Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 5
  • Azərbaycanda közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır

Azərbaycanda közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır

admin 05/01/2026
lampa

 

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qanuna əsasən, enerji səmərəliliyinin artırılması məqsədilə 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur. Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir.

Aparılan hesablamalar göstərir ki, LED lampalar közərmə lampaları ilə müqayisədə həm enerji istehlakı, həm də iqtisadi baxımdan əhəmiyyətli üstünlüklərə malikdir. Məsələn, 15 min saat (7 il) istismar müddətinə malik 1 ədəd LED lampası 17 ədəd 1 000 saatlıq közərmə lampasını əvəz edir. Eyni işıq axınının təmin olunması üçün 60 Vt gücündə közərmə lampasına qarşılıq cəmi 7 Vt gücündə LED lampası kifayət edir. Nəticədə LED lampasının ümumi işıqlandırma xərci 14.4 AZN təşkil etdiyi halda, közərmə lampalarında bu göstərici 82.2 AZN-ə çatır.

Hesablamalara əsasən, 1 milyon ədəd 60 Vt gücündə közərmə lampasının 1 il ərzində istifadəsi 131.4 milyon kVt/saat elektrik enerjisi istehlakına, bu enerjinin istehsalı üçün isə 29.1 milyon kubmetr təbii qaz sərfinə səbəb olur və nəticədə 63.6 min ton karbon emissiyası yaranır. Eyni sayda LED lampaya keçid zamanı isə elektrik enerjisi istehlakı, yanacaq sərfi və karbon emissiyası 8.6 dəfə azalır. Hazırda mövcud 2.7 milyon məişət abunəçisinin 50 faizinin közərmə lampalarından imtina edərək LED lampalara keçdiyi halda, gündəlik işıqlandırma məqsədilə elektrik enerjisi istehlakı 4.86 milyon kVt/saatdan 567 min kVt/saata enə bilər.

Həmçinin LED lampalar aşağı pulsasiya səviyyəsi (1%) ilə göz sağlamlığı üçün daha təhlükəsiz hesab olunur. Közərmə lampalarında bu göstərici 13 faizdir. Bundan əlavə, LED lampalar civə və digər toksik maddələr ehtiva etmir, az istilik yayır, uzun istismar müddətinə malikdir və gərginlik dalğalanmalarına qarşı daha dayanıqlıdır.

Közərmə lampalarının mərhələli şəkildə dövriyyədən çıxarılması və LED texnologiyalarına keçid ölkəmizdə enerji səmərəliliyinin artırılmasına, istehlakçı xərclərinin azaldılmasına, ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə və dayanıqlı enerji istehlakı mədəniyyətinin formalaşmasına xidmət edir. Odur ki, vətəndaşların və təsərrüfat subyektlərinin enerji səmərəli işıqlandırma həllərinə üstünlük vermələri tövsiyə olunur./oxu.az

PAYLAŞIN:

Continue Reading

Previous: Sosial sığorta yoxsa “sosial zərbə”? – “Kəndlinin son ümidini də kəsirlər”
Next: Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.