Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 6
  • “Regionda rəqabət açıq qarşıdurma həddinə çatır” – “Ermənistan alət kimi nəzərdən keçirilir…”

“Regionda rəqabət açıq qarşıdurma həddinə çatır” – “Ermənistan alət kimi nəzərdən keçirilir…”

admin 06/01/2026
ferhad-polit1

 

Fərhad Məmmədov: “Cənubi Qafqazda xarici aktorların təsirini qadağan etmək mümkün deyil, amma onu idarə etmək olar”

Politoloq Fərhad Məmmədov Cənubi Qafqazda sülh prosesinə xarici təsirlər və bu təsirlərlə necə davranılmalı olduğu barədə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Cənubi Qafqaz coğrafiyası, tarixi, tranzit və enerji potensialı, eləcə də mürəkkəb qonşuluq mühiti səbəbindən ənənəvi olaraq yüksək konfliktli regionlardan biridir. Bu amillər bölgəni xarici aktorlar arasında daimi rəqabət meydanına çevirir və bəzən bu rəqabət açıq qarşıdurma həddinə çatır.

Politoloq bildirib ki, regionda əsas rəqabət Türkiyə, Rusiya və İran arasında gedir:
“Bu ölkələr bir-biri ilə həm rəqabət aparır, həm də situativ tərəfdaşlıqlar qururlar. Burada geosiyasi, hərbi-siyasi və iqtisadi ölçülər mövcuddur. Bu münasibətləri ‘rəqabətli tərəfdaşlıq’ kimi xarakterizə etmək olar”.

F. Məmmədovun fikrincə, Avropa İttifaqı ilə Rusiya arasında geosiyasi və iqtisadi qarşıdurma artan xətt üzrə davam edəcək. ABŞ–Rusiya münasibətləri də eyni müstəvidə inkişaf edir, lakin Tramp dövründə bu münasibətlərin açıq konfrontasiyadan rəqabətli tərəfdaşlığa keçə biləcəyi ehtimal olunur.

Ekspert qeyd edib ki, ABŞ–İran və İsrail–İran qarşıdurması hərbi eskalasiya həddinə çatsa da, Cənubi Qafqaz hələlik birbaşa münaqişə zonası deyil. Bununla yanaşı, Hindistan və Pakistan regiondan uzaq olsalar da, Azərbaycan və Ermənistanın silahlanmasında iştirak edir, beynəlxalq təşkilatlar vasitəsilə öz rəqabətlərini regiona daşıyırlar.

Çin–ABŞ rəqabətinin də Cənubi Qafqazda hiss olunmağa başladığını deyən politoloq vurğulayıb ki, Fransa və Yunanıstanın Türkiyəyə qarşı apardığı geosiyasi xəttdə Ermənistan alət kimi nəzərdən keçirilir. İsrail–Türkiyə qarşıdurması da zaman-zaman Azərbaycan üzərindən regiona sirayət edir.

F. Məmmədov hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi region üçün yeni imkanlar yarada bilər: “Bu proses xarici aktorların rəqabətini ya artıracaq, ya da bəzi hallarda mənasız edəcək. Bu gün aktorların bir qismi sülhə dəstək verir, bir qismi nəticələrə hazırlaşır, digərləri isə münaqişə üzərindən maraqlarını qorumağa çalışır”.

Onun sözlərinə görə, xarici aktorların güc proyeksiyasını qadağan etmək mümkün deyil, amma onu idarə etmək olar: “Azərbaycan və Gürcüstanın güclü aktorların təsirini milli maraqlar çərçivəsinə salmaq təcrübəsi var. İndi bu yanaşmanın Azərbaycan–Ermənistan arasında, daha sonra isə üçtərəfli formatda formalaşdırılması aktualdır”.

Politoloq bildirib ki, bu kontekstdə TRIPP layihəsi nümunəvi modeldir: “Azərbaycan və Ermənistan ABŞ-nin iştirakı ilə kommunikasiya xətlərinin açılması üzrə bir layihədə razılaşıblar. TRIPP layihəsinin uğuru ‘Əsrin müqaviləsi’nin uğurunu təkrarlaya bilər”.

Fərhad Məmmədov sonda vurğulayıb ki, xarici aktorlar region ölkələrini proksi alətə çevirməməlidir: “Böyük güclər anlamalıdır ki, qaydaları region ölkələri müəyyən edir və bu çərçivələrdən kənara çıxmaq mümkün olmamalıdır”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Pensiya artımı fonunda müavinətlər də artacaqmı? – Deputatdan AÇIQLAMA
Next: İcra hakimiyyətlərinin ləğvi yenidən gündəmdə: Konistitusion dəyişikliklər ola bilər?

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.