Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 6
  • Prezidentin verdiyi iki mühüm mesaj… – Hansı sahələrdə islahatlar gözlənilir?

Prezidentin verdiyi iki mühüm mesaj… – Hansı sahələrdə islahatlar gözlənilir?

admin 06/01/2026
prezident2

 

Problemləri effektli həlli üçün Azərbaycan post-neft strategiyasını elan etməlidir

– Biz işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri institutunun fəaliyyətini görürük. Bu fəaliyyət gələcəkdə bütün respublika ərazisinə sirayət edə bilərmi? Bununla bağlı hansısa planlar varmı?

– Bəli, ola bilər. Çünki Qarabağ və Şərqi Zəngəzurda artıq yeni idarəetmə üsulu nəzərdə tutulub və tətbiq edilir. Hesab edirəm ki, bu, özlüyündə daha çevik idarəetmə üçün daha əlverişlidir. Amma yenə də əsas məsələ kadr məsələsidir. Məsələn, mən Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq təəssüflər olsun ki, oraya təyin etdiyim kadr etimadımı doğrultmadı və buna görə də vəzifəsindən azad edildi. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdi. Özü də noyabr ayındakı həmin təyinatda qrup şəklində bir neçə icra başçısı təyin olunurdu. İnsanlara diqqət, iş adamlarına toxunmamaq, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə, sosial ədalət barədə mənim verdiyim tapşırıqlar, söylədiyim fikirlər mətbuatda dərc olundu. Amma təyin etdiyim şəxslərdən birini bir aydan sonra vəzifəsindən çıxarmışam. Yəni bu, məni çox məyus edir…

Prezident İlham Əliyev dünən yerli televiziya kanallarına müsahibəsində İctimai Televiziya əməkdaşının sualını cavablandırarkən bu fikirləri səsləndirib. Dövlət başçısı bununla cəmiyyətdə xeyli müddətdir müzakirə olunan iki məsələ ilə bağlı mövqeyini açıqlayıb:
– ölkədə idarəetmə sahəsində islahatların vacibliyi və hökumətin bu istiqamətdə planlarının olması;
– hakimiyyət rəhbərliyində məmur korpusunun fəaliyyətindən məmnunluğun aşağı səviyyədə olması.

Bir neçə ildir ictimaiyyətdə Azərbaycanda Konstitusiya referendumunun keçiriləcəyi və digər islahatlarla yanaşı, idarəetmə sahəsində də ciddi dəyişikliklərin aparılacağı ilə bağlı müzakirələr gedir. Millət vəkillərinin, ekspertlərin, eləcə də bəzi rəsmi şəxslərin çıxışları ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra konstitusion islahatların qaçılmaz olduğu barədə ictimai rəy formalaşdırıb.

Bu kontekstdə icra hakimiyyəti sisteminin ləğv edilərək daha mobil regional idarəetmə mexanizminə keçid ideyası daha çox ictimai dəstək qazanır. Çünki:

– yerli icra hakimiyyətləri ciddi şəkildə korrupsiyalaşıb və hətta hüquq-mühafizə orqanlarının apardığı həbslər də bu sahədə əsaslı dəyişikliklərə gətirib çıxarmayıb;

– əksər dövlət qurumlarının regional idarəetmə modelinə keçidi icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin məhdudlaşmasına səbəb olub;

– yerli sorğular göstərir ki, əhalinin ən çox narazı qaldığı dövlət qurumları sırasında icra hakimiyyətləri birinci yerdədir və s.

İcra qurumlarına təkcə mərkəzi hakimiyyətin deyil, həm də ictimai etimadın azalmasının başlıca səbəblərindən biri işğaldan azad edilmiş rayonların idarə olunmasında tətbiq edilən alternativ mexanizmin – xüsusi nümayəndəlik institutunun uğur qazanmasıdır. Prezident də müsahibəsində bunu xüsusi olaraq qeyd edir.

Fərq açıq şəkildə görünür: yeni qurumlar daha az xərc tələb edir, mobil olmaları isə idarəetmədə çevik mexanizmlərin tətbiqinə imkan yaradır. Eyni zamanda, bir neçə il ərzində onların səmərəli fəaliyyəti sınaqdan çıxıb və bu, ölkə başçısını da qane edir. Deməli, bu nümunənin Azərbaycanın bütün bölgələrində tətbiq olunmasının zamanı yetişib.

Doğrudur, Prezident bu keçidin reallaşması üçün konkret vaxt göstərməyib. Amma rəsmi mövqe ictimailəşdirilibsə, ehtimal etmək olar ki, Azərbaycanda Konstitusiya referendumunun keçirilməsinə elə də çox zaman qalmayıb.

Ekspertlərin fikrincə, ölkədə icra hakimiyyətlərinin ləğv edilməsi və mövcud olan 14 iqtisadi rayon üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması ən optimal variantdır. Bunun bir neçə üstünlüyü var:

– əvvəlcə idarəetmə sahəsinə çəkilən dövlət xərcləri kəskin şəkildə azaldıla və büdcənin yükü yüngülləşdirilə bilər;

– regionlarda idarəetmənin keyfiyyəti yüksələr, sosial-iqtisadi inkişaf üçün yeni yanaşmalar və layihələr tətbiq edilə bilər.

Əlbəttə, burada vacib məsələlərdən biri bələdiyyə institutunun inkişafıdır. Yerli özünüidarəetmə qurumlarının səlahiyyətləri genişləndirilməli, onların dayanıqlı maliyyə mənbələri əldə etməsinə şərait yaradılmalıdır. Xüsusilə cəmiyyətin idarəetməyə cəlb edilməsi, ictimai iştirakçılığın təmin olunması Prezidentin də vurğuladığı kimi, ictimai nəzarətin əsas elementlərindəndir. Bu, inkişaf etmiş ölkələrdə, o cümlədən Türkiyədə uğurla tətbiq olunan idarəetmə təcrübəsidir.

Paralel olaraq, böyük şəhərlərdə bələdiyyələrin yaradılması və onların səlahiyyətlərinin genişləndirilməsi də islahatların əsas istiqamətlərindən biri olmalıdır.

Vurğulamaq lazımdır ki, bu addımlar Azərbaycan hökumətinin post-neft strategiyasının əsas tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Qeyri-neft sektorunun canlandırılması və investisiya mühitinin yaxşılaşdırılması birbaşa idarəetmə və məhkəmə-hüquq sahəsində aparılacaq ciddi islahatlardan asılıdır.

Bu addımlar atılarsa, Prezidentin çıxışında yarıtmaz məmurlarla bağlı təəssüflə vurğuladığı problemlər də asanlıqla həllini tapa bilər. Çünki idarəetmənin şəffaflaşdırılması və ictimai nəzarətin təmin edilməsi bu cür şəxslərin müxtəlif yollarla səlahiyyət sahibi olmasının qarşısını alır.

Ümid edək ki, 2026-cı il Azərbaycanda həyati əhəmiyyət daşıyan bu islahatların həyata keçirildiyi il olacaq və ölkə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Bu gün dünyada baş verən proseslər, beynəlxalq hüququn faktiki olaraq iflas etməsi kiçik ölkələr üçün ciddi təhlükələr yaradır. Bu təhlükələrin qarşısını isə yalnız güclü vətəndaş cəmiyyətinin formalaşdırılması və hakimiyyət–xalq birliyinin bərqərar edilməsi ala bilər. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: 21 milyonluq “Sonar Farm” qalmaqalı – şərikin payı necə 300 min manata “əridi”?
Next: “İki yol var”: Zelenski Ukraynada sülhlə bağlı nikbinliyini itirir – NYT

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.