Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 12
  • EBRD Azərbaycana “yaşıl iqtisadiyyat”ın maliyyələşdirilməsi proqramı üçün 100 milyon dollar ayrılmasını təsdiqləyib

EBRD Azərbaycana “yaşıl iqtisadiyyat”ın maliyyələşdirilməsi proqramı üçün 100 milyon dollar ayrılmasını təsdiqləyib

admin 12/12/2025
ebrd

 

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda “Yaşıl İqtisadiyyatın Maliyyələşdirilməsi” proqramı (Green Economy Financing Facility – GEFF) üçün 100 milyon ABŞ dolları (təxminən 85,6 milyon avro) ayrılmasını təsdiqləyib.

EBRD-in verdiyi məlumata görə, GEFF seçilmiş yerli maliyyə institutları (PFI) vasitəsilə “yaşıl maliyyələşdirmə”ni dəstəkləməyə yönəlmiş beşillik layihədir.

Bankın açıqlamasına əsasən, cəlb edilən vəsait enerji səmərəliliyi, bərpa olunan enerji, resurslardan səmərəli istifadə və iqlim dayanıqlığı sahəsində layihələr həyata keçirən özəl şirkətlərin maliyyələşdirilməsinə yönəldiləcək. GEFF proqramı Azərbaycanda “yaşıl maliyyələşdirmə” mexanizmlərinin tətbiqi üzrə pilot təşəbbüs olacaq və ölkənin dayanıqlı inkişafa keçidini dəstəkləyəcək.

“GEFF-in əsas məqsədi yerli maliyyə institutlarını pərakəndə müştərilərə, kiçik və orta biznesə, eləcə də korporativ borcalanlara ekoloji yönümlü kreditlər verməkdə dəstəkləməkdir”, – EBRD-nin məlumatında qeyd olunub.

Proqram çərçivəsində tərəfdaş banklara və mikromaliyyə təşkilatlarına maliyyə və texniki dəstək göstəriləcək, onların institusional potensialını gücləndirmək, “yaşıl kreditləşmə”nin genişlənməsinə mane olan amilləri aradan qaldırmaq hədəflənir. Xüsusi diqqət kişi və qadınların “yaşıl maliyyələşdirmə” imkanlarına bərabər çıxışına yönəldiləcək.

Bankın açıqlamasına əsasən, layihə, xüsusilə COP29-un 2024-cü ilin noyabrında Bakıda keçirilməsindən sonra Azərbaycanın “yaşıl iqtisadiyyat”a artan marağını nəzərə alır. Proqram özəl sektorda “yaşıl texnologiya” və xidmətlərin tətbiqinə dəstək verəcək, həmçinin ölkənin maliyyə sisteminin transformasiyasını təşviq edəcək.

GEFF çərçivəsində borcalanlar “yaşıl kreditləşmə”ni inkişaf etdirməyə hazır olan banklar, mikromaliyyə və lizinq şirkətləri olacaq. Son benefisiarlar isə kiçik və orta sahibkarlar, korporativ müştərilər və ev təsərrüfatları kimi çıxış edəcəklər.

Proqramın strukturuna 3 milyon ABŞ dollarına qədər (2,8 milyon avro) texniki yardım paketi daxildir. Buraya layihənin idarə edilməsi, yeni maliyyə məhsullarının hazırlanması, marketinq və təlimlər daxildir. Bundan əlavə, əldə olunan nəticələrə əsasən maliyyə vasitəçilərinə ödənişlər üçün 4 milyon ABŞ dollarına qədər (3,4 milyon avro) güzəştli maliyyələşdirmə nəzərdə tutulur.

EBRD-nin məlumatına görə, 2025-ci il sentyabrın 30-na bankın Azərbaycandakı cari kredit portfelinin dəyəri 948 milyon avro təşkil edib. Portfelin 89 %-i (842 milyon avro) davamlı infrastrukturun, 6 %-i (56 milyon avro) maliyyə sektorunun və 5 %-i (49 milyon avro) korporativ sektorun inkişafına yönəldilib.

PAYLAŞIN:

Continue Reading

Previous: Baytarlıq xidmətinin sabiq rəisi indi də AXA-ya peyvənd satır – Vaxtılə özü də saxta dərmanlar paylayıb
Next: Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

OXŞAR MÖVZULAR

kt-mehsul

Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər

admin 26/05/2026
qurban-qoyun

Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa…

admin 26/05/2026
dim_imtahan_3

Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.