Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 6
  • Atasına həsr olunan gecəyə bilet alıb gedəcək – Əliağa Vahidin qızına qarşı BİABIRÇI MÜNASİBƏT

Atasına həsr olunan gecəyə bilet alıb gedəcək – Əliağa Vahidin qızına qarşı BİABIRÇI MÜNASİBƏT

admin 06/01/2026
vahidin qızı

 

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qəzəlxan Əliağa Vahidin qızı Firəngiz İsgəndərova atasına həsr olunmuş yaradıcılıq gecəsinə dəvət edilməyib.

 Məlumata görə, yanvarın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək poeziya axşamına şairin ailə üzvləri, o cümlədən qızı çağırılmayıb. Bununla bağlı saytımıza ailəyə yaxın qohum məlumat verib.

Bildirilib ki, gecədə Əliağa Vahidin sözlərinə yazılmış musiqi əsərləri ifa olunacaq, tədbirin aparıcısı isə şair İlqar Fəhmi olacaq. Lakin bütün bunlara baxmayaraq, mərhum şairin qızına rəsmi dəvət göndərilməyib. Nəticədə Firəngiz İsgəndərova atasının xatirəsinə həsr olunan gecəyə bilet alaraq qatılmaq məcburiyyətində qalacaq.

Ailənin yaxın qohumu Solmaz xanım açıqlamasında bu vəziyyəti təəssüf doğuran hal kimi qiymətləndirib:

“Yanvarın 8-də Firəngiz xanımın 71 yaşı tamam olur. Nə axtaran var, nə halını soruşan. Yanvarın 22-də atasına həsr olunmuş tədbir keçiriləcək, müğənnilər onun qəzəllərinə yazılmış mahnıları oxuyacaqlar, amma öz qızını dəvət etməyiblər. Məcbur qalıb bilet alıb gedəcək. Adam atasının xatirə gecəsinə bilet alıb gedər? Təşkilatçılar bunu niyə düşünmürlər?”

Solmaz xanım bildirib ki, Firəngiz İsgəndərova tədbir barədə təsadüfən xəbər tutub: “Elanlara baxanda gördük ki, Əliağa Vahidin gecəsi keçirilir. Dəvət olunmadığımız üçün özümüz bilet aldıq. Firəngiz xanım deyir ki, qardaşı sağ olanda ailəni dəvət edirdilər. Qardaşı dünyasını dəyişəndən sonra isə heç kim arayıb-axtarmır”.

Onun sözlərinə görə, Firəngiz xanım hazırda övladlarının himayəsində yaşayır:

“Bir qızı ilə birlikdə qalır, digəri isə qonşuluqdadır. Nəvələri var. Çox ağır təbiətlidir, hər qapını döyən insan deyil, amma bu laqeydlik onu incidir”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Saytımıza bildirildi ki, nazirlik tədbirin birbaşa təşkilatçısı deyil.

Qeyd edək ki, Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. Mədrəsədə təhsil alsa da, maddi çətinliklər səbəbindən oxumağı yarımçıq qoyaraq xarratlıqla məşğul olub. Gənc yaşlarında “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, lirik və satirik şeirləri ilə tanınıb. Yaradıcılığında ictimai ədalətsizliyi, mövhumatı və zülmü kəskin tənqid edib.

Füzuli ədəbi ənənələrinin davamçısı sayılan Əliağa Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının ən parlaq nümayəndələrindən biridir. Onun qəzəlləri sadə dili, ahəngdarlığı və xəlqiliyi ilə seçilir, xanəndələrin repertuarında xüsusi yer tutur. Vahid eyni zamanda Nizami, Xaqani, Füzuli, Nəvai kimi klassiklərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Şair 1 oktyabr 1965-ci ildə Bakıda vəfat edib. Onun heykəli əvvəlcə Filarmoniya bağında ucaldılıb, sonradan İçərişəhərə köçürülüb və həmin ərazi “Əliağa Vahid bağı” adlandırılıb. Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əliağa Vahidin əsərləri dövlət varidatı elan edilib. Bakıda onun adını daşıyan məktəb, park, bağ, ədəbiyyat evi və küçə mövcuddur.

1991-ci ildə “Azərbaycanfilm” kinostudiyasında şairin həyat və yaradıcılığından bəhs edən “Qəzəlxan” adlı film çəkilib./musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq
Next: Polkovnik-leytenant siqaret qaçaqmalçılığı işinə görə saxlanıldı

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.