Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 15
  • Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var

Dəftərxana və təsərrüfat mallarının satınalmasını monopoliyaya alan “NUR-E.A.” və “OFİS-A.M.” MMC-lərin nə kimi bağlılığı var

admin 15/12/2025
tender-defter

 

Azərbaycanda 1 yanvar 2024-cü il tarixindən “Dövlət satınalmaları haqqında” yeni Qanun qüvvəyə minib. Yeni Qanunun qəbul edilməsində məqsəd ölkəmizdə dövlət satınalmaları sahəsində şəffaflığı və intizamlılıq səviyyəsini artırmaq, dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadəni təmin etmək, ədalətlilik və rəqabətlilik prinsiplərini təmin etmək, sui-istifadə hallarını minimallaşdırmaq, nəzarət imkanlarını genişləndirmək olub.

Məlum olduğu kimi Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında  Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Amma son illər antiinhisar və istehlak bazarına nəzarət sahələrində dövlət tərəfindən görülən bu kimi yeniliklərə baxmayaraq dövlət satınalmaları sahəsində ədalətlilik və rəqabətlilik prinsiplərinə əməl edilmir. Bu elə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi portalında da özünü açıq şəkildə göstərir.

Sözügedən portal üzərindən apardığımız araşdırmalarda məlum oldu ki, dəftərxana və təsərrüfat mallarının, dərman ləvazimatlarının satın alınması, nəqliyyat vasitələri və texnikalar üçün ehtiyat hissələrin alınması üzrə keçirilən saatınalmaların qalibləri əsasən eyni şirkətlər olur.

Götürək elə dəftərxana və təsərrüfat mallarının satınalmasını. Məlum olduğu kimi dəftərxana və təsərrüfat malları bütün dövlət qurumlarında və təşkilatlarında istifadə edilən zəruri mallardır. Hər il dövlət qurumları bu malların alınmasına on minlərlə, hətta yüz minlərlə dövlət vəsaiti xərcləyir. Bəzən bu malların alınmasında qiymətlərin süni şəkildə şişirdildiyi də açıq aşkar görünür.

Son illər dəftərxana və təsərrüfat mallarının satınalması iki şirkətin monopoliyasındadı. Bu “NUR-E.A.” və “OFİS-A.M.” Məhdud Məsuliyyətli Cəmiyyətləridir. Bəs bu şirkətlər kimlərə məxsusdur və barələrində nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NUR-E.A.”  (VÖEN: 1603932001) Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 09.01.2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 5000 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, MİRZƏ XƏLİL ŞƏRİFLİ, ev.25, m.221, qanuni təmsilçisinin isə Abbasov Etibar Bahadur oğlu olduğu göstərilir.

Dövlət Vergi xidmətinin məlumatlarından da göründüyü kimi “NUR-E.A.” 2020-ci ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Cəmi iki ay sonra satınalmalara qoşulub və  Dövlət Sərhəd Xidmətindən poliqrafiya və sərf materiallarının satınalınması üzrə 232.348,49 manat dəyərində tender udub. Ondan sonra “NUR-E.A.” MMC dövlət satınalmalarının daimi iştirakçısına çevrilib və 15 dekabr 2025-ci ilə qədər 210 açıq tender və kotirovka sorğusunun qalibi olub. Yalnız 2025-ci ildə isə 67 açıq tender və kotirovka sorğusunun qalibi olub.

Bu MMC Naxçıvan Muxtar Respublikası da daxil ölkənin ən ucqar rayonlarından tutmuş, paytaxtdakı ayrı atrı qurumların dəftərxana və təsərrüfat mallarının satınalması üzrə keçirdikləri tender və kotirovka sorğusu müsabiqələrinin qalibi olur. Bu MMC dəftərxana və təsərrüfat mallarından əlavə komputer avadanlıqlarının, cari təmir işləri üçün malların,  maşın avadanlıqlarının, müxtəlif tədbirlərin keçirilməsi xidmətinin, təmizlik və ilkin yardım malların satın alınması, təbliğat-təşviqat və reklam xarakterli çap (mətbəə) materiallarının, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınmas (819.462,8 manat dəyərində) üzrə keçirilən satınalmaların da qalibi olub.

Buradan suallar yaranır.  Bu MMC-nin dövlət qurumlarına təklif etdiyi malların marka və modelləri standartlara uyğun gəlirmi? MMC-nin malların müəyyən edilmiş çatdırılma müddətində (icra qrafiki)  eyni vaxtda ayrı-ayrı yerlərə həyata keçirməyə işçi qüvvəsi, texniki bazası varmı?

Açıq mənbələrdə MMC-nin barəsində əlavə heç bir məlumat yoxdu. Qeyd edək ki, “NUR-E.A.” MMC dəftərxana və təsərrüfat malları üzrə əsasən on min manatdan yuxarı satınalmaların qalibi olur. On min manatdan aşağı qiymətə olan satınalmaların əsas qalibi isə “OFİS-A.M.” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OFİS-A.M.” (VÖEN 1605401091) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.02.2024-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, KÖNDƏLƏN ENİNƏ 10-CU, ev 2074-2077, qanuni təmsilçisinin isə Abdullayev Müşfiq Yavər oğlu olduğu göstərilir.

Göründüyü kimi MMC 2024-cü ilin fevralında dövlət qeydiyyatına alınıb. Cəmi iki ay sonra “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi ilə dəftərxana və təsərrüfat ləvazimatlarının satınalınması üzrə 4.221,5 manat məbləğində müqavilə bağlayıb, siftə edib. 2024-cü il ərzində Naxçıvanın rayonlarından tutmuş, Respublikanın əksər rayon və şəhərlərində fəaliyyətdə olan dövlət qurumlarına, Bakı şəhərində fəaliyyətdə olan xəstəxana, institut, hərbi hissə digər qurumlara dəftərxana və təsərrüfat ləvazimatları üzrə 352 satınalma müqaviləsi bağlayıb.

Satınalmaların portalına yerləşdirilimiş məlumata görə “OFİS-A.M.” MMC dövlət qeydiyyatına alındığı tarixdən, yəni 2024-cü ilin fevralından bu yana 554 kotirovka sorğusunun qalibi olub. Onun 202-si 2025-ci ilin müvafiq dövründə olub.

Yuxarıda qeyd etdiyimiz kimi bu şirkətlər haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Amma göründüyü kimi son bir il ərzində birlikdə 300-ə yaxın açıq tender və kotirovka sorğusunun qalibi olublar. Bu MMC-lərin nə sosial şəbəkə hesabı, nə də bir veb-səhifəsi yoxdu. Maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin heç bir məlumat yoxdu.

Amma bizim əldə etdiyimiz məlumata görə “NUR-E.A.” MMC-nin qanuni təmsilçisi Etibar Abbasov da, “OFİS-A.M.” MMC-nin qanuni təmsilçisi Müşfiq Abdullayev də qohumdurlar. Şirkətlər Etibar Abbasov tərəfindən yaradılıb və idarə edilir. “NUR-E.A.” MMC daha iri məbləğli satınalmalarda, “OFİS-A.M.” MMC isə aşağı məbləğli kotirovkalarda iştirak edirlər. Göründüyü kimi dəftərxana və təsərrüfat mallarının satınalmalarını monopoliyaya alıblar. Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də Etibar Abbasovun idarə etdiyi bu şirkətlərə açıq aşkar şərait yaradır.

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: Bosşard: Zelenski Ukraynanı tam məğlubiyyətə aparmaq riski ilə üz-üzədir
Next: Britaniyalı kəşfiyyatçılar Ukraynanı tərk etməyəcək: Mİ6-nın rəhbəri Putinə xəbərdarlıq etdi

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.