Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 29
  • Qərb Pezeşkiana inanmadı – İranda gərginlik artır

Qərb Pezeşkiana inanmadı – İranda gərginlik artır

admin 29/09/2025
mesud-pezeshkian3

 

“Avropa üçlüyü” – Böyük Britaniya, Almaniya və Fransanın İrana qarşı sanksiyaları bərpa etməsi Tehranı çətin vəziyyətə salacaq. Çünki Avropa ölkələri ABŞ-dan fərqli olaraq nüvə məsələsində Tehranla razılaşmanın əldə olunmasına çalışırdılar. Vaşinqton isə sanksiyaların sərtləşdirilməsinin tərəfdarı idi.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O vurğulayıb ki, Tehran Avropa ölkələrini nüvə çalışmalarını davam etdirmədiyinə inandıra bilmədi:

“Bunun nəticəsi olaraq Avropa üçlüyü ABŞ və İsrailin İrana qarşı sanksiyaların tətbiqi siyasətinə qoşulmuş oldu. Avropa üçlüyünün qərarı İran Prezidenti Məsud Pezeşkianın siyasətinə zərbədir. O çalışırdı ki, İrana qarşı sanksiyalar ortadan qaldırılsın və ölkəsi Qərb ölkələri ilə ticarət əlaqələrini bərpa etsin. Ancaq bu mümkün olmadı.

Bunun əsas səbəbi İrandakı mühafizəkar qrupun siyasətidir. Pezeşkian ABŞ və AB ilə münasibətləri normallaşdırmaq istəyərkən, mühafizəkarlar onun bu siyasətini qəbul etmədilər. Məsud Pezeşkian nüvə məsələsində söz sahibi deyil. İranda nüvə çalışmaları və uranın zənginləşdirilməsi ali dini lideri və SEPAH generallarının səlahiyyəti çərçivəsindədir. Prezident onların qərarlarına təsir edə bilmir.

İranın ali dini lideri Əli Xamenei bildirib ki, ABŞ-la danışıqlar nəticə verməyəcək və bu danışıqları davam etdirməyin əhəmiyyəti yoxdur. Bu, ali dini liderin ölkə prezidentinə də mesajıdır ki, Vaşinqton və Brüssellə nüvə məsələsiylə bağlı danışıqları davam etdirməsin. Ali dini lider və SEPAH generalları nüvə çalışmalarından imtina etməyənə qədər İrana qarşı sanksiyalar yumşalmayacaq”.

Politoloq xatırladıb ki, Qərbdə Məsud Pezeşkianın “biz nüvə silahı əldə etmək istəmirik” çağırışlarına inanmırlar:

“Çünki İranda bununla bağlı qərarı başqaları verir. Halbuki İranın uranı zənginləşdirmək siyasətindən İran xalqı əziyyət çəkir. İrana qarşı tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir edir, sosial vəziyyət ağırlaşır, inflyasiya dərinləşir, bundan ən çox sadə iranlılar əziyyət çəkir. İran həmçinin əsas gəlir mənbəyi olan neftini satmaqda çətinlik çəkir.

ABŞ və Avropa dövlətlərinin İrana qarşı sanksiyaları davam etdirməsi İsrailin İrana qarşı növbəti dəfə raket zərbələrini aktuallaşdıra bilər. İsrail hökuməti İranın nüvə çalışmalarını davam etdirdiyini bəhanə edərək bu ölkəyə yenidən zərbə vura bilər. Halbuki bu, problemin həlli deyil. Əksinə, İsrailin İrana hücumları İranda mühafziəkarların mövqeyini gücləndirir.

Bu arada, İran parlamentinin 71 üzvü ölkənin müdafiə doktrinasına ciddi dəyişikliklər tələb edib. Onlar nüvə silahının yaradılması imkanlarının nəzərdən keçirilməsini istəyiblər. Beləliklə, İranın mühafizəkar deputatları nüvə silahı əldə edilməsini lazım bilirlər. Halbuki İran rəsmiləri və din xadimləri əvvəllər deyirdilər ki, nüvə silahı islama ziddir və Tehran nüvə silahı əldə etmək istəmir. Qərbdə əvvəl də bu deyilənlərə inanmırdılar. Pakistan İslam Respublikasıdır, ancaq nüvə silahı var. İslam Respublikası olan İran da nüvə silahının əldə edilməsi barədə planlar qura bilər”./axar.az

PAYLAŞIN:

Continue Reading

Previous: 139 ölkə arasında 103-cü və 94-cü yerlər… – “Bu qurumlar məsuliyyət daşıyır”
Next: Ağ Ev Trampın Qəzza üzrə sülh planını dərc edib

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.