Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 10
  • Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu – Siyahı

Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin əmlaklarına həbs qoyuldu – Siyahı

admin 10/12/2025
seide-hekim

 

Səhiyyə Nazirliyinin qanunsuz plastik cərrahiyyəyə və başqa tibbi fəaliyyətə icazə verilməsi ilə bağlı ittiham olunan əməkdaşlarının milyonlarla qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub. 

Məlumata görə, əmlakların çoxu müxtəlif ünvanlarda yerləşən mənzillərdən ibarətdir.

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova mülklərin bəzilərini yaxınlarının adına rəsmiləşdiriblər.

Ən çox əmlak isə cinayət işinin əsas fiquru sayılan Səidə Rüstəmovanındır. O, işlədiyi müddətdə çoxsaylı daşınmaz əmlaka sahib olub. Əmlakların orta bazar dəyəri 5 milyon manata yaxındır.

Səidə Rüstəmovanın özünün və anası ilə oğlunun adına rəsmiləşdirdiyi əmlakların siyahısını təqdim edirik:

Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil – Qiymət: 463 365 manat; 

Nəsimi rayonu, Abdülvahab Salamzadə küçəsində iki mənzil – Qiymət: 323 605 manat biri, 332 755 manat digəri; 

Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi mənzil – Qiymət: 429 488 manat;

Yasamal rayonu, İnşaatçılar prospektində mənzil – Qiymət: 670 275 manat;

Yasamal rayonu, İnşaatçılar prospektində 18 m² qaraj – Qiymət: 45 000 manat;

Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi – Qiymət: 43 250 manat

Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ sahəsi – Qiymət: 78 000 manat;

Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində ev;

Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil; 

Yasamal rayonu, Xarici dairəvi yol 10, “Royal Park” yaşayış massivində ev;

Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində ev;

Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evi; 

Abşeron rayonu, Novxanı kəndi bağlarında mənzil;

“Mercedes-Benz” və “​Audi Q5” minik avtomobillləri.

Məhkəmə qərarı ilə eyni cinayətlərdə ittiham olunan Lətafət Cabbarova və Ruhiyyə Məhərrəmovanın fərqli ünvanlarda bir neçə mənzilləri və avtomobilləri üzərinə həbs qoyulub.

Qeyd edək ki, ötən həftə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunan bu cinayət işinin detalları barədə geniş məlumat vermişdik. Həmin xəbərimizdə həkim kimi işləyə bilmək üçün rüşvət verən şəxslərin siyahısını da təqdim etmişdik.

Hazırda bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılır. Ev dustaqlığında saxlanılan xanımlarım təqsirləri sübuta yetirilərsə, onları 10 ildən çox həbs cəzası gözləyir./qafqazinfo.az

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Next: Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ağır cinayətlər törətmiş şəxslər saxlanıldı

OXŞAR MÖVZULAR

imtahan (2)

9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama

admin 24/04/2026
ilham-serencam

II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

admin 24/04/2026
bazar-b

Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ

admin 24/04/2026

XƏBƏR LENTİ

  • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama 24/04/2026
  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.