Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 15
  • 2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

2026-cı ildə daşınmaz əmlak bazarını nə gözləyir?

admin 15/12/2025
menzil-açar
Bu il  Azərbaycan əmlak bazarı üçün həm ziddiyyətli, həm də diqqətçəkən bir il kimi yadda qaldı. Azərbaycanın daşınmaz əmlak sektorunda həm yerli, həm də qlobal amillərin təsiri ilə qiymətlərdə əhəmiyyətli artımlar müşahidə edildi. İstər Bakının mərkəzindəki yeni tikililər, istərsə də regionlardakı fərdi yaşayış evləri olsun, bahalaşma hər seqmentdə özünü göstərdi.
Bəs 2026-cı ildə əmlak bazarında qiymət artımı davam edəcək, yoxsa stabilləşmə gözlənilir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc açıqlamasında bildirib ki, 2025-ci il son üç ildə müşahidə olunan tendensiyanın davamı kimi daşınmaz əmlak bazarında ciddi qiymət artımları ilə yadda qaldı. Onun sözlərinə görə, bahalaşma təkcə Bakı və Abşeron yarımadası ilə məhdudlaşmayıb, eyni zamanda regionlarda da özünü göstərib:
“Qiymət artımları həm daxili, həm də xarici amillərlə bağlıdır. Xarici amillər sırasında dünyada ümumi qiymət artımı və valyutaların alıcılıq qabiliyyətində baş verən dəyişikliklər əsas rol oynayıb. Belə ki, əvvəl müəyyən məbləğə əldə edilən əmlak hazırda daha yüksək vəsait tələb edir. Bu isə milli valyutaların alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqədardır və bu tendensiya təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Digər mühüm məqam isə daşınmaz əmlakın qlobal miqyasda əsas investisiya alətlərindən birinə çevrilməsidir. Qızıldan sonra ən çox diqqət çəkən investisiya vasitəsi məhz daşınmaz əmlak olub və investisiya axınları əsasən bu sahəyə yönəlib. Azərbaycanda da daşınmaz əmlak əsas kapital yığımı vasitəsi kimi çıxış edir. Əmlakın cəlbediciliyi onun ikiqat gəlirlilik imkanları ilə bağlıdır. Bir tərəfdən əmlakın dəyəri ildən-ilə artır, digər tərəfdən isə kirayə və ya icarə yolu ilə əlavə gəlir əldə etmək mümkündür. Məhz bu səbəbdən həm vətəndaşlar, həm də kapital yatırımı edən sahibkarlar investisiya üçün əsas üstünlüyü daşınmaz əmlaka verirlər. Banklarda depozit şəklində saxlanılan pul vəsaitləri — istər milli, istərsə də xarici valyutada olsun — gəlirlilik baxımından daşınmaz əmlakla müqayisə oluna bilməz. Hazırda bankların təklif etdiyi faiz dərəcələrindən daha yüksək gəlir məhz daşınmaz əmlakdan əldə olunur. Bu səbəbdən də əmlak digər investisiya istiqamətlərini açıq şəkildə üstələyir”.
AQC sədri vurğulayıb ki, daşınmaz əmlakın qiymətlərinə təsir edən əsas amil onun yüksək investisiya cazibədarlığıdır:
“Bu sahədə tələb və təklif arasındakı münasibətlər qiymətlərin formalaşmasında həlledici rol oynayır. Tələbat artdıqca, qiymətlər də yüksəlir. Bakı şəhərinin yenidən qurulması ilə bağlı “Bakı şəhərinin Baş Planı – 2040” sənədinin icrasına başlanılması da bazara ciddi təsir göstərir. Artıq paytaxtda 200-ə yaxın qəzalı bina sökülüb və bu proses davam edir. Həm şəhər mərkəzində, həm də kənar ərazilərdə aparılan yenidənqurma və infrastruktur layihələri daşınmaz əmlaka tələbatı artırır. Bu artım həm satış, həm də kirayə seqmentində açıq şəkildə müşahidə olunur. Əhali sayının artması fonunda torpaq sahələrinin azalması da qiymət artımını şərtləndirən mühüm amillərdəndir. Torpaq digər daşınmaz əmlak növlərindən fərqli olaraq artmır. Mövcud torpaq sahəsində tikilinin mərtəbə sayını artırmaq mümkün olsa da, torpağın özü dəyişməz qalır. Məhz bu səbəbdən torpaq sahələrinin dəyəri ildən-ilə yüksəlir. Aparılan hesablamalara əsasən, daşınmaz əmlakın qiymətinə təsir göstərən təxminən 15 əsas amil mövcuddur. Regionlarla mərkəz arasında inkişaf balansının pozulması da bu prosesə təsir edən faktorlardan biridir”.
O əlavə edib ki, urbanizasiya prosesinin sürətlənməsi, xüsusilə Bakıya və Abşeron yarımadasında əhalinin artması daşınmaz əmlak bazarında həm kirayə, həm də satış seqmentində qiymət artımını şərtləndirən əsas amillərdəndir:
“Paytaxta axın artdıqca, mənzilə olan tələbat da yüksəlir ki, bu da qiymətlərə birbaşa təsir göstərir. Bazarda qiymətlərin süni şəkildə yüksəlməsinə səbəb olan amillər də mövcuddur. Belə ki, bəzi rieltorlar və maklerlər yüksək qiymətlər təklif etməklə domino effekti yaradırlar. Nəticədə həmin ərazilərdə fəaliyyət göstərən digər satıcılar da bu qiymətlərə istinad edərək öz təkliflərini artırır və bu proses süni bahalaşmaya gətirib çıxarır. Daha ciddi amillər sırasında inşaat sektorundakı qiymət artımını xüsusi qeyd edib. O bildirib ki, son üç ildə tikinti sahəsində bahalaşma pik həddə çatıb. İnşaat materiallarının və işçi qüvvəsinin qiymətlərinin artması nəticəsində yeni tikililərdə bir kvadratmetrin dəyəri həm real bazar göstəricilərində, həm də rəsmi statistikada əhəmiyyətli dərəcədə yüksəlib. Tikinti normativlərinin kəskin şəkildə sərtləşdirilməsi və tələblərin mürəkkəbləşdirilməsi də qiymət artımına təsir edən amillərdəndir. Hazırda sahibkarlar bina tikintisi üçün əvvəlki illərlə müqayisədə daha böyük xərclər çəkməli olurlar ki, bu da son nəticədə mənzilin hər kvadratmetrinin qiymətində əks olunur.
2025-ci il daşınmaz əmlak bazarı üçün qiymətlərin sürətlə artdığı, əmlakın investisiya cazibədarlığının yüksəldiyi və bu sahənin lider investisiya obyekti kimi bazarda mövqeyini möhkəmləndirdiyi il kimi xarakterizə oluna bilər. Hazırda ölkədə daşınmaz əmlaka maraq qızıldan belə yüksəkdir və bu tendensiya 2025-ci ildə özünün pik nöqtəsinə çatıb. Bahalaşma ilə paralel olaraq 2025-ci il bazarda müəyyən ümidlər də yaradıb. Xüsusilə sənədsiz evlərin sənədləşdirilməsi prosesinin sürətlənəcəyi gözləntiləri artıb. Prezidentin sərəncamına əsasən, bələdiyyə torpaqlarının qiymətləndirilməsi funksiyasının qiymətləndirmə şirkətlərinə verilməsi torpaq islahatları baxımından mühüm addım kimi dəyərləndirilir. Bu islahat əhalinin torpağa sahib olmasını asanlaşdıran ciddi dəyişikliklərdən biridir. Bununla yanaşı, qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi istiqamətində də əhəmiyyətli addımların atıldığı qeyd olunub”.
AQC sədri onu da diqqətə çatdırıb ki,İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq portalın hazırlanması istiqamətində görülən işlər 2025-ci ili daşınmaz əmlak bazarı baxımından “ümid ili” adlandırmağa əsas verir:
“Növbəti ildə həm daşınmaz əmlak bazarında, həm də bu sahənin qanunvericiliyində mühüm addımların atılacağı gözlənilir. Əsas gözlənti isə əhalinin mülkiyyətində olan, lakin sənədsiz qalan əmlakların sənədləşdirilməsi prosesinin sürətlənməsi ilə bağlıdır. Bu proses asan olmayacaq, lakin 2026-cı il üçün olduqca vacib məsələlərdən biridir. Həm yaşayış evlərinin sənədləşdirilməsi, həm də onların vergi subyekti kimi tanınması ölkə büdcəsinə, vətəndaşlara, kommersiya banklarına və bütövlükdə iqtisadi münasibətlər sisteminə müsbət təsir göstərəcək. Bəzi yanaşmalara görə, əlavə xərclərin yaranması və iqtisadi yükün artması bazarda alıcı sayının azalmasına, nəticə etibarilə daşınmaz əmlak qiymətlərində stabilləşmə və ya ucuzlaşmaya səbəb ola bilər. Tikinti materiallarının və işçi qüvvəsinin qiymətləri artmaqda davam etdiyi, manatın alıcılıq qabiliyyətində dəyişikliklərin 2026-cı ildə də gözlənildiyi bir şəraitdə qiymət artımının dayanması real görünmür. Bazarda artıq doymuş ərazilər mövcuddur və həmin zonalarda qiymətlər pik həddə çatıb. Bununla yanaşı, infrastrukturun yeniləndiyi və yenidən qurulan ərazilər var ki, həmin ərazilərdə qiymət artımı qaçılmazdır. Eyni zamanda, yeni yaşayış komplekslərinin tikintisi planlaşdırılan ərazilərdə də qiymətlərin yüksələcəyi gözlənilir”.
V.Orucun fikrincə, ümumi artım tempi 2024–2025-ci illərlə müqayisədə daha zəif ola bilər, lakin qiymət artımı tendensiya olaraq davam edəcək:
“Bu artımın hansı diapazonda baş verəcəyi isə ölkədə iqtisadi fəallıqdan, hökumətin qarşılaşdığı problemlərin həlli üçün qəbul edəcəyi qərarlardan, əhalinin davranış modelindən və manatın alıcılıq qabiliyyətindəki dəyişikliklərdən asılı olacaq. 2026-cı ildə daşınmaz əmlak qiymətlərinin azalması və bu sahənin investisiya prioriteti kimi arxa plana keçməsi real görünmür. Əksinə, daşınmaz əmlak öz lider mövqeyini qoruyacaq. Yalnız fond birjalarının real fəaliyyətə başlaması, səhmlər və qiymətli kağızlar bazarının aktivləşməsi, şirkətlərin investisiya strategiyalarını məhz bu alətlər üzərindən qurması və inkişaf etmiş ölkələrdə olduğu kimi alternativ investisiya imkanlarının yaranması daşınmaz əmlakı müəyyən qədər ikinci plana keçirə bilər. Lakin hazırkı mərhələdə və yaxın bir neçə ildə belə bir ssenari ehtimal edilmir”./moderator.az
PAYLAŞIN:

Continue Reading

Previous: BBC Ukrayna müharibəsini kimin dayandıra biləcəyini izah edir – O, Tramp deyil
Next: Mərdan Camalov Zərdabda yolları təmir etdirir – Bir ailə şirkətinə

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.