Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Yanvar
  • 29
  • Son beş ildə uşaqlara verilən qeyri-adi adlar – Araşdırma

Son beş ildə uşaqlara verilən qeyri-adi adlar – Araşdırma

admin 29/01/2026
korpe_usaq

 

Azərbaycanda yeni doğulan uşaqlara ad verilməsi ilə bağlı hüquqi tənzimləmələr yenilənir. Mövcud qanunvericiliyə əsasən ad seçimi valideynlərin razılığı ilə həyata keçirilsə də, bu proses müəyyən hüquqi və etik çərçivələr daxilində baş verməlidir. Son statistikalar göstərir ki, ölkədə ad və ata adının dəyişdirilməsinə maraq ilbəil artır.

Uşağın mənafeyinə zərər vura biləcək, cinsinə uyğun olmayan və ya gülünc ad verilməməlidir

Ədliyyə Nazirliyindən bildirilib ki, Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir:

“Valideynlərə ad seçimi zamanı AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan şəxs adlarının izahlı lüğəti”ndən və ya Ədliyyə Nazirliyinin rəsmi saytındakı adlar bölməsindən istifadə etmək tövsiyə olunur.

Hazırda ölkədə rəsmi qadağan edilmiş adların siyahısı mövcud deyil. Lakin Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarına əsasən uşağın mənafeyinə zərər vura biləcək, cinsinə uyğun olmayan və ya gülünc adların verilməsinə yol verilmir.

Eyni zamanda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna əsasən adlar, ata adları və soyadlar Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarına uyğun yazılmalıdır”.

Statistik göstəricilər:

Ədliyyə Nazirliyinin məlumatına əsasən 01.12.2025-ci ildən bu günədək 476 nəfərin adı, ata adı və ya soyadı dəyişdirilib. Bunlardan 357 nəfər qadın, 119 nəfər isə kişilərdir.

2025-ci ilin əvvəlindən 1 dekabradək isə 1206 nəfərin adı və ya ata adı dəyişdirilib (849 nəfər qadın, 357 nəfər kişi).

Statistikadan göründüyü kimi, addəyişdirmə üçün müraciət edənlərin arasında qadınlar üstünlük təşkil edir.

Yaş qruplarına görə:

18–29 yaş: 710 nəfər

30–39 yaş: 308 nəfər

40–49 yaş: 107 nəfər

50–59 yaş: 52 nəfər

60+ yaş: 29 nəfər

Ad dəyişdirilməsi üçün əsas səbəblər kimi aşağıdakılar göstərilib:

tərbiyə edən şəxsin adı ilə ata adı daşımaq istəyi,
adın pis səslənməsi,
çətin tələffüz olunması,
şəxsi narazılıq və digər səbəblər.

Son 5 ildə uşaqlara verilən qeyri-adi adlar:

Ədliyyə Nazirliyinin rəsmi saytındakı adlar bölməsində son 5 ildə uşaqlara verilən adlar arasında bəzi qeyri-adi adlar diqqət çəkir. Belə ki, ötən 5 il ərzində uşaqlara Alov (2), Ehsan (2), Əmənulla (2), Gilə (2), İqlimə (1), Mahama (4), Piyalə (2), Səyahət (1), Təbib (2), Ocaq (1) kimi adlar verilib.

Dilçilik İnstitutu yalnız düzgün yazılış qaydalarını izah edir

Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova bildirib ki, onlara adların düzgün yazılışı və mənşəyi ilə bağlı suallar ünvanlanır:

“Ad qeydiyyat idarələrində qoyulur. Biz isə, məsələn, valideyn uşağına “Mazahır” adını qoymaq istəyirsə, onun düzgün yazılışı cavablandırırıq”.

Bəzi adlar uşaqlarda utancaqlıq, stress, daxili gərginlik, bəzi hallarda isə depresiya yaradır

42 nömrəli məktəbin psixoloqu Aytən Hüseynzadə isə uşağa verilən adın onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynadığını bildirib. Psixoloqun sözlərinə görə, bəzi hallarda dünyasını dəyişmiş qohumların adlarının verilməsi uşağın üzərində psixoloji yük yarada bilər:

“Bəzən valideynlər uşaqlarına qəribə və ya fərqli adlar qoymağa üstünlük verirlər. Lakin çox vaxt nəzərə alınmır ki, uşağa verilən ad onun şəxsiyyətinin formalaşmasında ilk və mühüm amillərdən biridir. Ad insanın kimliyinin başlanğıcı, özünü dərk etməsinin ilkin işarəsidir.

Bəzi hallarda isə mentalitetin təsiri ilə uşaqlara dünyasını dəyişmiş qohumların adları verilir. Bu zaman uşaq sanki həmin şəxsin yolunu, taleyini və ya missiyasını davam etdirməli imiş kimi qəbul olunur. Bu cür gözləntilər uşağın üzərində görünməz bir psixoloji yük yarada bilər.

Araşdırmalar və müşahidələr göstərir ki, tələffüzü çətin, qulağa xoş gəlməyən, yaxud mənası ağır emosional yük daşıyan adlar uşaqlarda utancaqlıq, stress, daxili gərginlik, bəzi hallarda isə depressiv əlamətlərin formalaşmasına səbəb ola bilir.

Uşağa ad seçimi unikal və düşünülmüş olmalıdır. Çünki hər ad özündə müəyyən məna, enerji və mesaj daşıyır və bu da uşağa yanaşma tərzinə, onun özünü necə hiss etməsinə birbaşa təsir edir.

Asan tələffüz olunan, qulağa xoş gələn, eyni zamanda özünəinam və güvən hissi aşılayan adların seçilməsi uşağın gələcək həyatında, şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır”.

Təhsil sənədlərinin hamısında adı yenidən dəyişməyə ehtiyac yoxdur

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, adını dəyişmək istəyən şəxs Ədliyyə Nazirliyinin qeydiyyat idarəsinə müraciət etməlidir:

“Ərizə əsasında əvvəl şəxsiyyət vəsiqəsi, sonra digər rəsmi sənədlər dəyişdirilir. Əgər orta məktəb attesstatı, diplomunda da addəyişmə etmək istəyirsə, yenə müvafiq qaydada müraciətlər edilməlidir”.

Hüquqşünas qeyd edib ki, təhsil sənədlərinin hamısında adı yenidən dəyişməyə də bilər. Bu halda addəyişmə haqqında şəhadətnaməni təqdim etməklə adının dəyişdiyini göstərə bilər”.

Araşdırma göstərir ki, ad seçimi təkcə estetik məsələ deyil, həm də hüquqi, psixoloji və sosial məsuliyyətdir. Uşağa verilən ad onun gələcək həyatına, özünü dərk etməsinə və cəmiyyətlə münasibətlərinə birbaşa təsir göstərir./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: “ABŞ-nin dəstəyi Ukrayna təhlükəsizliyinin əsas təminatıdır” – “Ukraynada Fransa və Britaniya qoşunları yerləşdiriləcək…”
Next: Respublika Neyrocərrahiyə xəstəxanasının mühafizə rəisinə DUR deyən olacaqmı?! -VİDEO

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.