Venesuela neftinin təcridi ilə bağlı qərar qüvvədə qalır.

Bu barədə ABŞ müdafiə naziri Pete Hegseth “X” sosial media hesabında Rusiya tankerinin saxlanılması ilə bağlı xəbəri şərh edərkən bildirib:

“Sanksiyalara məruz qalan Venesuela neftinin blokadası dünyanın istənilən yerində qüvvədə qalır”.

Qeyd edək ki, ABŞ Sahil Mühafizəsi Latın Amerikası sahilləri yaxınlığında Rusiya neft tankerı “Marinera”nı ələ keçirib.