Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 29
  • AXA ziyanvericilərlə mübarizə adı altında pul silir – Qurumdakı ziyanvericilərlə mübarizəyə nə vaxt başlanılacaq

AXA ziyanvericilərlə mübarizə adı altında pul silir – Qurumdakı ziyanvericilərlə mübarizəyə nə vaxt başlanılacaq

admin 29/09/2025
axa-axa

 

Məlum olduğu kimi Hesablama Palatası 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi aparıb. Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər olan müddət əhatə olunub.

Hesablama Palatasının bir neçə gün öncə bununla bağlı yaydığı məlumatlarda bildirilir ki, “ehtimal olunan qiymətlərin hesablanması üçün səmərəli (regional coğrafiyadakı istehsalçılar üzərindən) bazar araşdırmaları aparılmadan Kosta-Rika mənşəyinə üstünlük verilərək ticarətçi qeyri-rezident şirkətlə bir dəstinin qiyməti 32,1 manata sənədləşdirilmiş müqavilələr bağlanılıb və ümumilikdə ödənilmiş dəyəri 1 milyon 669,1 min manata bərabər 51 949 dəst feromon (P588) tələlərinin qeyri-optimal qiymətlərlə satınalınmasına yol verilib. İki il ərzində istifadə olunmasına baxmayaraq həmin feromon tələlərinin hal-hazıradək dövlət sınağından keçməsi və dövlət qeydiyyatına alınması təmin edilməyib.

Eyni zamanda, feromon tələlərindən 01.01.2025-ci il tarixinə 35018 dəstinin qalıqda qalması və köhnəlməsi qeyri-rezident şirkətlə bağlanmış müqavilələr üzrə tələbatın düzgün müəyyənləşdirilməməsini və 1 milyon manata yaxın büdcə vəsaitinin 2023-cü ildə səmərəsiz xərclənməsini deməyə əsas verib.

Həmçinin, auditə təqdim edilmiş sənədlər zəif və ya sıx qaydada aşkarlanan zərərvericilərin ölkənin bəzi (şimal və şimal-qərb) regionları üzrə müşahidə olunduğunu, feromon tələlərinin isə risk əsaslı yanaşmalarla deyil, 2024-cü ildə az qala bütün regionlar üzrə asıldığını (müvafiq hallarda, fermer təsərrüfatları üzrə rəsmiləşdirilmədən) göstərib ki, bu da büdcə vəsaitlərindən səmərəsiz istifadəni bir daha təsdiq edir.”

Aktualinfo.org Hesablama Palatasının yaydığı bu məlumatlar ətrafında araşdırma aparmaşdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumata görə feromon tələlərin satın alınması üzrə açıq tender müsabiqəsi 15.05.2023-cü ildə başlanıb. Aqrar Xidmətlər Agentliyi  04.08.2023-cü ildə “Novagro” LTD (VÖEN 405273573)  ilə 1.477.980 manat məbləğində satınalma müqaviləsi bağladığını elan edib.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Novagro” LTD kimi kommersiya qurumunun müəyyən edilmədiyi göstərilir. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, “Novagro” LTD Böyük Britaniyada, London, Sudbury, Stour Valley biznes mərkəzində yerləşir. Maraqlıdır, bəs “Novagro” LTD şirkəti kimə məxsusdur və Aqrar Xidmətlər Agentliyi 1.477.980 manat dəyəri olan müqaviləni hansı əsaslarla bağlayıb? Hələ Hesablama Palatasının açıqlamasına görə bu rəqəm 1 milyon 669,1 min manat təşkil edib.

Hesablama Palatasının açıqlamasından da göründüyü kimi Aqrar Xidmətlər Agentliyi qeyri-rezident bir şirkətlə müqavilə bağlayıb. Bəs qeyri-rezident kimlərdir?

Qanunvericiliyə əsasən Qeyri-rezident (non-resident) – Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvləri; Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri; məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs. Azərbaycan Respublikasının ərazisində yerləşən, diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri.

Buradan da o qənaətə gəlmək olur ki, “Novagro” LTD-nin Azərbaycan Respublikasının ərazisində yerləşən xarici ölkələrin rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri ilə heç bir bağlılığı yoxdur. Çünki, xarici təşkilatların və firmaların nümayəndəlikləri vergi ödəyicisi olaraq dövlət qeydiyyatına alınırlar.

Görsənən odur ki, Aqrar Xidmətlər Agentliyi ya diplomatik və ya konsulluq statusu olan şəxs və onun ailə üzvlərinə məxsus olan bir şirkətlə müqavilə bağlamışdır ki, onun da arxasında böyük ehtimalla Kənd Təsərrüfatı Nazirliyinin rəsmi şəxslərindən biri dayanır.

Qeyde dək ki, Hesablama Palatasının auditini əhatə edən dövrdə Aqrar Xidmətlər Agentliyi bir şübhəli açıq tender də bifenthrin preparatının satın alınması üzrə keçirib. Agentlik sözügedən preparatın alınması üçün “Amin-Q” MMC (VÖEN: 1401060551) ilə 28.09.2023-cü ildə 732.564 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Hesablama palatasının açıqlamasında isə bildirilir ki, “Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi bir qayda olaraq zəruri ilkin sənədlərin rəsmiləşdirilməsini aparmadan, o cümlədən torpaq sahəsinin ünvanı və fermerin rekvizitləri əks etdirilmədən, fermerin sifarişinin şərtlərini tənzimləyən hər hansı təsdiqedici sənəd olmadan, fermerin maliyyə-təsərrüfat əməliyyatına aidiyyəti olmayan yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və s. nümayəndələri qeyd olunan aktlar tərtib edərək bitki mühafizəsi və fumiqasiya tədbirlərinə sərf olunması qismində ümumilikdə 1 milyon 526,6 min manat dəyərində sink fosfidin və digər pestisidlərin uçotdan silinməsinə yol verilib.” Buradan belə çıxır ki, Aqrar Xidmətlər Agentliyi ziyanvericilərə qarşı mübarizə adı altında dövlətə ziyan vurmaqla məşğuldur. Onda dövlət Aqrar Xidmətlər Agentliyindəki ziyanvericilərə qarşı mübarizəyə niyə başlamır?

Xatırladaq ki, bu Aqrar Xidmətlər Agentliyi tərəfindən ziyanvericilərə qarşı mübarizə adı altında dövlətə vurulan ilk ziyan deyil. Qeyd edək ki, hələ 2014-cü ildə Hesablama Palatası tərəfindən aparılan auditin nəticələri müzakirə edilərək Azərbaycanda zərərli gəmiricilərə qarşı mübarizə məqsədilə istifadə olunan sink-fosfid preparatının Avropa İttifaqı ölkələri və MDB-yə daxil olan bir sıra dövlətlər tərəfindən qadağan edilməsini, sink-fosfidin, ətraf mühitə, flora və faunaya, insanlara yaratdığı təhlükələrin ciddiliyini, onu qadağan edən ölkələrin sayının və preparatın tətbiqi ilə bağlı təhlükələrin daha da artmasını nəzərə alaraq, sink-fosfidin dövlət qeydiyyatından keçən pestisidlərin siyahısından çıxarılması məqsədəuyğun sayılıb.

Lakin buna baxmayaraq Aqrar Xidmətlər Agentliyi sink fosfid və alüminium fosfid dərman preparatlarının satın alınması üzrə fərdi sahibkar Məhərrəm Əmirxəlil oğlu Atakişiyevlə  20.06.2025-ci ildə 609 600 manat dəyərində satınalma müqaviləsi bağlayıb.

İndi kim zəmanət verə bilər ki, Aqrar Xidmətlər Agentliyinin fiziki şəxs Məhərrəm Atakişiyevlə bağladığı müqavilə ilə altı yüz min manatdan çox dəyəri olan sink fosfid və alüminium fosfid dərman preparatları da 2023-cü ildə olduğu kimi müxtəlif yollarla silinməyəcək.

 

Aktualinfo.org

 


PAYLAŞIN:

Continue Reading

Previous: Adnanın SOCAR-ın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı
Next: TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.