Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 15
  • “Ukrayna Donbası verməkdən imtina edib” – “Rusiya “Koreya varinatı”nı müzakirə etmir”

“Ukrayna Donbası verməkdən imtina edib” – “Rusiya “Koreya varinatı”nı müzakirə etmir”

admin 15/12/2025
donbas-ukr

 

Ukraynanın amerikalılara təqdim etdiyi 20 maddəlik əks-sülh planında Kiyev Donbasa nəzarəti Rusiyaya verməkdən imtina edib.

Bunu “The New York Times” nəşri iki yüksək vəzifəli Avropa rəsmisinə istinadla yazıb.

Onların sözlərinə görə, Kiyev həmçinin Alyansın “açıq qapı siyasətini” qorumaq zərurətini əsas gətirərək NATO-ya qoşulmaq hüququndan imtina etməyi də rədd edib. Bundan əlavə, əks təklif ABŞ və Avropanın Rusiyanın yeni hücumunun qarşısını almaq üçün hüquqi zəmanətlər tələb edir.

Nəşrin mənbələri qeyd edib ki, Ukrayna ABŞ planındakı “qırmızı xətləri keçən” bəndləri çıxarıb. Razılaşma ilə bağlı müzakirələr 15 dekabrda Berlində Prezident Volodimir Zelenski və Avropa liderləri ilə Stiv Uitkoff və Cared Kuşner arasında görüşdə davam etdiriləcək.

Qeyd edək ki, bundan öncə “Politico” nəşri Kiyevin həm Ukrayna, həm də Rusiya qoşunlarının geri çəkilməsi şərtilə Donbasa “azad iqtisadi zona” statusu verməyə razı olduğunu yazmışdı. Lakin Zelenski sonradan bəyan edib ki, həmin təkliflərə görə bu ərazini kimin idarə edəcəyi hələ də məlum deyil. O, həmçinin vurğulayıb ki, istənilən ərazi güzəşti ukraynalılar tərəfindən referendumda təsdiqlənməlidir.

Vladimir Putinin köməkçisi Yuri Uşakov isə Donbasda “silahsızlaşdırılmış zona” yaratmaq variantını şərh edərkən deyib ki, istənilən halda, bu ərazi Rusiyanın nəzarəti altında olacaq və orada ordu əvəzinə “Rosqvardiya” bölmələri yerləşdiriləcək.

Uşakov ötən gün həmçinin, Ukraynadakı ərazi məsələsinin həlli üçün “Koreya variantını”, yəni cəbhə xətti boyunca qoşunların qarşılıqlı şəkildə geri çəkilməsi və heç bir tərəfin hərbi və ya mülki nəzarətə malik olmayacağı silahsızlaşdırılmış zonanın yaradılmasını ABŞ ilə müzakirə etmədiyini deyib.

Vladimir Putin özü dekabrın əvvəlində Rusiyanın “istənilən halda” Donbası işğal edəcəyini bildirmişdi. Daha əvvəlisə silahlı qarşıdurmanın yalnız Ukrayna Donbasdan tam çıxacağı halda dayana biləcəyini bəyan etmişdi.

ABŞ Dövlət katibi Marko Rubio isə əsas mübahisəli məqamın Kiyevin nəzarəti altında qalan Donetsk vilayətinin 20%-i, yəni “təxminən 30-50 kilometrlik ərazi” olduğunu bildirib. NATO-nun hesablamalarına görə, Rusiyanın Donetskin inzibati sərhədlərinə çatması üçün ən azı daha bir il döyüşməsi lazım olacaq. Putinin ordusu isə döyüş meydanında ağır itkilər verməyə davam edir – hər gün təxminən 1100 əsgər itirilir, ölən və yaralananların ümumi sayı isə hazırda 1,15 milyona yaxınlaşır.

Göründüyü kimi, “Tramp planı”nın tezliklə reallaşması ehtimalı getdikcə azalır. Əvəzində, ön cəbhədə döyüşlər, arxa cəbhədə isə mülki infrastruktura, dinc əhalinin yaşadığ şəhərlərə zərbələr daha da şiddətlənir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Gecənin yarısı başlayan qanunsuzluq “The Place Baku” nəzarətdən yayınır?
Next: “Qaçqınkom”un departamenti vaxtilə Ramiz Mehdiyevin də “işlərini görmüş” şirkətlə işbirliyinə başlayıb

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.