Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 27
  • “Turan” artıq realdır: mərkəzi və açar ölkəsi…

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi…

admin 27/12/2025
turan1

 

“Turan” ideyası uzun müddət mədəni romantika kimi təqdim olunsa da, son illərdə bu anlayış real geosiyasi prosesə çevrilməkdədir. Artıq əsas sual “Turan olacaqmı?” deyil, “Turan hansı formatda və kimin mərkəzində formalaşacaq?” sualıdır. Mövcud reallıq göstərir ki, bu prosesin təbii mərkəzi Türkiyə, açar ölkəsi isə Azərbaycandır.

Bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O, Türkiyəni “liderlik üçün yeganə real namizəd” adlandırıb:

“Turan ideyasının mərkəzi yalnız mədəni yaxınlıqla deyil, həm də siyasi güc, hərbi imkan, diplomatik manevr və qlobal əlaqələrlə müəyyən olunur. Bu baxımdan Türkiyənin alternativi yoxdur. Türkiyə NATO üzvü, G20 ölkəsi, regional hərbi güc və eyni zamanda Qərb, Rusiya, Çin və İslam dünyası ilə paralel dialoq qura bilən nadir aktordur.

Orta Asiya dövlətlərinin heç biri bu səviyyədə strateji muxtariyyətə malik deyil. Buna görə də böyük güclər Turanı vahid dövlət kimi yox, Türkiyə mərkəzli inteqrasiya platforması kimi qiymətləndirir. Türk Dövlətləri Təşkilatı (TDT) Turanın “embrion forması”dır. Bu embrion hər gün böyüyür, yeni şəkil alır və formalaşmaqda davam edir”, – o bildirib.

Onun fikrincə, Azərbaycan xəritəni birləşdirən geosiyasi körpüdür:

“Əgər Türkiyə Turanın siyasi mərkəzidirsə, Azərbaycan onun coğrafi və strateji kilid nöqtəsidir. Orta Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz Xəzərsiz mümkün deyil, Xəzər keçidi isə Bakısız təsəvvür olunmur. Buna görə Orta Asiya resursları və logistika xətləri Qərbə Azərbaycan üzərindən çıxır.

44 günlük müharibədən sonra Azərbaycan regionda status-kvonu dəyişən aktora çevrildi və Türkiyə ilə strateji ittifaqın real nəticə verdiyini sübut etdi. Bu, türk dünyası üçün mühüm presedent oldu: Azərbaycan Turanın “siyasi cəsarət testi”ni keçdi. 44 günlük müharibə göstərdi ki, Azərbaycan status-kvonun məhbusu deyil və Türkiyə ilə tandemi real gücə çevrilə bilir. Bu, bütün türk dünyasına açıq mesaj idi: Türkiyə ilə strateji ittifaq risk yox, nəticə gətirən seçimdir. Eyni zamanda, bu nümunə Orta Asiya liderləri üçün psixoloji baryeri qırdı”.

Zəngəzur dəhlizi ideyasını Turanı abstrakt anlayışdan fiziki reallığa çevirən əsas layihə kimi qiymətləndirən E.Həsənlinin sözlərinə görə, bu dəhliz Türkiyə–Azərbaycan birliyini möhkəmləndirir, Orta Asiyanı Aralıq dənizi ilə bağlayır, Rusiyanın tranzit monopoliyasını zəiflədir və İranı prosesdən kənarda qoyur. Məhz buna görə İran narahatdır, Rusiya ehtiyatlı davranır, Qərb isə prosesi dəstəkləyir.

“Türkiyə–Azərbaycan oxu: Turanın real nüvəsi

Bu ox artıq hərbi, siyasi və diplomatik sahələrdə özünü sübut edib. Ən vacibi isə bu tandem imperial ambisiya deyil, funksional inteqrasiya modeli təqdim edir. Böyük güclər də məhz bu səbəbdən prosesə qarşı açıq çıxmır, onu diqqətlə izləyir.

Turan vahid dövlət kimi yaxın perspektivdə mümkün olmasa da, iqtisadi, logistika və siyasi koordinasiya prosesi artıq başlamışdır. Bu prosesdə Türkiyə liderlik edir, Azərbaycan isə açar rol oynayır. Hər bir türk dövləti bu prosesdə öz yerini tutur”, – o vurğulayıb.

PAYLAŞIN:

Continue Reading

Previous: DİN-dən bayram günlərində azad olunan ərazilərə səfərə çıxan şəxslərə müraciət
Next: Azərbaycanla bağlı yeni tələb qoyuldu, təcili Putinlə anlaşdılar

OXŞAR MÖVZULAR

baku_00

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

admin 24/04/2026
zangezur_corridor (4)

Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb

admin 23/04/2026
gxlOIU0QGqVCbcTN5JjIPB9iBQHRz6LfPmOrt5Re_1200

EAPCA Belçika və Niderland parlamentlərinin Azərbaycan əleyhinə qətnamələrini pisləyib

admin 23/04/2026

XƏBƏR LENTİ

  • Regionlarda kreditə çıxış problemi: Bakı ilə fərq niyə bu qədər böyükdür? 24/04/2026
  • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama 24/04/2026
  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.