Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 30
  • Eldar Əzizov bir nəfər məxsus iki MMC ilə müqavilə bağlayır – Arxasında nə kimi mətləblər var

Eldar Əzizov bir nəfər məxsus iki MMC ilə müqavilə bağlayır – Arxasında nə kimi mətləblər var

admin 30/12/2025
eldar-bşih2

 

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bir gündə üç kotirovka sorğusu proseduruna yekun vurulub. Məlumatlar satınalmalarının vahid portalında 29.12.2025-ci il tarixdə dərc edilib.

“Dəftərxana və təsərrüfat xərcləri”, “Mətbəə məhsulları üzrə xərclər” və “Digər malların alınması” paraqrafına aid olan malların satınalınması üzrə 89.000 manat məbləğində satınalma müqaviləsinin “SAVA SOBB” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.

Şərtlər toplusuna görə MMC İcra Hakimiyyətini 8 ədəd Azərbaycan Respublikasının Konstitusiyası, 10 ədəd Azərbaycan Respublikasının Vergi Məcəlləsi, 10 ədəd Azərbaycan Respublikasının Əmək Məcəlləsi, 10 ədəd Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər dəftərxana ləvazimatları ilə təchiz etməlidi.

“Sair torpaq, tikili və avadanlıqların cari təmir xərcləri” və “Maşın və avadanlıqlar” maddəsinə aid olan malların və xidmətlərin satınalınması üzrə 96.289,92 manat məbləğində satınalma müqaviləsinin “YAQUT TM” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.

Şərtlər toplusuna görə MMC İcra Hakimiyyətinin 62 ədəd printerlərin barabanlarının, 93 ədəd printerlərin maqnit valının təmiri işlərini, 36 ədəd kofe aparatlarına baxışın keçirilməsi və daxilinin açılaraq təmizlənməsi və digər avadanlıqların alınmasını təmin etməlidir.

Bakı şəhər İcra Hakimiyyəti Əlaqələndirmə Katibliyini Ekspertlər Qrupu üçün “maşın və avadanlıqlar” maddəsinə aid olan malların və xidmətlərin satınalınması üzrə 3.425 manat məbləğində satınalma müqaviləsinin “KODBAKU GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bir kotirovka sorğusu prosedurun nəticəsi də 27.12.2025-ci ildə açıqlanıb.

“Dəft. və təs. xərcləri”par-na,“Əsas fondlara xid. haqqı xərcləri”və“San.-gig. və digər xid. haqqı xərcləri”yarımm-ə, “İst-yönlü müxt. Xid-lər” və “S. xərclər”mad-ə aid olan mal. və xid-lərin sat-ması üzrə 76.220,5 manat məbləğində satınalma müqaviləsinin “FOKUS SAPP”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılması planlaşdırılır.

Şərtlər toplusuna görə “FOKUS SAPP” MMC İcra Hakimiyyətinin həm binanın fasad hissənin şüşələrin yuyulması işlərini görəcək, həm də ümumilikdə 1880 ədəd katriclərin doldurulması xidmətini göstərməli, 55 ədəd printeri üçün kartriclərin alınmasını həyata keçirməlidir.

Bakı şəhər İcra Hakimiyyətinin qalib seçdiyi bu MMC-lərin fəaliyyət sahəsinə keçməzdən əvvəl rəsmi məlumatlara diqqət yetirək.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “SAVA SOBB” (VÖEN: 1009294841) Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.09.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ştq, Eldar Babayev, ev 58, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu qeyd olunub.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti kotirovka sorğusu müsabiqəsinə 25.11.2025 -ci ildə başlayıb. Qalib MMC 18.09.2025 ildə dövlət qeydiyyatına alınıb. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti satınalma prosuduru başlamazdan iki ay əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YAQUT TM” (VÖEN: 1407375091) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.09.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov ev 22A, mən.25, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi Bakı şəhər İcra Hakimiyyəti iki gün fərqlə, ayrı-ayrı ünvanmlarda dövlət qeydiyyatına alınmış, bir nəfərə məxsus iki MMC  ilə eyni lotlar üzrə ümumi dəyəri 185 289 manat olan iki müqavilə bağlamağı planlaşdırır. Bütün bunların formal olduğu açıq aşkar görsənir və arxasında çox gizli mətləblər var.

Bakı şəhər İcra Hakimiyyətinin 76 min manata 1880 ədəd katriclərin doldurulması xidmətini göstərən,  55 ədəd printeri üçün kartriclərin alınmasını həyata keçirən “FOKUS SAPP” MMC-yə gəlincə.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FOKUS SAPP”  (VÖEN: 1507385061) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.10.2025 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz ev 23,  qanuni təmsilçisi kimi isə İbadov Elvir Gülmirzə oğlu qeyd olunub.

Göründüyü kimi bu MMC də digərləri kimi Bakı şəhər İcra Hakimiyyətinin kotirovka sorğusu müsabiqəsinə başlamasılnda iki ay əvvəl yaradılıb. barələrində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Nə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan işçiləri, nə də satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması barədə.

Bütün bunlar isə keçirilmiş satınalma müsabiqələrinin formal olduğunu, adıçəkilən şirkətlərin bir nəfər tərəfindən idarə edildiyini deməyə ciddi əsaslar verir. O, bir nəfərin kim olduğunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bilməmiş deyil. Təbii ki, Eldar Əzizov şişirdilən qiymətlərdən də xəbərdardır.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti ötən il də satınalmalarda analoji qanun pozuntularına yol vermiş, bir nəfərə məxsus bir neçə MMC ilə müqavilələr bağlamışdı. Göründüyü kimi fərdlər dəyişsə də, qanun pozuntularının məkanı dəyişməz olaraq qalır.

 

Aktualinfo.net

 

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: “Putin sülh prosesini pozur” – “Ortaya çıxan nəticə Rusiyanın strateji məğlubiyyətidir”
Next: “Kristal Abşeron”un sahibi deputat Ağalar Vəliyev “Pişik” Günelə ev hədiyyə edib? -FOTOLAR

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.