Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 26
  • Trampın Avropaya marağı niyə azalır? – “ABŞ diqqətini Mərkəzi Asiyaya yönəldir, çünki…”

Trampın Avropaya marağı niyə azalır? – “ABŞ diqqətini Mərkəzi Asiyaya yönəldir, çünki…”

admin 26/12/2025
4ffd37a9-2fd8-499d-8af0-6ec0b26d34e4

 

Elxan Şahinoğlu: “ABŞ-nin “Tramp yolu” layihəsinin reallaşmasında maraqlı olmasının əsas səbəblərindən biri də Mərkəzi Asiyaya çıxış əldə etmək niyyətidir”

“ABŞ Prezidenti Donald Trampın Avropa bölgəsinə marağı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Ağ Ev sahibi Avropa İttifaqını zəif təşkilat, Avropa liderlərini isə cəsarətsiz siyasətçilər kimi qiymətləndirir”.

Bu fikirləri politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında ABŞ-Avropa münasibətlərini təhlil edərkən yazıb.

Şahinoğlu qeyd edib ki, Trampın bu yanaşmasının əsas səbəbi Avropa İttifaqının müxtəlif problemlərin həllində qətiyyətli addımlar ata bilməməsi və qitənin təhlükəsizliyinə yetərincə diqqət ayırmamasıdır.

Politoloqun sözlərinə görə, Avropa ölkələri uzun illər ərzində öz təhlükəsizliklərini ABŞ-yə həvalə edib, hərbi xərclər əvəzinə sosial rifaha üstünlük veriblər: “Bu siyasət Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəyə başlamasına və Trampın prezident seçilməsinə qədər davam edib. Vaşinqton artıq Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı maliyyə yükünü daşımaq istəmir”.

Elxan Şahinoğlu bildirib ki, Tramp administrasiyasının diqqəti hazırda Avrasiya məkanına, xüsusilə də Mərkəzi Asiyaya yönəlib. Onun fikrincə, ABŞ-nin Azərbaycanla Ermənistan arasında barışığa nail olmaq və “Tramp yolu” layihəsinin reallaşmasında maraqlı olmasının əsas səbəblərindən biri də Mərkəzi Asiyaya çıxış əldə etmək niyyətidir.

Politoloq xatırladıb ki, tarixdə ilk dəfə Mərkəzi Asiya ölkələrinin liderləri 5+1 formatında ABŞ Prezidenti ilə Ağ Evdə görüşüblər. O bildirib ki, Vaşinqtonda keçirilən bu görüş çərçivəsində ABŞ ilə Qazaxıstan arasında ümumi dəyəri təxminən 17 milyard dollar olan 30-a yaxın saziş imzalanıb. Eyni zamanda, Özbəkistanın yaxın illərdə ABŞ-dan milyardlarla dollar dəyərində 22 “Boeing” təyyarəsi alacağı açıqlanıb.

E.Şahinoğlunun sözlərinə görə, Donald Tramp bununla kifayətlənməyərək Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb və hər iki lideri gələn il ABŞ-da keçiriləcək G20 sammitinə dəvət edib.

Politoloq vurğulayıb ki, Trampın Mərkəzi Asiya ilə bağlı hədəfləri tamamilə praqmatik xarakter daşıyır.

O bildirib ki, Qazaxıstan və Özbəkistan dünya üzrə uran ehtiyatlarının təxminən yarısına malikdir və region ölkələri eyni zamanda nadir torpaq elementləri baxımından da zəngindir: “Smartfonlar, elektrik avtomobilləri, külək turbinləri və digər yüksək texnologiyalı məhsulların istehsalında bu elementlərdən geniş istifadə olunur. Çin əvvəllər bu resursları ABŞ və Avropaya ixrac edirdi, lakin son illər ixracı kəskin azaldıb. Məqsəd Qərbin istehsal imkanlarını zəiflətmək və öz məhsullarının dünya bazarındakı payını artırmaqdır”.

Şahinoğlu əlavə edib ki, Çin faktorunun zəifləməsi Qərb ölkələrini, o cümlədən ABŞ-nin Mərkəzi Asiyaya yönəldib. Onun sözlərinə görə, ABŞ Qazaxıstanla nüvə enerjisi sahəsində əməkdaşlığı da genişləndirib və bu ölkədə modul tipli reaktorlar quraşdırmağı planlaşdırır. Bu məqsədlə Almatıda tədris mərkəzi açılıb və burada müvafiq mütəxəssislər hazırlanır.

Politoloq bildirib ki, ABŞ bu sahədə Rusiya ilə açıq rəqabətə girir, çünki “Rosatom” Qazaxıstanda iri atom elektrik stansiyasının tikintisini həyata keçirir. ABŞ isə daha kiçik tutumlu modul stansiyalar təklif edir. Şahinoğlunun fikrincə, Özbəkistan da Qazaxıstan nümunəsini əsas götürərək atom energetikası layihələrini gündəmə gətirir və Vaşinqton bu məsələləri Daşkəndlə müzakirə edəcək.

Sonda Elxan Şahinoğlu qeyd edib ki, Qazaxıstan və Özbəkistan ABŞ ilə iqtisadi əlaqələri gücləndirməklə Çinin bölgədəki inhisarını zəiflətməyə çalışırlar. Onun sözlərinə görə, Çin tərəfindən verilən iri kreditlər bu ölkələrin borc yükünü artırıb və Pekinin təsir imkanlarını genişləndirib: “Mərkəzi Asiya ölkələri bunun təhlükəsizliklərinə risk yaratdığını anlayır və ABŞ ilə əməkdaşlığı artırmaqla Çin və Rusiya ilə münasibətlərində balans formalaşdırmağa çalışırlar”.

PAYLAŞIN:

Continue Reading

Previous: Birgə rəy açıqlandı: Təyyarə vurulub!
Next: “Rusiya Ukraynada atəşkəsə razılaşdı” – Nüfuzlu nəşrdən sensasiyalı iddia

OXŞAR MÖVZULAR

barat-yusubov

Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib?

admin 22/04/2026
5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026

XƏBƏR LENTİ

  • Barat Yusubov həbs edilir – Milyonlar necə yeyilib? 22/04/2026
  • Niyazi Bayramova Gəncədə kimlər ortaqlıq edib – “Gəncə Körpü tikinti-2” ASC, “Rövşən Oğuz Qrup”, “Alians” və “Reyhan Müəssisəsi” 22/04/2026
  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.