Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 3
  • “Cənubi Qafqaza yeni dövr başlayır” – “Proses çoxlu qeyri-müəyyənliklərlə müşayiət olunur”

“Cənubi Qafqaza yeni dövr başlayır” – “Proses çoxlu qeyri-müəyyənliklərlə müşayiət olunur”

admin 03/12/2025
ferhad-m-polit

 

Fərhad Məmmədov: “Əsas məsələ odur ki, siyasi-diplomatik mexanizmlər artıq müəyyən edilib”

“8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin vasitəçiliyi ilə imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması bölgədə tamamilə yeni konfiqurasiyanın əsasını qoyub”.

Bunu politoloq Fərhad Məmmədov Cənubi Qafqaz regionunda gedən transformasiya prosesini şərh edərkən bildirib. Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərindən formalaşmış regional düzən artıq etibarlılığını itirib və 44 günlük müharibənin nəticələri Cənubi Qafqaza yeni “opsiyalar” təqdim edib.

“Birinci nəticə – Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır”

Politoloq qeyd edib ki, bu reallıqla ilk olaraq Rusiya 10 noyabr 2020-ci il bəyanatı ilə razılaşıb, daha sonra Avropa İttifaqı və Fransa 7 oktyabr 2022-ci ildə bunu faktiki qəbul edib, ABŞ isə 2025-ci ilin avqustunda təsdiqləyib. Onun fikrincə, ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistanın bu nəticəni tanıması ədalətli yekunun rəsmiləşməsi deməkdir.

“İkinci nəticə – Azərbaycanla Ermənistan arasında sülh”

F. Məmmədov deyib ki, münaqişənin ərazi komponenti artıq paraflanmış sülh sazişinin mətnində həll olunub və Birgə Bəyannamə tərəflərə aydın yol xəritəsi təqdim edir. O bildirib ki, etnik komponentin tam neytrallaşdırılması uzunmüddətli proses olacaq və burada həm hökumətlərin, həm də vətəndaş cəmiyyətinin koordinasiyalı fəaliyyəti vacibdir.

Politoloq əlavə edib ki, sülh sazişinin imzalanması və ratifikasiyası mərhələsində hələ də qeyri-müəyyənlik mövcuddur. O, Ermənistanın parlament seçkilərinin və yeni Konstitusiya üzrə referendumun nəticələrini əsas risk amili kimi göstərib.

“Üçüncü nəticə – Ermənistan–Türkiyə münasibətlərinin normallaşması”

Fərhad Məmmədov vurğulayıb ki, Ankara ilə İrəvan arasında normallaşma prosesi birbaşa Azərbaycan–Ermənistan xəttindəki dinamikanın nəticəsidir. O deyib ki, bu prosesin zamanında baş verəcəyi gözlənilir. Lakin yenə də Ermənistanın seçki və referendum nəticələri, həmçinin xarici aktorların prosesi süni şəkildə sürətləndirməyə cəhd etməsi risk yaradır.

“Dördüncü nəticə – kommunikasiya xətlərinin açılması”

Ekspert bu istiqamətdə qeyri-müəyyənliklərin daha çox olduğunu bildirib:

-TRIPP rejiminin Ermənistan və ABŞ tərəfindən təsdiqlənməsi və Azərbaycanla razılaşdırılması;

-Naxçıvanda dəmir yolunun modernizasiyası, bunun vaxt və maliyyə çərçivəsi;

-Naxçıvanın Türkiyə və Ermənistanla dəmir yolu bağlantısının qurulması;

-Qars–Naxçıvan dəmir yolunun tikintisinin vaxtı;

-Ermənistan ərazisində “Rusiya Dəmir Yolları”nın statusuna Qərbin reaksiyası və TRIPP-in rus konsessionerini faktiki olaraq nəzərə almaması.

Fərhad Məmmədov hesab edir ki, transformasiya dövrünün risklərlə müşayiət olunması normaldır. Əsas məsələ odur ki, siyasi-diplomatik mexanizmlər artıq müəyyən edilib və bütün məsələlərin məhz bu çərçivədə həll olunacağına dair öhdəliklər mövcuddur.

Qeyri-müəyyənlik olan hər bir mövzu üzrə həll variantları və konkret müddətlər müəyyən olunub: “Deməli, vəziyyət o qədər də pis deyil”.

Sonda politoloq bildirib ki, Cənubi Qafqaza təqdim olunan yeni geosiyasi opsiyalar region ölkələrinin suverenliyini və müstəqilliyini gücləndirməli, həmçinin xarici aktorların öz rəqabətlərini açıq qarşıdurma səviyyəsinə qaldırmasının qarşısını almalıdır. 

PAYLAŞIN:

Continue Reading

Previous: “Uitkoff Rusiyanın maraqlarını irəli sürür” – Məşhur ABŞ diplomatı Trampın elçisini sərt tənqid etdi
Next: Putin Trampın yeni sülh planını rədd etdi – Kremldə 5 saatlıq görüş nəticəsiz bitib

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq 22/04/2026
  • Ərdoğan: Aİ-yə üzv olmayan ölkələrin müdafiə təşəbbüslərindən kənarlaşdırılması düzgün deyil 22/04/2026
  • Vüsal Xanlarovun rəhbəri olduğu qurumda pozuntular: 400 ədəd arabaya 135 mindən artıq vəsait xərcləndi 22/04/2026
  • Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama – Kimlərə artıq pullar ödənilib? 22/04/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyində pozuntular aşkarlandı – Müqavilələrin 80 faizi müsabiqədənkənar bağlanıb 22/04/2026
  • TƏBİB-də islahatlar BAŞLADI – Onlar vəzifəsini İTİRDİ – SİYAHI 22/04/2026
  • Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 22/04/2026
  • Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib 22/04/2026
  • Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib? 22/04/2026
  • Gəncədə aşkarlanan qanunsuzluqlara bu şirkətlər də ortaqdı – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi” 22/04/2026
  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.