Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 6
  • Bahalaşma köşklərə çatdı: siqaretlər neçəyədir? – Yeni qiymətlər

Bahalaşma köşklərə çatdı: siqaretlər neçəyədir? – Yeni qiymətlər

admin 06/01/2026
siqaret_-qiymet_artm

 

Azərbaycanda siqaret bazarında növbəti qiymət artımı müşahidə olunur. Son günlər yayılan məlumatlara görə, bir sıra məşhur siqaret markalarının blok üzrə satış qiymətləri bahalaşıb. Artım əsasən idxal olunan siqaretlərdə qeydə alınıb.

Bahalaşanlar “Winston Xstyle Blue”, “Winston Xstyle”, “Silver Winston”, “Xstyle Caster”, “Winston Xstyle DUAL”, “Winston XS Silver”, eləcə də “Sobranie” brendinin “Blue”, “White”, “Blues”, “Blacks”, “Whites”, “Caster Line”, “Compact Blue” və “Compact Caster” seriyalarını əhatə edir.

Siyahıda həmçinin “LD Club Platinium”, “Winchester Blue KS”, “Kent Nano Silver”, “Rothmans Demi Silver”, “Pall Mall Nano White” və “Dunhill Golden” siqaretləri də yer alır.

Blok qiymətlərindəki artımın pərakəndə satışa necə təsir etdiyini aydınlaşdırmaq üçün əməkdaşımız paytaxtın bir neçə köşk və marketində olub.

Satıcıların verdiyi məlumata görə, qiymət artımı artıq açıq şəkildə hiss olunur.

Kiçik ticarət köşklərindən birində çalışan satıcı bildirib ki, son günlər siqaretlərin qiyməti 30–40 qəpik aralığında bahalaşıb.

Onun sözlərinə görə, qiyməti 3 manatdan yuxarı olan siqaretlərdə artım əsasən 40 qəpik, daha ucuz seqmentdə isə 30 qəpik təşkil edir.

Digər köşklərdə də eyni vəziyyət müşahidə olunur.

Satıcılar qeyd ediblər ki, əvvəllər 3 manat 70 qəpiyə satılan siqaretlərin demək olar hamısının qiyməti 40 qəpik artırılıb. Nəticədə “Winston” seriyasına aid siqaretləri artıq 4 manat 20 qəpikdən aşağı qiymətə tapmaq mümkün deyil. “Sobranie” siqaretləri hazırda əsasən 5 manata təklif olunur. “Marlboro” seriyaları isə çeşidindən asılı olaraq 4 manatdan başlayaraq 8–9 manata qədər satılır.

Bazarda nisbətən ucuz variantlar da qalmaqdadır. Məsələn, “Platinum One Nano” siqaretini 2 manat 60 qəpiyə, “Vegas” markasını isə 2 manat 90 qəpiyə almaq mümkündür. Satıcılar qiymət artımının səbəbləri ilə bağlı dəqiq məlumatlarının olmadığını, topdansatış zamanı məhsulları artıq bahalaşmış qiymətlə aldıqlarını deyirlər.

Mütəxəssislərin fikrincə, siqaret və digər tütün məmulatlarının bahalaşması yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklərlə birbaşa bağlıdır. Yeni qaydalara əsasən, ölkəyə idxal edilən hazır siqaretlərin hər min ədədinə tətbiq olunan aksiz vergisi 16 manatdan 25 manat 50 qəpiyə qaldırılıb. Bu da idxal xərclərinin və ümumi maya dəyərinin artmasına səbəb olub.

Hazırda Azərbaycan tütün məhsullarının bir hissəsini xammal formasında idxal edir və ölkə daxilində qablaşdırır. Lakin bu məhsullar bazarın cəmi 35 faizini təşkil edir. Qalan 65 faiz isə hazır siqaret şəklində idxal olunur və qiymət artımı əsasən məhz bu məhsullarda müşahidə edilir.

Rəsmi qiymət dəyişiklikləri də bunu təsdiqləyir. Belə ki, “Kent Feel” siqaretinin bir blokunun əvvəlki qiyməti 40,04 manat olduğu halda, hazırda 43,76 manata satılır. “Kent Nano Silver 4” üçün də blok qiyməti 40,04 manatdan 43,76 manata yüksəlib.

Eyni zamanda, “Rothmans Demi Click Amber”, “Pall Mall Nano White” və “Pall Mall Nano Night” siqaretlərinin blok qiyməti əvvəl 28,34 manat idisə, hazırda bu məhsullar 31,16 manata təklif olunur. /musavat.com

PAYLAŞIN:

Continue Reading

Previous: “İki yol var”: Zelenski Ukraynada sülhlə bağlı nikbinliyini itirir – NYT
Next: Maduronun oğlundan emosional çıxış – Video

OXŞAR MÖVZULAR

h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026
qüdrət

“O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq”

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.