Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 26
  • Hesablama Palatası Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkar edib

Hesablama Palatası Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyində nöqsanlar aşkar edib

admin 26/09/2025
44318042-cc4f-3e0a-b3ac-6ecb5ee1d0ef_825

 

Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyində və tabeli qurumlarında dövlət vəsaitindən və digər dövlət əmlakından istifadə, onların idarə edilməsinə dair uyğunluq auditi aparıb.

Auditin əhatə etdiyi illərdə büdcə və qeyri-büdcə vəsaiti hesabına 62,6 milyon manat vəsait xərc edilib.

Yoxlama nəticəsində məlum olub ki, Agentlik büdcə və büdcədənkənar xərcləri düzgün proqnozlaşdırmayıb, 2023-cü ildə bir neçə halda ödənişlərin təyinatını dəyişdilərək xərc edib, 2023-2024-cü illərdə bir sıra hallarda işçilərə artıq əməkhaqqı hesablayaraq ödəyib. İki il ərzində artıq hesablanaraq ödənilən vəsait audit dövrü ərzində büdcəyə bərpa edilib.

Audit zamanı Agentliyin balansında olan nasos stansiyalarına quraşdırılan bir sıra avadanlıqların Forma 2 sənədlərində göstərilən yerlərdə deyil, faktiki olaraq digər nasos stansiyalara quraşdırıldığı, həmçinin Agentliyin və tabe təşkilatların əsas vəsaitlərinin bir hissəsinin yararsız halda olduğu, 37 ədəd subartezian nasosunun quyulara quraşdırıldıqdan sonra balansdan silindiyi müəyyən edilib və həmin nasosların balansda qeydə alınması təmin olunub.

Agentliyin tabeliyindəki içməli su anbarlarına və təmizləyici qurğularına baxış zamanı bəzi hallarda ümumi çıxış sayğaclarının nasaz olduğu, bəzi hallarda isə sayğacların ümumiyyətlə mövcud olmadığı müəyyən edilib. Ümumilikdə, 1 066 288 m3 içməli suyun Agentliyin məlumatlarında qeydiyyatının olmadığı müəyyən edilib.

Audit obyektinin balansında olan su tutarlarında quraşdırılmış 3 ədəd Su Elektrik Stansiyasına elektrik enerjisi almaq üçün su verilib, lakin verilmiş suyun həcminin ölçülmədiyi, elektrik enerjisinin istehsalı ilə bağlı buraxılmış suyun dəyərini aidiyyəti dövlət qurumunun ödəmədiyi müəyyən edilib.

Agentlik Muxtar Respublika ərazisində əkin altında olan torpaqlara suvarma suyunun verilişini icra edib, lakin suvarma suyunun toplanması üçün suvarma şəbəkələrindən götürülən və istifadəçilərinə verilən suyun uçotunun aparılması üçün ölçü cihazlarının, ölçü-nəzarət sisteminin olmaması müəyyən edilib.

Muxtar Respublikada içməli su şəbəkəsinə sayğac quraşdırılıb və su satışı həyata keçirilib. Audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilib.

Audit qrupu suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablamalar həyata keçirib. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1,7 dəfə çox, 2024-cü ildə 1,4 dəfə çox olub.

Audit obyektinin ərazisində açıq havada yararsız vəziyyətdə olan 87 adda 115 ədəd böyük çəkili və əlvan metal tərkibli texnika və avadanlıqların olduğu, həmin əsas vəsaitlərin artıq istismar müddətini başa vurduğu müəyyən edilib, həmin texnika və avadanlıqların audit dövründə utilizasiyasının həyata keçirilməsinə nail olunub və utilizasiyadan əldə olunan vəsait büdcəyə ödənilib.

Agentlik balansında olan iri su tutarları və hövzələri istisna olmaqla qalan digər meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılmasını həyata keçirməyib.

“Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Su Təmir-Tikinti İdarəsi ilə təchizadçı arasında Qaraçuq 1 nasos stansiyasının ərazisində Araz su anbarından qidalanan yeni nasos stansiyasının tikintisi üçün avadanlıq və mal-materialların alışı məqsədilə 6 437 962 manat məbləğində bağlanmış 16 iyun 2022-ci il tarixli müqaviləyə əsasən alınmış avadanlıq və malların mövcudluğuna baxış keçirilən zaman İdarənin bu avadanlıq və malların əksər hissəsinin adları, texniki göstəriciləri, sayı və s. barədə birbaşa sifarişçi olmaması səbəbindən məlumatsız olduqları müəyyən edilib. Həmçinin yuxarıda qeyd olunan avadanlıq və mal-materialların alışı üzrə müqavilənin şərtinə əsasən təchiz edilmiş avadanlıq və malların istehsalçı və təchizatçı tərəfindən mövcud olan nasazlıqlar, çatışmazlıqlar, fiziki qüsurlar və s. aradan qaldırılması üçün tanınan müddət bitib.

Agentlik dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət etməyib.ş ilkin satınalma planı hazırlanaraq təsdiq edilməyib, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib, 2023-cü ildə 7 halda 132 615 manat dəyərində satınalmalar həyata keçirilərkən razılıq alınmadan birbaşa müqavilə bağlanılıb, bəzi hallarda satınalmalar hissələrə bölünərək satınalmalar həyata keçirilib. Ehtimal olunan qiymətlərin müəyyən edilməməsi və ya düzgün müəyyən olunmaması, habelə müqavilələrin icrası üzrə nəzarət mexanizmlərinin təkmil olmaması dövlət vəsaitinin artıq istifadəsinə yol açıb. 2024-cü ildə tikinti materiallarının satınalınması üçün 257 001 manat dəyərində açıq tenderin keçirilməsinə dair müqavilə bağlanılıb, vəsaitin ödənişi tam həyata keçirilib, lakin 7 adda 41 987 manat dəyərində avadanlıq göndərilməyib və ya yararsız olduğu üçün geri qaytarılıb. Audit dövründə həmin avadanlıqlar təchizatçıdan tələb olunaraq bərpa olunub

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək nöqsanların aradan qaldırılması istiqamətində əməyin ödənişi, yanacaq üzrə artıq xərclərin, həmçinin xüsusi texnikaların icarəyə verilməsi üzrə ödənilməyən vəsaitin, habelə texnika və avadanlıqların utilizasiyasının həyata keçirilməsi nəticəsində yaranan vəsaitin müvafiq qaydada bərpasını, avadanlıqların və ehtiyatların müvafiq qaydada təhvil verildiyini, xərcə silinən əsaslı xərclərin kapitallaşdırılaraq balansda əks etdirildiyini nəzərə alıb, yerinə yetirilən işlərin düzgün rəsmiləşdirilməsi, aktivlərin müvafiq hesabatlarda düzgün tanınması və s. tədbirlərin görülməsi barədə qərar qəbul edib. Eyni zamanda, aşkar edilmiş məsələlərlə əlaqədar səlahiyyətlərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınıb.

PAYLAŞIN:

Continue Reading

Previous: Gürcüstan 7, Azərbaycan 2 faiz… – İqtisadi artım proqnozuna görə Ukraynadan da geridəyik
Next: Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkar edib

OXŞAR MÖVZULAR

rəqaabət

Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib

admin 21/04/2026
suni_intellekt (1)

Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib

admin 21/04/2026
balıq

Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.