28 dekabrda soy kökü Göyçə mahalının Ardanış kəndindən olan Vəli Qoşqar oğlu Abduyevin doğum günüdür. Onun 10 yaşı olur. Bakı şəhərində 100 saylı tam orta məktəbin 5-ci sinifində əla qiymətlərlə oxuyur. Onun ən böyük arzusu konstruktor olmaqdır. Müxtəlif təyyarə, gəmi, maşın və s. vasitələrin maketini məharətlə qurur. İngilis, Türk dillərində sərbəst danışır.
Bu ilin oktyabr-dekabr aylarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birlikdə məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” XIII Respublika Uşaq yaradıcılıq müsabiqəsi keçirmişdir.
Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ümumilikdə ictimaiyyətin diqqətinin məktəblillər arasında fövqəladə hal probleminə cəlb edilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda tərbiyələnməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstəkdir.
Məktəblilər təqdim etdiyi işlərdə həyatımızın aktual problemi olan fövqəladə halları göstərməklə yanaşı, xilasedici və yanğınsöndürənlərin fədakarlıq və peşəkarlığını da təsvir etmişlər.
Müsabiqəyə “Rəsm”, “Plakat”, “Əl işi”, “Yanğın və xilasetmə texnikasının modeli” və “Yumşaq oyuncaq” nominasiyaları üzrə işlər təqdim olunmuşdur.
Sözügedən müsabiqədə Vəli Qoşqar oğlu Abduyev “YANĞINSÖNDRƏNLƏRİN YANAN BİNANIN SÖNDÜRÜLMƏSİ ” maketi ilə II yeri tutmuş və hər iki nazirliyin fəxri fərmanı ilə təltif olunmuşdur. 26 dekabrda Fövqəladə Hallar Nazirliyinin Akademiyasında böyük bir tədbir keçirilmişdir. Müxtəlif nominasiyalarda iştirak edən və yüksək yerləri tutmuş şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur. Bu fəxri fərmanlar, hədiyyələr Vəli Abduyevin 10 yaşına olduqca gözəl bir hədiyyədir. Bu tədbir haqqında xüsusi hazırlamnmış “FHN uşaqların gözü ilə” kitabında da Vəlinin şəkili və düzəltdiyi maket də çap olunmuşdur.
Vəli orta məktəbdə də dəfələrlə sertifikatlar, diplomlar almışdır. Bu Respublika səviyyəsində onun ilk nailiyyətidir. Qrupumuz adından 10 yaşının tamam olması münasibətilə və aldığı mükafat və hədiyyələrə görə onu ürəkdən təbrik edirik! Can sağlığı, uzun ömür, xoş günlər, mənalı ömür, yaradıcılığında uğurlar arzulayırıq! İmanırıq ki, o elimizə- obamıza layıqli övlad kimi böyüyəcək!
Deyirlər ot kök üstə bitər. Vəli də baba-nənələri, ata-anası, əmiləri, bibiləri, dayıları, xalaları kimi ziyalı, bacarıqlı, qabiliyyətli bir insan kimi böyüyəcəkdir.
Əli Vəliyev
Göyçə mahalı Ardanış kəndi.
Məqaləyə dair fotomateriallar:







