Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 22
  • Tramp NATO-nun baş katibi ilə razılığa gəldi – “Bu, əbədi razılaşmadır…”

Tramp NATO-nun baş katibi ilə razılığa gəldi – “Bu, əbədi razılaşmadır…”

admin 22/01/2026
tr-nt

 

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mövqeyini dəstəkləməyən Avropa ölkələrinə qarşı tətbiq ediləcəyi elan olunan yeni gömrük rüsumlarının dayandırıldığını açıqlayıb.

Qərb mediası xəbər verir ki, Tramp bu barədə yanvarın 21-i axşam saatlarında İsveçrənin Davos şəhərində NATO-nun baş katibi Mark Rütte ilə görüşündən sonra danışıb. ABŞ Prezidenti bildirib ki, tərəflər Qrenlandiya və ümumilikdə Arktika regionu ilə bağlı gələcək razılaşmanın əsaslarını formalaşdırıblar.

Tramp görüşdən sonra sosial şəbəkə hesablarında yazıb ki, əldə olunan anlaşma ABŞ və NATO üzvü olan bütün ölkələr üçün böyük üstünlük ola bilər: “NATO-nun baş katibi Mark Rütte ilə çox məhsuldar görüşün nəticəsində Qrenlandiya və mahiyyət etibarilə bütün Arktika regionu ilə bağlı gələcək razılaşmanın əsasını formalaşdırdıq. Bu qərar həyata keçirilərsə, ABŞ və bütün NATO ölkələri üçün böyük müsbət nəticələr verəcək. Bu anlayışa əsaslanaraq, fevralın 1-dən qüvvəyə minməli olan rüsumları tətbiq etməyəcəyəm. Hazırda Qrenlandiya kontekstində ABŞ-nin “Qızıl Qübbə” hava hücumundan müdafiə layihəsi ilə bağlı əlavə müzakirələr aparılır və danışıqlar irəlilədikcə bütün məlumatlar açıqlanacaq”.

Bununla belə, Tramp Mark Rütte ilə müzakirə etdiyi Qrenlandiya ilə bağlı planın detalları barədə konkret açıqlama verməyib. Jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti yalnız qeyd edib ki, söhbət uzunmüddətli və faktiki olaraq müddətsiz bir razılaşmadan gedir: “Bu, uzunmüddətli razılaşmadır. Mümkün olan ən uzunmüddətli razılaşmadır. Onun vaxt limiti yoxdur. Bu, əbədi olacaq”.

Xatırladaq ki, Tramp yanvarın 17-də Qrenlandiya ilə bağlı mövqeyini dəstəkləməyən Avropa ölkələrinə qarşı sanksiya xarakterli rüsumların tətbiq olunacağını bəyan etmişdi. Onun açıqlamasına görə, fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan ABŞ-yə idxal olunan bütün mallara 10 faiz, iyunun 1-dən isə 25 faizə qədər gömrük rüsumu tətbiq edilməli idi.

Tramp həmin vaxt bildirmişdi ki, bu rüsumlar “Qrenlandiyanın tam və qəti şəkildə satın alınması ilə bağlı razılaşma əldə olunana qədər” qüvvədə qalacaq. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Dugin Bakını hədələdi, cavabsız qaldı – Ekspert
Next: Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.