Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 9
  • Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

admin 09/12/2025
dma

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan “Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə keçirilən açıq tenderdə fiziki şəxs Gülnarə Sultan qızı İbadova qalib elan edilmiş və qeyd edilən şirkət ilə 2.998.599,60 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 08.12.2025-ci ildə dərc edilmişdir.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, bu Dövlət Məşğulluq Agentliyi ilə fiziki şəxs Gülnarə Sultan qızı İbadova arasında ilk anlaşma deyil.

Tərəflər arasında Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə 17.205 manat məbləğində satınalma müqaviləsi 26.11.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu tətbiq edilməklə bağlanıb. Müqavilənin başlanma tarixi 25.11.2025-ci il, bitmə tarixi 05.06.2028-ci ilə müəyyən edilib. Göründüyü kimi ofis sahəsinin icarəsi müqaviləsi 30 ay müddətinə bağlanıb. Bu müqaviləyə görə ofis sahəsinin aylıq icarəsi 573 manat təşkil edib.

Lənkəran-Astara RMF üçün ofis icarəsinin satın alınması üzrə 133.200 manat məbləğində satınalma müqaviləsi 05.06.2025-ci ildə bağlanılıb. Bu müqavilənin başlanma tarixi isə 05.06.2025-ci il, bitmə tarixi 05.06.2028-ci ilə müəyyən edilib. Şərtlər toplusuna görə 400 m(2) ofis sahəsinin icarəsi müqaviləsi 36 ay müddətinə bağlanıb. Təxmini hesablamalarımıza görə Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin aylıq icarə haqqı 3 min 700 manat təşkil edib.

Dövlət Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması üzrə 1.499.299,8 manat məbləğində satınalma müqaviləsi 03.02.2025-ci ildə bağlanılıb. Bu müqavilənin başlanma tarixi 31.01.2025-ci il, bitmə tarixi 01.02.2026-cı ilə müəyyən edilib. Şərtlər toplusuna görə 8.335 m(2) ofis sahəsinin icarəsi müqaviləsi 12 ay müddətinə bağlanıb.

Ofis sahəsinin icarəsi üzrə birmənbədən satınalma metodu tətbiq edilməklə 19.489,08 manat məbləğində satınalma müqaviləsi 08.01.2025-ci ildə bağlanılıb. Müqavilə birmənbədən satınalma metodu tətbiq edilməklə bağlanıb. Müqavilənin başlanma tarixi 01.01.2025-ci il, bitmə tarixi 01.02.2025-ci ilə müəyyən edilib. Göründüyü kimi ofis sahəsinin icarəsi müqaviləsi 1 ay müddətinə bağlanıb.

Bu məlumatlardan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi fiziki şəxs Gülnarə İbadova ilə 2025-ci il ərzində ümumi dəyəri 1 669 193 manat olan 4 satınalma müqaviləsi bağlayıb. Bağlanılması planlaşdırılan müqaviləni də üstünə gələndə bu 4 667 792 manat təşkil edir.

Satınalmaların portalında verilmiş elandan da göründüyü kimi Dövlət Məşğulluq Agentliyi Dövlət Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətini həyata keçirir.

Buradan ortaya suallar çıxır. Bu qədər əmlaka sahib olan Gülnarə Sultan qızı İbadova kimdir? Dövlət Məşğulluq Agentliyinin həm Aparatı üçün, həm də Mərkəzi filialları üçün ofis sahəsini icarəyə verən bu xanımda bu qədər əmlak hardandır?

Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Gülnarə Sultan qızı İbadova (VÖEN: (1605375812) vergi ödəyicisi kimi Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli ev 2A, mənzil 20 ünvanında daimi qeydiyyatdadır. Açıq və rəsmi mənbələrdə Dövlət Məşğulluq Agentliyinin ofis sahəsinin icarəsi üzrə 1 il ərzində ümumi olaraq 4 667 792 manat dəyərində müqavilə bağladığı fiziki şəxs Gülnarə İbadova barəsində heç bir məlumat yoxdu.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi ölkədə əmək münasibətlərinin inkişafı və tam məşğulluğun təmin edilməsi istiqamətində dövlətin iqtisadi və sosial siyasətini icra etmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində yaradılan publik hüquqi şəxsdir. Azərbaycan Respublikasının vətəndaşlarına xidmətin zəruriliyi nəzərə alınaraq, 16 fevral 2011-ci ildə ƏƏSMN yanında Baş Məşğulluq İdarəsinin bazasında ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti yaradıldı. Növbəti 10 iI ərzində Xidmətin fəaliyyəti daha da şaxələnərək və miqyası genişlənərək 30 dekabr 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi yaradılıb. Ağentliyin sədri Sadiq Əliyevdir. O, 29 may 2024-cü ildən bu vəzifəyə təyinat alıb. Daha əvvəllər İqtisadiyyat Nazirliyində,  2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Aktualinfo.net

 

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” -2-3 min manatlıq layihəyə 1000…

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.