Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 29
  • QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –ŞOK FAKTLAR

admin 29/09/2025
qht-aygün

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilməlidir!

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi… Adı üstündədir: Dövlətin qarşılıqsız, hansısa fərqli maraqlar ummadan Vətəndaş Cəmiyyəti İnstitutlarının, ictimai birliklərin inkişafına hüquqi və maddı dəstəyi. Dövləti və milli maraqlar, eləcə də, ictimai rəy baxımından bu dəstək nəinki lazımdır, hətta vacibdir.

Dövlət məlum səbəblərdən bu sektorda xaricdən maliyyələşməni minimuma endirməkdədir. Öz vətəndaşına sahib çıxıb, Vətəndaş Cəmiyyəti İnstitutlarının formalaşmasında və inkişafında maraqlı olduğunu nümayış etdirir. Amma,…Təəssüf ki, dövlət babanın bu saf niyyəti bir qrup işbazın çirkin niyyətinin girovluğunda çabalayır!

Bu yazı da məhz bu səbəblərdən zərurətə çevrildi. Hələlik, dövlət dəstəyinin vacibliyi və faydalarından yox, prosesin icra mexanizmindən, illərdir davam edən özbaşınalıqlardan az da olsa bəhs etməyə çalışacağıq…

Bu istiqamətdə Yenixeber.org-a daxil olmuş məlumatlardan belə məlum olur ki, agentliyin başında oturanlar hələ də, QHT-lərə Dövlət babanın dəstəyini dədə-babalarının yardımı ilə səhv salırlar ki, var!

                          Hərəyə bir QHT… 

Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası sədri Azay Quliyev olmaqla on bir nəfərdən ibarətdir. Haqqındakı Nizamnamənin 4.3-cü bəndinə görə, Agentliyə ümumi rəhbərliyi və nəzarəti Şura həyata keçirir. Agentliyin hazırkı icraçı direktoru isə Şura tərəfindən 23 noyabr 2021-ci ildə təyin edilən Aygün Əliyevadır…

Son illərdə bu cameə daha bir tendensiya ilə diqqət çəkməyə başladı: az qala hər gün 5-6 QHT elan olunmaqla. Ölkədə yaxşı-pis tanınmış simalar hərəsi bir QHT sahibi oldu və olmaqdadır. Bu sırada siyasi, ictimai simalar, sayt rəhbərləri, deputatlar, hətta vəzifə sahibləri də, yer almaqdadır. Hərəsi bir kanalla, özlərindən başqa heç kimə və heç nəyə faydası olmayan kağızüstü QHT-ləri ilə “Səlib yürüşü ediblər” dövlətin “səxavət kisəsi”nə. Dostbazlıq, qohumbazlıq, rəfiqəbazlıq və nə bilim, daha hansı BAZLIQlarla…

“Krişa”, “Atkat” kimi sözlər indi onların gündəlik leksikonundan düşmür. Özlərini cəmiyyətə nümunə kimi sırımaq istəyən bu zatların sırasında “pula-pul deməyənlər” daha çoxdur. Bu sırada “jırnı” deputatların, hökumət adamlarının sıralanması isə təsəvvüedilməzdir. Özü də, heç də az olmayan məbləğlərlə…Bütün bunların qaışılığında isə nə hansısa faydalı bir layihə var, nə də onun gerçəkləşməsi!

Bu haqda mediada az qala həndəsi silsilə ilə araşdırmalar da, yer alır. Konkret adlar, faktlar hallansa da, “dəyirman öz işindədir”. (Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/arasdirma/183476-qht-agentliyind%C9%99n-qrantlar%C4%B1-deputatlar-v%C9%99-h%C3%B6kum%C9%99t-n%C3%BCmay%C9%99nd%C9%99l%C9%99ri-nec%C9%99-udurlar-%E2%80%93.html

Bu günə qədərki yazılardan biridir…Google üzərindən bir axtarış yetər ki, “N” sayda bu sayaq yazıların şahidi olursan. Həm də, konkret faktlar sadalanmaqla. Amma nə karədirsə yuxarıdan aşağı məsul olan bir kəsin də, “heç tükü də tərpənmir”(?

İndi isə keçək bu “şanlı-şöhrətli” dövlət qurumu ilə bağlı heç vaxt, heç yerdə eşidib, oxumadığınız məlumatlara.

        Dövlətin pulu “sağ cibdən sol cibə belə ötürülür”

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin son üç ildə müxtəlif adlarla dövlətin pulunu xərcləməsi ilə bağlı araşdırma aparmalı olduq…Söhbət toplam yüz minlərlə büdcə vəsaitinin yumşaq desək şübhəli yollarla xərclənməsindən gedir. Bu xərclərin kiçik bir qismini sadalayaq:

2023-cü ildə “BAKU ÖRME KUMAŞ SAN VE TİC.LTD.ŞTİ” MMC ilə malların satın alınması ilə bağlı 9946 manatlıq. 

2024-cü ildə “NAXÇIVAN SARAY” MMC ilə Mehmanxana xidmətləri ilə bağlı 10738 manatlıq.

2024-cü ilin aprel ayında Behbudov Vüsal Bayram oğlu ilə ekspert xidmətləri ilə bağlı 2632 manatlıq.

2024-cü ilin may ayında “ADA Universiteti” ilə zal icarəsi ilə bağlı 22687 manatlıq.

2024-cü ildə “SİNMA” MMC ilə texniki dəstəklə bağlı 7800 manatlıq.

 2024-cü ilin aprel ayında “KONSİS” MMC ilə səs sistemləri ilə bağlı 1239 manatlıq.

2024-cü ilin aprel və avqust aylarında “Bakı Biznes Mərkəzi” ilə zal icarəsi ilə bağlı 8850 manatlıq və 5310 manatlıq.

2024-cü ilin aprel ayında “EVENEST ASSİSTANT” MMC ilə 8450 manatlıq.

2024-cü ilin iyun ayında “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-lə tədbirin təşkili və təmizlik xidmətləri ilə bağlı 20000 manatlıq.

2025-ci ilin sentyabrın 3-də “Bakı Konqres Mərkəzi” ilə zal icarəsi ilə bağlı 32072 manatlıq.

Bu on bir epizodu birləşdirən ümumi, həm də müəmmalı iki faktor var…

BİRİNCİSİ: Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil)(?) Başqa sözlə, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu işlərlə bağlı müvafiq satınalma müsabiqəsi elan etmədən, sadaladığımız şirkətlərlə bir mənbədən olmaqla, birbaşa müqavilələr bağlayıb(?)

Diqqət çəkən, şübhəli əməliyyatlar olsa da, məlum qanunla qadağan da deyil. Amma,…müvafiq əsaslandırmalarla!

Xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlarla əlaqəli satınalmalar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur: satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda; satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda; təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə; satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Göründüyü kimi, “Dövlət satınalmaları haqqında” Qanunda bir mənbədən satınalamaları zəruri edən şərtlər aydın şəkildə sadalanır…

İndi isə sual olunur:QHT-lərə Dövlət Dəstəyi Agentliyini bu epizodlarda qanunda göstərilən hansı səbəblər təhrik etdi ki, satınalma müsabiqəsi ilə deyil, bir mənbədən, birbaşa müqavilə bağlasın??? Çox sadə və bəsit, eyni zamanda cavablandırılması çox zor görünən sual…

Bu proseslərdə dövlətin pulunu xərcləyən tərəf kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfdən hansı məsul şəxslər iştirak edib, rəhbərlik kimə məxsus olub?

Tərəflərə hansı səbəblərdən  üstünlük verilib? Və s…

İKİNCİSİ: Daha da çox maraq doğuran digər fakt isə bu müqavilələrin dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi tarixi ilə bağlıdır…2023-2024-cü illərdə bağlanan müqavilələr 20.08.2025-ci ildə kütləvi şəkildə portalda yerləşdirilir(?) İki il sonra kimlərsə başı alış-verişə qarışmış QHT-lərə Dövlət Dəstəyi Agentliyinin başbilənlərinin yadına salır ki, birbaşa bağlanmış olsa da belə, müqavilələr haqqında məlumatlar dövlət portalında yerləşdirilməlidir. Həm də, həmən tarixdə… Bunlar da “Qaş düzəltdikləri yerdə, vurub göz çıxarıblar”…

                                         Və son əvəzi…

Biz Yenixeber.org olaraq bu və digər detalların aydınlaşıb, ictimailəşdirilməsi məqsədi ilə 22.08.2025-ci il tarixdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoruAygün xanım Əliyevaya online rəsmi sorğu ünvanladıq. Bu gün isə artıq 29.09.2025-ci ildir. Hələ ki, sorğumuza cavab yoxdur… Agentliyin satınalma üzrə mütəxəssisi Əli Quluzadə telefon danışığımızda sorğunu araşdırıb, cavablandıracaqlarını desə də olmadı.

Səbəbini biz ancaq təxmin edə bilərik: ya başları daha da “ciddi işlərə qarışıb”, ya da sorğumuz gözlənilməz olub ki, dərin düşüncələrə qərq olublar…

Bu arada hörmətli Aygün xanıma xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur…

Dövlət büdcəsi hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin…Heç dədə-baba pulu da deyil ki, sağ cibdən götürüb, col cibə qoyasan.

Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb…

İndiyədək yazılanlardan və bizim də hələ ki, geniş olmayan araşdırmalarımızdan belə məlum olur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bəlli dövlət orqanları tərəfindən araşdırılması zəruridir ki, var! Vaxtı ilə KİVDF haqqında da bənzər yazılar ciddiyə alınmırdı…

İlqar Salmanov: Yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Baş prokuror: Heç bir ölkə ətraf mühitlə bağlı problemləri təkbaşına həll edə bilməz
Next: Sosial xərclər artdı – Bizi nə gözləyir?

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.