Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 10
  • Elçin Əmirbəyov Brüsseldə Aİ-Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb

Elçin Əmirbəyov Brüsseldə Aİ-Ermənistan arasında sənədlə bağlı Azərbaycanın narahatlığını çatdırıb

admin 10/12/2025
emir-bey

 

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa Komissiyasının bir sıra rəsmiləri ilə görüşlər keçirib.

Görüşlər Avropa Komissiyasının Prezidentinin diplomatik müşaviri Saymon Mordü, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini və Avropa üzrə icraçı direktor Matti Maasikas və Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktorunun müavini Adrien Kirali ilə baş tutub.

Aİ rəsmiləri ilə görüşlərdə Azərbaycan – Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəfli sənədlər, regional nəqliyyat bağlantılarının formalaşdırılması və Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

E.Əmirbəyov dekabrın əvvəlində qəbul olunmuş Aİ – Ermənistan Tərəfdaşlığı üzrə Strateji Gündəlik adlı sənədlə əlaqədar Azərbaycan tərəfinin ciddi narahatlığını onların diqqətinə çatdırıb, regiondakı mövcud reallığı əks etdirməyən və artıq tərəflər arasında müzakirə mövzusu olmayan məsələlərin süni şəkildə təkrar gündəliyə çıxarılması cəhdlərinin regional sülh gündəliyinə və Azərbaycan-Aİ münasibətlərinə zərər vuran addım kimi qiymətləndirib.

O, Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımların atılacağı barədə ümid ifadə edib.

Səfər çərçivəsində Elçin Əmirbəyov Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının Sədri Piter de Ruver, Belçika Kralının Ofis rəhbərinin müavini və diplomatik müşaviri Piter Klaes, Belçika Baş nazirinin Ofisinin Xarici İşlər və Təhlükəsizlik üzrə Aparat rəhbəri Paskal Heyman və Belçika Xarici İşlər Nazirliyinin İkitərəfli Məsələlər üzrə Baş direktoru Birqit Stivens ilə geniş tərkibli görüşlər keçirib.

Görüşlər çərçivəsində Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

E.Əmirbəyov görüşlər zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən aparılan ardıcıl siyasi xətt barədə tərəf müqabillərini məlumatlandırıb. O, həmçinin Avropa tərəfdaşlarını sülh quruculuğu prosesinə mümkün töhfələr barədə istiqamətləndirib.

Brüsselə səfəri zamanı E.Əmirbəyov NATO Baş katibinin müavin köməkçisi, NATO-nun Cənubi Qonşuluq üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina ilə də görüşüb.

Elçin Əmirbəyov NATO-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti və perspektivlərini müzakirə edib.

NATO-nun yüksək vəzifəli rəsmisi Azərbaycanın və onun rəhbərliyinin alyans tərəfindən tam şəkildə dəstəklənən sülh ruhunun möhkəmləndirilməsindəki rolunu yüksək qiymətləndirib.

Məqaləyə dair fotomateriallar:

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Donald Trampa təşəkkür edib
Next: Azərbaycan və Ermənistan sərhədlərin bir hissəsini dəqiqləşdirə bilər – Gələn ilin ilk üç ayında…

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.