Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 15
  • “Unibank”ın təhlükəli maliyyə balansı: Bank risk zonasındadır

“Unibank”ın təhlükəli maliyyə balansı: Bank risk zonasındadır

admin 15/01/2026
unibank1

2025-ci ilin IV rübündə “Unibank”ın ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 3 milyon 738 min manat təşkil edib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 953 min manat və ya 20,31% azdır.

Bu azalma bankın aktivlərindən əldə etdiyi gəlirlərin zəiflədiyini və maliyyə alətlərinin əvvəlki dövrlərlə müqayisədə daha aşağı gəlirlilik verdiyini göstərir. Faiz gəlirlərindəki bu geriləmə fonunda xərclərin kəskin artması bank üçün ciddi struktur problemi yaradır.

Hesabat dövründə bank müştərilərə depozitlər üzrə 75 milyon 814 min manat faiz ödəyib. Bu, ötən illə müqayisədə 12 milyon 840 min manat və ya 20,39% artım deməkdir. Daha narahatedici məqam isə cəlb edilmiş kreditlər üzrə ödənilən faizlərin 10 milyon 363 min manatdan 19 milyon 929 min manata yüksəlməsi, yəni faktiki olaraq ikiqat artmasıdır.

Bu rəqəmlər göstərir ki, “Unibank” likvidliyi qorumaq üçün vəsaiti getdikcə daha baha qiymətə cəlb edir. Resursların bahalaşması bankın əsas gəlir mənbəyi olan kreditləşmədə faiz marjasını daraldır və gələcək dövrlərdə mənfəətə birbaşa təzyiq yaradır.

Depozitlərin ümumi həcmi 1 milyard 377 milyon 937 min manat təşkil edib. Fiziki şəxslərin depozitləri 1 milyard 89 milyon manat, hüquqi şəxslərin depozitləri isə 288 milyon 870 min manat olub. Müvafiq olaraq, bu göstəricilər 13,87% və 16,38% artım göstərsə də, artımın əsas səbəbi bazar şərtləri deyil, yüksək faizlər hesabına depozit cəlbidir. Bu isə bank üçün uzunmüddətli və baha öhdəliklər deməkdir.

2025-ci ilin hesabat dövründə bank 25 milyon 781 min manat xalis mənfəət açıqlayıb ki, bu da əvvəlki illə müqayisədə 26,4% artım deməkdir. Lakin bu mənfəət artımı bankın dayanıqlılığının gücləndiyini deyil, xərclərin artım tempinə baxmayaraq hələlik balansın qoruna bildiyini göstərir. Əsas problem odur ki, bu balans çox kövrəkdir.

Bankın ümumi faiz xərcləri 30,45% və ya 23 milyon 785 min manat artaraq 101 milyon 921 min manata çatıb. Bu, gəlirlərin artım tempini açıq şəkildə üstələyir. Qeyri-faiz xərcləri isə 5,7% artaraq 219 milyon 462 min manat olub ki, bu da bankın əməliyyat yükünün hələ də ağır qaldığını göstərir.

“Unibank”ın maliyyə hesabatı bir məqamı açıq şəkildə ortaya qoyur: bank daha çox qazanmaq üçün daha bahalı resurslardan istifadə etməyə məcbur qalır. Faiz gəlirləri azalarkən faiz xərclərinin kəskin artması klassik marja riski yaradır.

Əgər yaxın dövrlərdə:

  • Kreditlər üzrə faiz gəlirləri artırılmasa,

  • Problemli kreditlərin həcmi yüksəlsə,

  • Bazar faizləri daha da bahalaşsa,

o zaman indiki mənfəət göstəriciləri sürətlə əriyə bilər.

Mövcud göstəricilər “Unibank” üçün “gizli risklər dövrü”nün başlandığını deməyə əsas verir. Kağız üzərində mənfəət artımı olsa da, xərclərin strukturu və resursların bahalaşması bankı orta müddətli risk zonasına sürükləyir. Əgər bu tendensiya dəyişməzsə, “Unibank” yaxın dövrlərdə mənfəəti qorumaqda ciddi çətinliklərlə üzləşə bilər./yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: Ukraynadakı Britaniya sülhməramlılarının “ciddi zəifliyi” olacaq – “The Telegraph”
Next: Məsləhətə 7,5 milyon xərclənib, ortada isə iş yoxdur – Dəniz suyu ilə bağlı layihə 3 ildir niyə yubanır?

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.