Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 16
  • İrandan nə alıb, ona nə satırıq? – 647 milyon dollarlıq ticarət dövriyyəmiz var

İrandan nə alıb, ona nə satırıq? – 647 milyon dollarlıq ticarət dövriyyəmiz var

admin 16/01/2026
iran-mallar

 

Vüqar Bayramov: “İranla ticarətdə 502 milyon dollarlıq mənfi saldomuz yaranıb”

İranda baş verən hadisələrin region ölkələrinə, xüsusən, 600 kilometrdən çox quru sərhədə malik Azərbaycana da təsir edəcəyi gözləniləndir. Xüsusən, qonşu ölkədə ağır sosial-iqtisadi problemlər, milli valyutanın dəyərinin avro və dollar qarşısında sıfırlanması, etirazlar nəticəsində dövlət hakimiyyətinin iflic olması və s. amillər təsridicidir.

Deputat Vüqar Bayramov bu təsirin əhatə dairəsini müəyyən etmək üçün ikitərəfli iqtisadi əlaqələrə diqqət çəkib. O bildirib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2024-cü ildə əvvəlki ilə nisbətən 25 faiz artaraq 647 milyon dollara çatıb. 2023-cü ildə bu göstərici 487 milyon dollar idi. 2025-ci ilin ilk 10 ayında isə ölkələr arasında 510 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb.

Deputatın sözlərinə görə, rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır. Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2024-cü ildə 647 milyon dollarlıq dövriyyənin 633 milyonu İrandan idxal hesabına formalaşıb.

“2025-ci ilin ilk 10 ayında isə İran ilə olan 510 milyon dollarlıq dövriyyəmizin 502 milyon dolları cənubdan məhsul gətirmək hesabına formalaşıb. Həmin müddətdən cənub qonşumuza sadəcə 8 milyon dollarlıq məhsul ixrac edə bilmişik. Bu isə o deməkdir ki, İranla ticarətdə 502 milyon dollarlıq mənfi saldomuz yaranıb”, – qeyd edib.

Deməli, İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox qazanır. V.Bayramovun sözlərinə görə, bu isə o deməkdir ki, İran ilə ticarət əlaqələrində texniki çətinliklər olarsa bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq: “İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır.Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir”.

İrandakı son hadisələr Azərbaycanın istehlak bazarına necə təsir göstərə bilər?

İqtisadçı vurğulayır ki, əgər İranın ixrac imkanları məhdudlaşarsa o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycan İrandan təzə və ya qurudulmuş portağal (10.0 milyon dollar), qida üçün yararlı duz (9.7 milyon dollar), badımcan (7.4 milyon dollar), bibər (7.0 milyon dollar), kərə yağı (6.9 milyon dollar), peçenye (6.7 milyon dollar), soğan (6.1 milyon dollar), kartof (5.9 milyon dollar), yerkökü (5.1 milyon dollar), xurma (4.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (3.4 milyon dollar), təzə və ya soyudulmuş alabalıq (3.1 milyon dollar), sirkəsiz hazırlanmış və ya konservləşdirilmiş digər pomidorlar (2.6 milyon dollar), kivi (2.4 milyon dollar) və digər ərzaq məhsulları idxal edib.

Deputat bildirib ki, bununla yanaşı, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb: “Sözügedən müddətdə İrandan azot (68,4 milyon dollar), arqon (48.6 milyon dollar), mərmərin dənəvərləri, qırıntıları və tozu (17.5 milyon dollar), kvarsit (14.5 milyon dollar), abidə və tikinti daşlarının dənəvərləri, qırıntı və tozu (12.3 milyon dollar), ağ portlandsement (8.1 milyon dollar), təbii barium sulfatı (9.4 milyon dollar),hipoxloritlər, xloritlər və hipobromitlər (5.9 milyon dollar), natrium-hidroksid, kaustik soda (5.0 milyon dollar), dinatrium karbonat (4.7 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub”.

Göründüyü kimi, İradan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə sənaye və tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilən məhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olan mallardır. İqtisadçı hesab edir ki, bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxalların daha qısa zamanda diversifikasiyasına ehtiyac var.

“Bütün bunlar ilə yanaşı, İrandan idxal azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Çünki, Azərbaycanın illik idxalının 3.0, ərzaq idxalının isə cəmi 2,7 faizi İranın hesabına formalaşır. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması prioritetliyini daha da artırmaqdadır”, – V.Bayramov yekunlaşdırıb. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Google”a şok ittiham – “Valideynlər maneə kimi təqdim olunur”
Next: “Ankara və Bakı Paşinyanın qalib gəlməsini istəyir..” – “Mümkündür ki, Azərbaycan da oxşar bəyanatla çıxış etsin”

OXŞAR MÖVZULAR

gömrük-keçid

Quru sərhədlər bu şəxslər üçün açıla bilər

admin 17/04/2026
avto-b-

Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir?

admin 17/04/2026
mehkeme_2025_____

Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO

admin 17/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.