Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 25
  • Rusiya çabalayır, Çin məmnundur… – Bəs, Türkiyə kiminlə eyni sırada yer almalıdır?

Rusiya çabalayır, Çin məmnundur… – Bəs, Türkiyə kiminlə eyni sırada yer almalıdır?

admin 25/09/2025
tr-rus-çin

 

Rusiya ordusunun Ukraynaya təcavüzünün ilk günlərində bir çox rusiyalı bu addımı Vladimir Putinin qlobal miqyaslı strateji planının tərkib hissəsi hesab edirdi və düşünürdü ki, müharibə çox  tezliklə onların qələbəsi ilə yekunlaşacaq, daha sonra isə SSRİ-nin yeni formatda bərpasına start veriləcək. Ancaq cəmi bir aydan sonra bəlli oldu ki, Rusiya ordusunun döyüş qabiliyyəti hədsiz şişirdilib. 

Rusiyanın “möhtəşəm ordusu” barəsində uydurulmuş nağıllar Kremlə ictimaiyyəti aldatmaq üçün lazımıymış. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun üzərində “SSRİ” yazılmış köynəklə Alyaskaya getməsi onların bu xülya ilə yaşadıqlarını əyani nümayiş etdirdi…

Bu günün Rusiyası sözsüz ki, müəyyən mənada öz sələfinin tarixi mirasının izlərini daşıyır. Sovet İttifaqının dağılmasının səbəbləri barədə çox yazılıb və bir çoxlarının fikrinə görə, bu, Qərbin köməyilə Mixail Qorbaçov tərəfindən qəsdən edilib. Əgər rus millətçilərinin irəli sürdüyü bu iddia doğrudursa, onda necə olur ki, Sovet İttifaqından daha zəif olan indiki Rusiya Federasiyası Qərblə qarşıdurmaya girməkdən çəkinmir? Necə olur ki, SSRİ-ni tarixdən silən Qərb dünyası Rusiya ilə bacara bilmir? Hələ üstəlik Kreml SSRİ və çar Rusiyasının oxşar cəhətlərinin simbiozundan ibarət böyük bir imperiya qurmaq niyyətindədir…

Maraqlıdır, görəsən, onlar bunu hansı resurslarla həyata keçirmək istəyirlər? Yoxsa, üzdə Qərblə görünən qarşıdurma sadəcə şoudur və pərdə arxasında  hansısa razılaşmalar var?

Əlbəttə, qlobal müstəvidə ciddi oyunlar gedir və Rusiyanın piyada kimi bu oyuna cəlb edilməsi ssenarisi istisna deyil. Ruslar yeni dünya nizamının təxminən İkinci Dünya Müharibəsindən sonrakı ssenariyə oxşar olacağına inanırlar və belə hesab edirlər ki, Rusiya ən azından keçmiş SSRİ-nin ərazisinə və hətta şərqi Avropaya tam nəzarət edə biləcək statusa yiyələnəcək. Bu düşüncə Ukraynaya hücumdan öncə daha aktual idi, lakin zaman keçdikcə Kreml bu fikirlərində müəyyən düzəlişlər etməyə başladı.

Rusiya qlobal oyun qurucusu deyil və o, həmişə Qərbin yedəyində gedib, onun maddi-texniki yardımıyla irəliləyib. Uzun illər ərzində Böyük Britaniyanın “MI6” (Military Intelligence) kəşfiyyat idarəsinin rəhbəri olmuş Riçard Murun bu yaxınlarda səsləndirdiyi fikirlərindən anlaşılır ki, onlar həmişə Rusiyanı öz nəzarətlərində saxlayıblar. O, Rusiya barəsində deyib: “Putin, Rusiya deyil. Və bütün ruslar Putinizmə sadiq deyil. Bəziləri başlarını aşağı salıb əllərindən gəldiyincə həyatlarına davam etməyə çalışır. Bəziləri – Aleksey Navalnıy kimi – açıq şəkildə müqavimət göstərir və inancları uğrunda ölür. Amma digərləri bunu gizlicə, MI6 ilə işləyərək edir.”

Dünyanın siyasi-iqtisadi və maliyyə baxımdan yeni bir formaya salınması ilə əlaqədar ABŞ, Britaniya və Avropa Birliyi arasında intensiv danışıqlar getsə də, hələlik yekun və yekdil bir qərara gəlinməyib, ziddiyyətli və mürəkkəb məqamlar gözləniləndən daha çoxdur. Rusiyanın gələcəyi ilə bağlı tərəflər arasında fikir ayrılıqları var. Əlavə olaraq, Çin və Yaxın Şərqlə bağlı məsələlərdə Qərb dünyasının üst-üstə düşməyən maraqları  mövcuddur. Deməli, yeni dünya nizamının qurulmasında Avrasiyadakı tarixi problemlər mütləq  öz həllini tapmalıdır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, qlobal güclər arasında Böyük Britaniya xüsusi mövqeyə malikdir və o, təkcə Avropa qitəsinin ucqarındakı adi bir ada dövlət deyil. B.Britaniya müstəmləkəçilikdən imtina etdikdən sonra  özünün kəşfiyyat imkanları, transmilli bankları və ofşorlar sayəsində qlobal oyunçu olmaqda davam edir.

Digər güc mərkəzi sayılan Çinin gələcək perspektivdəki yeri və rolu da mühüm aspektlərdən biridir və sözsüz ki, Pekin ABŞ, Avropa və Britaniya ilə bərabərhüquqlu statusa iddialıdır. Onun bu istəyi digərləri tərəfindən nəzərə alınmaya bilməz.

Ancaq Kreml SSRİ-nin statusuna bənzər  mövqeyə heç zaman yiyələnməyəcək, çünki əvvəla, onun belə bir potensialı yoxdur, ikinci isə zaman və şərtlər çox dəyişib, arenaya Çin, Hindistan və Türkiyə kimi yeni oyunçular daxil olublar. Ona görə də Rusiya geri itələnəcək…

Ümumiyyətlə, beləgörünür ki, Rusiyanın gələcək taleyi həll olunub, sadəcə qalır texniki məsələlərin həlli. Ukraynada gedən müharibə Rusiyanın çabalamasının əyani göstəricisidir. Rusiya qlobal oyunçulardan  Çinin vassalı olmağa məmnuniyyətlə razıdırsa, onda onun strateji mövqeyinin heç bir mənası qalmır.

Rusiya elitasında Vladimir Putinin absurd siyasi kursuna etiraz kütləvi hal almasa da, müharibənin xoşagəlməz sonluqla bitəcəyini hiss edənlər az deyil, sadəcə onlar hələ gözləmə mövqeyindədirlər. Paytaxt Moskva  intensiv dron və raket atəşinə qərq olandan sonra elitada narzılıqlar baş qaldıra bilər. Artıq Rusiyanın tutduğu starteji mövqe daxildə tənqidlərə məruz qalır. Məsələn, Moskva meri Sergey Sobyanın “Moskva İqtisadi Forumu”nda çıxıış zamanı Rusiyanın üzünü Qərbdən Şərqə çevirməsinin problemlər yaratdığını bildirib: “Biz başa düşməliyik ki, Şərq bazarları daha da sərtdir. Artıq orada bizə qarşı ciddi müharibə gedir, iqtisadi müharibə”. Sobyanin Şərq deyəndə heç şübhəsiz Çini nəzərdə tutur. Çinin Rusiya-Ukrayna müharibəsində tutduğu başlıca mövqe müharibənin uzanması və Rusiyanın tədricən tənginəfəs olmasından ibarətdir. Müharibə başlayandan Çin Ukrayna ilə ticarətini daha da genişləndirib və dronlar üçün komponentlərin ixracını artırıb. Təkcə 2025-ci ilin birinci rübündə Ukrayna Çindən 1 milyard dollar məbləğində döyüş dronları üçün hissələr idxal edib. Bununla yanaşı, Pekin Rusiyanın tezliklə məğlub olmasında maraqlı deyil. Çinlilər istəyirlər ki, Rusiya onların nəzarətindən çıxmamaq şərtilə müharibə aparsınlar və son nəhayətdə məğlub olsalar da Çinin ixtiyarına keçsinlər.

Yeri gəlmişkən, dünya çapında yeni güc kimi özünü göstərməyə başlayan Türkiyənin geostrateji mövqeyində Rusiyanın rolu önəmlidir. Hazırda Türkiyə yüksələn gücdür və ona görə də tarixin tələbinə uyğun olaraq Ankara perspektivdə Rusiyanın geostrateji təsir məkanlarına nüfuz etməldir. Türkiyənin indiki mürəkkəb geostrateji konfiqurasiyada təkbaşına hərəkət etməsinin və ya digər güclərlə ittifaq qurmasının gətirəcəyi fayda və zərərlər yaxşı hesablanmlıdır.

Bildiyimiz kimi, MHP lideri Dövlət Baxçalı bu yaxınlarda özünün “X” sosial platformasnda Türkiyənin Rusiya və Çinlə strateji alyans yaratmasını təklif edib. Qlobal yenilənmə prosesi ərəfəsində Türkiyənin güclü ittifaqlarda iştirak etməsi zəruridir, lakin emosiyalara qapılıb Rusiya kimi başıpozuq və etibarsız birisiylə strateji müttəfiq olmaq böyük riskdir. Türkiyə Ukrayna ilə müharibə etməklə strateji xətaya yol vermiş səfehin yanında qətiyyən yer almamlıdır. Çinin keçirdiyi hərbi paradın təsiri altına düşmək isə sadəlövhlükdür. Sözsüz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözəl manevr ustasıdır və Baxçalının söylədikləri də yəqin ki, mahiyyəti etibarı ilə tamamilə ayrı məna daşıyır. Türkiyə hərbi-texnoloji  baxımdan inkişafdadır və onun getdikcə sönən və acizləşən Rusiyaya ehtiyacı yoxdur, əksinə, bundan sonra Moskva Ankaraya möhtac qalacaq və elə bu səbəbdən irəlidə Türkiyənın Rusiyanı öz  siyasi təsir sferasına  salması tamamilə mümkündür. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Sakinləri kirayələrdə süründürən tikinti şirkəti: Bina beş ildir təhvil verilmir
Next: Nyu-Yorkda qapalı ABŞ-Rusiya danışıqları – Lavrov açıqlama vermədi, Rubio isə…

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.