Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 28
  • İŞİD Azərbaycanda yenidən belə dirçəlir – DTX əməliyyatının üzə çıxardığı ACI GERÇƏK

İŞİD Azərbaycanda yenidən belə dirçəlir – DTX əməliyyatının üzə çıxardığı ACI GERÇƏK

admin 28/01/2026
işıd-dtx

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son əməliyyatı bir həqiqəti açıq şəkildə ortaya qoydu: İŞİD təhlükəsi aradan qalxmayıb, sadəcə səssizləşib və indi yenidən baş qaldırır. Bakının mərkəzində, xarici ölkə səfirliyinə qarşı planlaşdırılan terror aktının qarşısının alınması artıq təsadüfi radikallaşmış gənclərin yox, ideoloji cəhətdən hazırlanmış və beynəlxalq terror şəbəkəsi ilə əlaqəli bir hüceyrənin mövcudluğunu göstərir.

DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları – 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranmışdır.

Saxlanılan şəxslərin İŞİD-in “Vilayəti-Xorasan” qolu ilə əlaqədə olması göstərir ki, bu təşkilat hərbi baxımdan məğlub edilsə də, ideoloji və təşkilati baxımdan hələ də yaşayır. Daha təhlükəlisi isə odur ki, bu ideologiya artıq əsasən gəncləri hədəf alır. 2000 və 2005-ci il təvəllüdlü şəxslərin terror planının icra mərhələsinə qədər gəlib çıxması onu göstərir ki, illərdir aparılan gizli radikallaşdırma prosesi artıq real təhlükəyə çevrilib.

Bu proses bir gündə başlamayıb. Azərbaycanda müəyyən dini çevrələrdə radikal, təkfirçi və xəvaric düşüncənin yayılması ilə bağlı siqnallar on ildən çoxdur ki, dolaşır. Xüsusilə “Ləzgi” məscidi ətrafında illərdir səslənən iddialar, 2014-cü ildən bəri rəsmi səviyyədə müzakirə olunan xəbərdarlıqlar, əslində, bugünkü təhlükənin ideoloji bünövrəsinin çoxdan qoyulduğunu göstərirdi. Lakin bu xətt nə tam dağıdıldı, nə də ideoloji baxımdan zərərsizləşdirildi.

Ən narahatedici məqamlardan biri isə radikal ideologiyanın illər boyu bəzən “maarifçilik”, bəzən “dini xidmət”, bəzən də “ziyarət təşkilatçılığı” adı altında yayılmasıdır. Əldə olan məlumatlara görə, Əlixan Musayev və onun xalası oğlu Mübariz Qarayev uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə hər il təxminən 50 nəfərlik həcc kvotası alaraq zəvvar qrupları formalaşdırıblar və bu qruplara, əsasən, Mübariz Qarayev rəhbərlik edib. Maraqlıdır ki, açıq mənbələrdə Mübariz Qarayev barəsində vaxtilə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı və hətta həbsi ilə bağlı məlumatların yer aldığı da göstərilir.

Daha da düşündürücü olan odur ki, məhz bu qruplarla həcc ziyarətinə gedən bəzi zəvvarlar sonradan ciddi şikayətlər səsləndiriblər. Onların sözlərinə görə, həmin qruplarda radikal düşüncəli şəxslər olub, bu şəxslər Azərbaycan dövlətini və hətta Səudiyyə Ərəbistanı dövlətini açıq şəkildə “kafir” adlandırıb, bəzən isə dini baxımdan yolverilməz, təxribatçı ifadələr işlədiblər. Əgər bu iddialar doğrudursa, söhbət artıq tək-tək şəxslərin davranışından yox, həcc kimi həssas və nüfuzlu bir dini mərasimin ideoloji təsir alətinə çevrilməsi cəhdindən gedir.

Bu cür iddialar zəvvarların təhlükəsizliyi, dini mühitin sağlamlığı və ümumilikdə həcc təşkilatçılığında nəzarət mexanizmlərinin nə dərəcədə şəffaf və effektiv olması ilə bağlı ciddi ictimai suallar doğurur. Cəmiyyət haqlı olaraq soruşur: əgər bu xətt üzrə illərdir müxtəlif siqnallar mövcud idisə, niyə vaxtında bu prosesin qarşısı köklü şəkildə alınmadı?

Bu ideoloji yayım təkcə ziyarət qrupları ilə məhdudlaşmayıb. Dini kitab mağazaları, qeyri-rəsmi dərnəklər və qapalı söhbət çevrələri uzun müddət radikal düşüncənin ötürülmə kanalı rolunu oynayıb. İndiyə qədər aparılan əməliyyatlarda isə, əsasən, icraçı fiqurların məsuliyyətə cəlb olunması, şəbəkənin əsas beyin mərkəzlərinin kölgədə qalması problemi daha da dərinləşdirir.

DTX-nin qarşısını aldığı son terror planı göstərir ki, artıq söhbət potensial riskdən yox, real icra mərhələsinə keçmiş təhlükədən gedir. Saxlanılan şəxslər, böyük ehtimalla, bu zəncirin yalnız görünən həlqəsidir. Onları bu nöqtəyə gətirən ideoloji mərkəzlər, maliyyə kanalları və qoruyucu mexanizmlər isə hələ də tam şəkildə üzə çıxarılmayıb.
Əlixan Musayev, Mübariz Qarayev, Veysəl Orucov və digər radikal dini şəxslərin illərlə cəzasız qalmaları, rahat şəkildə zərərli ideologiya yayıcılığı etmələri bu tip ideologiyaların ayaq tutub yeriməsinin başlıca səbəbidir. Yəni hansısa radikal gənclərin həbs olunması hansısa təxribatın önününü kəsir, ancaq problemin kökü-baza yerində qaldıqca, sabahımız bu kimi təxribatlardan sığortalanmayıb. Ölkə daxilində və xaricində mədrəsələr açıb, azyaşlıları orta məktəbdən uzaqlaşdıranlar, ölkənin genefondunu dəyişmək üçün azərbaycanlı gənclərin ərəb qadınlarla evlənməsini təşviq edənlərin kökü kəsilməsə, hələ çox 20-25 yaşlı gənclərimizi terrora qurban verəcəyik.

Ən təhlükəli məqam ondan ibarətdir ki, bir tərəfdən dövlət radikal şəbəkələrə qarşı əməliyyatlar aparır, digər tərəfdən isə bu ideoloji xəttin bəzi daşıyıcıları illərlə rəsmi imkanlardan istifadə edərək və ya nəzarətdən yayınaraq fəaliyyət göstərə biliblər. Bu isə problemin təkcə hüquq-mühafizə yox, həm də institusional nəzarət məsələsi olduğunu göstərir.

Son əməliyyat, əslində, buz dağının yalnız görünən hissəsidir. Əgər bu şəbəkələrin ideoloji, təşkilati və maliyyə dayaqları kökündən sökülməsə, bu gün qarşısı alınan terror planlarının sabah daha təhlükəli formada geri qayıtmayacağına heç kim zəmanət verə bilməz. İŞİD ideologiyası məhv olmayıb, sadəcə formasını dəyişib və indi daha hiyləgər üsullarla cəmiyyətin içinə sızmağa çalışır.

Bu gün əsas sual artıq “kim saxlanıldı?” yox, “bu zehniyyət illərlə necə böyüdü, kimlər tərəfindən qorundu və hansı boşluqlardan istifadə etdi?” sualıdır. Çünki təhlükə hələ də qalır və ona yalnız kökündən yanaşma ilə son qoymaq olar./yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: Tiflis GUAM-ı belə çökdürür
Next: Bu şəkli müzakirə yaratdı – Foto

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.