Yeni ilə sayılı günlər qalıb. Təbii ki, bayram günlərini bölgələrdə və ölkə xaricində qeyd etmək istəyən kifayət qədər insan var. Sirr deyil ki, xüsusi günlərdə hotellərin və turpaketlərin qiymətində artım baş verir.
Baku TV bu il bölgələrdə istirahətin neçəyə başa gələcəyini öyrənmək üçün hotellərdən bir neçəsi ilə əlaqə saxlayıb.
Onlardan birində 2 nəfərlik turpaketin qiymətinin 1860 manatdan başladığı bəlli olub.
Sakinlərin bəziləri bu qiyməti normal hesab etsə də, çoxları üçün hədsiz bahadır.
“Turpaketə daxil olan xidmətlərdən asılı olaraq qiymətin baha olub-olmadığını demək olar. Amma bu məbləğə xaricə gedib, bayramı daha yaxşı keçirmək olar”, – deyə sakin söyləyib.
Mütəxəssislər isə xüsusi günlərdə nisbətən endirimlərdən yararlanmaq üçün bir neçə ay əvvəldən rezervasiya etməyi məsləhət görürlər.
Daha ətraflı süjetdə:

