ton xam neftdən gedir.
“92 min ton Azərbaycan xam neft yükünün boşaldılması zamanı üzvi xloridlərlə çirklənmə aşkar edilib. Energetika Nazirliyi Avropa Komissiyasını xəbərdar edib və böhran səviyyəsində fövqəladə vəziyyət elan edib”, – məlumatda bildirilirdi.
Daha sonra İtaliyanın “Eni SpA” şirkəti bəzi çirklənmiş yükləri satın aldığını və onların emal sisteminə daxil olduğunu açıqladı.Bu, 4 ölkənin narahatlığı barədə mediada yayılan məlumatlardır. Dəqiq say və həcm bəlli deyil.
Bu xəbərlərin fonunda Ceyhan limanında tankerlərə Azərbaycan neftinin yüklənməsi dayandırıldı, hər şey geri qaytarıldı. Bəzi məlumatlarda satışın 4 gün, bəzilərində isə hətta 6 gün dayandığı bildirilir.
 
BP araşdırmaya başlayır
Məlumatın yayıldığı ilk vaxtlarda SOCAR heç bir sualı cavablandırmadı və bildirdi ki, buna BP cavab verməlidir, çünki BTC-nin operatorudur. Bu isə o demək idi ki, SOCAR xloridlə çirklənməyə görə hər hansı məsuliyyəti birmənalı inkar edirdi və çirklənmənin Ceyhan terminalındakı rezervuarlarda ola biləcəyini vurğulayırdı.
“BTC Co.-ya bəzi qarışıq yükləmələrdə organik xloridlərlə bağlı potensial keyfiyyət problemi barədə məlumat verilib. BTC Co. hazırda neft kəməri boyunca bütün obyektlərdə xam neftin keyfiyyətini qiymətləndirir”, – BP-nin rəsmi açıqlamasında deyilirdi.
Qiymətləndirmədən sonra “BP-Azərbaycan”ın rəsmi açıqlamasından isə aşağıdakılar qeyd olunurdu:
“Qiymətləndirmə nəticəsində bəlli olub ki, Ceyhan terminalındakı bəzi çənlərdə üzvi xloridlərin varlığı mövcuddur. Həmin çənlər dərhal təcrid olunub. Yükləmələr yalnız spesifikasiyaya uyğun məhsul saxlanılan çənlərdən həyata keçirilir”.
Azərbaycana və SOCAR-a dəyən ziyanın miqyası
BTC ilə gündəlik ixrac 600 min bareldir. Əgər ixrac bir həftə dayanıbsa, onda ümumi ixracda 4,2 milyon barel itki baş verib.
Bəzi mütəxəssislərə görə, Azərbaycandan yuxarıda adı keçən 4 ölkəyə (mediada adı keçməyənlər də ola bilər) göndərilən yüz min tonlarla çirkli neftin hazırda orda anbarlarda saxlanılması xərci, daşınması, təmizlənməsi, lazım gələrsə, ultiraziyası ilə bərabər, neft şirkətlərinə təzminatlar da SOCAR tərəfindən ödənməlidir.
Bakupost.az
Bu insidentə görə Qazaxıstan BTC ilə neft nəqlindən 1,5 ay imtina edib – ölkə tranzit gəlirlərindən məhrum olub.
Həmçinin bu problemlər Azərbaycan neftinin qiymətinə təsir edərək onu ucuzlaşdırıb. Ticarətçilərə görə, həmin ərəfədə “Platts” (S&P Global Plc-nin bölməsi) tərəfindən aparılan qiymət pəncərəsində iki “Azəri Layt” nefti son dörd ilin ən aşağı səviyyəsində satılıb. Bura Ceyhan limanındakı çirkəndiyi təsdiqlənən və təcrid edilən rezervuarlardakı nefti də əlavə etmək lazım gəlir.
Ziyanın həcmi bəlli deyil, ancaq bəzi ekspertlər ziyanın 0,5 milyard dollardan 2 milyard dollara qədər olduğunu iddia edir. Həmçinin hər zaman etibarlı tərəfdaş olan Azərbaycanın beynəlxalq imicinə böyük ziyan dəyib.
Adnanın nələr etdiyi niyə bilinməyib?
Yuxarıda qeyd etdik ki, fərqli məlumatlar ziddiyyətli təəssuratları genişləndirir. 2019-cu ildə analoji problemlə Rusiya qarşılaşmışdı: ölkənin satdığı neftdə üzvi xlorid aşkarlanmışdı. Bu üzvi xloridin rus neftinin tərkibində “bir milyonda 60” nisbətində olduğu üzə çıxmışdı, Avropada norma “bir milyonda 6-dır”.
Bu nisbətlərdəki simvoliklik bir daha təsdiqləyir ki, üzvi xloridin neftin tərkibində çox olmasının səbəbi bu maddənin “vurulması” ilə “daha çox qazanc” məsələsindən xeyli fərqlidir.
Bəs, onda səhlənkarlıq? Az ehtimaldır! Ona görə də ikinci ehtimal – qarışdırılan neftlə bağlı məsələ gündəmə gəlir.
Təzadlı məlumatlar və açıq suallar
1.Adnan Əhmədzadə ilə bağlı ən son məlumatlarda bildirilir ki, o, Suriya və İran neftinin gizli yollarla Avropaya daşınmasında müstəsna rol oynayıb və nəticədə milyardlar qazanıb.
Bu iddianın SOCAR-a və Azərbaycana nə aidiyyəti?
2. Rusiyaya 2022-ci ildə tətbiq edilən sanksiyalardan sonra Adnan rus neftinin gizli yollarla satılmasına qoşulubsa, bu da Avropanın araşdıracağı bir prosesdir.
Amma rus neftinin “Azəri Layt”a qarışdırılması məsələsi mühümdür:
a) Rus nefti “Azəri Layt”a harada qarışdırılıb – Səngəçalda, Ceyhanda, yoxsa tankerlərdə?
Son ehtimal sıradan çıxır – çünki Ceyhan terminalındakı rezervuarlarda üzvi xlorid aşkarlanıb.
Adnan bunu necə bacarıb?
b) Rus nefti ilə “Azəri Layt”ın qarışdırılması yalnız “Azəri Layt” markalı neftdə kükürdün çoxalmasına, bir az da ağırlaşmaya səbəb ola bilərdi. Çünki “Urals”da kükürd Azərbaycan neftindən 4 dəfə çoxdur, həmçinin Bakı nefti yüngül, zəngindir və ona görə ən bahalılardandır. Bəs, xlorid hardan çıxdı?
Ya Rusiya Əhmədzadəyə “su qiymətinə” satdığı nefti səhlənkarlıqdan təmizləməyib, ya da bu, doğrudan da əməliyyatdır, Adnandan sui-istifadə edərək, onunla gizli şəkildə çalışan və ona milyardlar qazandıran çirkli şəriklərinin Rusiya xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməsidir…
3.Azərbaycanlı bir şəxs – 1978-ci il təvəllüdlü Adnan Əhmədzadə illərlə Suriya, İran, Rusiya neftini Avropaya satır və Mİ6-nın, MOSSAD-ın, FBİ-nin bundan xəbəri olmur?
Murun İstanbuldakı vida çıxışından gördük ki, Mİ6 MİT-lə tam şəkildə informasiya mübadiləsi içərisindədir. BP-nin operatorluğunu etdiyi kəmərlə bağlı iddialar və Ceyhan limanındakı çənlərdə çirklənmələr var, ancaq Mİ6 və MİT-in xəbəri yoxdur?
Axı Rusiya ilə 2024-cü ilin 25 dekabrından çox ciddi problemlər yaşanır və Kremldə Azərbaycanı “yerində oturtmaq” üçün açıq şəkildə çağırışlar var. Bu halda hətta rus neftini kənarda alıb-kənarda satan, yəni Azərbaycana heç aidiyyəti olmayan bir proseslə bağlı olsa belə, Adnana kimlərsə ən azı xəbərdarlıq etməməli idi?
Bakupost.az
Hazırda Rusiyanın bəzi ekspertləri bu insidenti “Rusiyanın Azərbaycana xəbərdarlığı” kimi qələmə verirlər. Demək, bu, kəşfiyyatın əməliyyatı imiş və Mİ6, MİT belə qarşısını ala bilməyib?
4. Adnan Əhmədzadənin “Lukoyl” rəhbəri Vahid Ələkbərovun 108 milyon dollarlıq “Qalaktika Super Nova” yaxtasını öz adına rəsmiləşdirdiyi haqda məlumat indi mediaya ötürülür. Bu barədə həmin yaxta “rəsmiləşəndə” heç kəs bilmirdi?
5. Adnan Əhmədzadənin piar üçün məşhurları Azərbaycana gətirməsi, onlara milyonlarla pul səpələməsi, yaxud digər piar və şəbəkə fəaliyyəti ilə bağlı məlumatlar da maraqlıdır. Bu fəaliyyətlərin heç biri gizlin olmayıb, açıq edilib.
6. Hazırda onun ciddi şəkildə Rusiyaya işlədiyi və bu ölkəni kəşfiyyatının toruna düşdüyü haqda iddialar var.
Maraqlıdır, onun Rusiya işlədiyini və yaxud Rusiya kəşfiyyatının toruna düşdüyünü niyə biz 19 iyulda, “Azər Layt” neftinin partiyalarında xlorid tapılanda “bilmişik”?/bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: 8 ayda 88 mövqe… – Tramp münaqişədən çəkilir və Putinə yeni “siqnal” ötürür?
Next: Mehriban Əliyeva Prezidentlə Trampın maralı dialoqunu paylaşdı: “Necə gedir işlər? Atışma yoxdur?”

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.