Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 26
  • Ərdoğan-Tramp sazişi… – ABŞ-nin Türkiyənin enerji bazarına daxil olması nə vəd edir?

Ərdoğan-Tramp sazişi… – ABŞ-nin Türkiyənin enerji bazarına daxil olması nə vəd edir?

admin 26/09/2025
a1492f71-7b13-42a7-9054-508fdc07b02b

 

Dünən Ağ Evdə ABŞ və Türkiyə liderlərinin imzaladıqları ticarət sazişləri arasında qaz idxalı ilə bağlı anlaşma dəyərinə görə mühüm sənəd kimi dəyərləndirilir. Belə ki, qarşıdakı 20 il ərzində Türkiyə ABŞ-dən 43 milyard dollar dəyərində 70 milyard kubmetr mayeləşdirilmiş qaz (LNG) idxal edəcək.

Türkiyə iqtisadiyyatı hər il xaricdən aldığı enerjinin həcmini artırır. 2024-cü ildə Türkiyə təxminən 52 milyard kubmetr təbii qaz idxal edib ki, bu da əvvəlki ilə nisbətən artım deməkdir. Ən son məlumatlara görə, 2024-cü ilin iyun ayında qaz idxalı 36,8% artıb.

Əsas təchizatçılara gəlincə, Rusiya birinci yerdədir və Türkiyənin qaz idxalının təxminən 42%-ni (22 milyard kubmetrdən çox) təmin edir.

Azərbaycan 22%-lik (11 milyard kubmetr) payla ikinci sıradadır.

İran isə 14%-lik payla üçüncü yerdə qərarlaşıb.

Türkiyənin mayeləşdirilmiş təbii qaza olan tələbatının qalan hissəsi isə əsasən Əlcəzair, ABŞ, Misir və digər ölkələrdən alınan LNG hesabına ödənilir.

Qeyd edək ki, idxal olunan qazın mühüm hissəsi elektrik enerjisinin istehsalına yönəldilir. 2024-cü ildə Türkiyənin ümumi elektrik istehsalında təbii qazın payı 18,5% təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə azalma deməkdir. Digər enerji mənbələri arasında kömürün payı 35,6%, su elektrik stansiyalarının payı 22%, küləyin 10,7%, günəş enerjisinin isə 7,5% olub.

Xatırladaq ki, Ağ Evdə keçirilən müzakirələr zamanı ABŞ prezidenti Donald Tramp Ərdoğanı Rusiya neft-qazından imtina etməyə çağırıb. Bu çağırış təkcə Türkiyəyə deyil, Avropa Birliyi və NATO müttəfiqlərinə də ünvanlanıb. Məqsəd Rusiyanın enerji satışından əldə etdiyi gəlirləri azaltmaq və onun Ukraynada müharibə aparmaq imkanlarını məhdudlaşdırmaqdır.

Rusiya ilə enerji əlaqələri: 2024-cü ildə Türkiyə Rusiyadan neft idxalını 36% artıraraq gündəlik 323 min barelə çatdırıb. Təbii qaz idxalı isə 22,5 milyard kubmetr olub. Ümumilikdə, 2024-cü ildə Türkiyənin Rusiyadan idxal etdiyi mineral yanacaqlar, yağlar və distillə məhsullarının dəyəri 32,23 milyard ABŞ dolları təşkil edib.

Xam neftə gəlincə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ən iri emalçılarından biri olan “Tüpraş” Rusiyadan gündəlik 225 min barelə qədər xam neft alıb. Bu həcmdə idxalı qısa müddətdə sıfırlamaq Türkiyə üçün asan deyil. ABŞ-ın əsas niyyəti isə Ukrayna müharibəsindən sonra Avropa enerji bazarında strateji təchizatçı rolunu itirən Rusiyanı tamamilə kənarlaşdırmaq və onun yerini tutmaqdır.

Azərbaycanın payı: Azərbaycanın Türkiyəyə xam neft ixracı nisbətən azdır. 2024-cü ildə Türkiyəyə 430 522 ton xam neft göndərilib ki, bu da Azərbaycanın ümumi neft ixracında cəmi 1,82% təşkil edib.

Bununla belə, qaz ixracı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müttəfiqlik münasibətlərinə görə Türkiyəyə qazı Avropa ölkələri ilə müqayisədə daha ucuz satır.

Rəsmi rəqəmlərə görə, 2025-ci ilin ilk aylarında Türkiyəyə ixrac olunan qazın orta qiyməti 1 kubmetr üçün 48 qəpik, yəni 1 000 kubmetr üçün 480 manat olub.

Avropa bazarlarında isə qiymət fərqlidir. Niderlandın TTF qaz habında 2025-ci ilin iyun-iyul aylarında təbii qazın qiyməti 1 000 kubmetr üçün 455–460 ABŞ dolları arasında dəyişib. Deməli, Avropaya satılan qazla müqayisədə Türkiyəyə ixrac olunan qaz qat-qat ucuz başa gəlir. Bu, həm siyasi, həm də strateji baxımdan Ankara üçün mühüm üstünlükdür.

Yekun olaraq qeyd edək ki, Ağ Evdə imzalanan sazişə əsasən, ABŞ-ın 20 ildə Türkiyəyə 70 milyard kubmetr LNG satışı nəzərdə tutulur. Bu, ildə təxmnən 55-60 milyard kubmetr qaza tələbatı olan Türkiyə üçün o qədərdə də böyük həcm deyil. Ancaq perspektivdə ABŞ-ın Türkiyəyə ixrac etdiyi qazın həcmini artırması Rusiya və İranın bazardakı payının müəyyən qədər azalmasına səbəb ola bilər. Azərbaycan isə strateji müttəfiqlik münasibətləri sayəsində Türkiyənin enerji təminatında mühüm rol oynamaqda davam edir.

PAYLAŞIN:

Continue Reading

Previous: Trampla anlaşdıq: Qəzza, 100 milyardlıq hədəf…
Next: “İndi Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir…” – “Hökumət bu mənzərədən məmnundurmu?”

OXŞAR MÖVZULAR

hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026
2026-04-11-18-28-36XltjKNm8LhIHWHQAAgo4_file

İslamabadda danışıqlar: Pərdəarxası səylər göstərilir

admin 20/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.