Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 18
  • ABŞ Azərbaycanın regional rəqəmsal qovşaq roluna dəstək olmağa hazırdır

ABŞ Azərbaycanın regional rəqəmsal qovşaq roluna dəstək olmağa hazırdır

admin 18/02/2026
caleb_new

 

ABŞ Azərbaycanın regional rəqəmsal qovşaq kimi rolunun dəstəklənməsi imkanlarının araşdırılmasında maraqlıdır.

Bunu verdiyi özəl müsahibədə ABŞ Dövlət katibinin iqtisadi, enerji və işgüzar məsələlərlə bağlı köməkçisi Kaleb Orr bildirib.

“Hazırda Azərbaycanda 200-dən çox Amerika şirkəti fəaliyyət göstərir və biz ikitərəfli ticarətin, eləcə də iqtisadi əlaqələrin artmasını görmək istərdik. İqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün konkret istiqamətlərə energetikaya investisiyalar, regional əlaqəlilik infrastrukturunun inkişafı, müdafiə məhsullarının satışı da daxil olmaqla ticarət, eləcə də süni intellekt sahəsində tərəfdaşlıq və rəqəmsal infrastrukturun inkişafı daxildir”, – deyə o qeyd edib.

Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətindən danışan K.Orr bildirib ki, bu təşəbbüs Transxəzər ticarət marşrutunda mühüm bir həlqə yaradacaq.

“TRIPP Ermənistan ərazisində maneəsiz, multimodal nəqliyyat bağlantısını təmin edəcək. TRIPP-in Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikasına birləşdirərək, həmçinin Transxəzər ticarət marşrutunda əsas həlqə yaradaraq Ermənistan Respublikasının beynəlxalq və daxili bağlantısı üçün qarşılıqlı faydalar gətirəcəyi gözlənilir. TRIPP-in əsas məqsədi Azərbaycan və Ermənistanın rifahını, həmçinin təhlükəsizliyini möhkəmləndirmək, habelə regional ticarət və nəqliyyat bağlantısının genişləndirilməsi hesabına ABŞ ticarətinin inkişafına töhfə verməkdir. Bu təşəbbüs Mərkəzi Asiya və Qafqazı Avropa ilə birləşdirən yeni tranzit imkanları yaradacaq”, – deyə o bildirib.

K.Orr əlavə edib ki, Orta Dəhliz Avrasiya boyunca ticarəti transformasiya edə bilər.

“Transxəzər ticarət marşrutu (TCTR) və ya Orta Dəhliz – Mərkəzi Asiyanın çöllərindən, Xəzər dənizindən və Qafqazdan keçərək regionu ABŞ və Avropa bazarları ilə birləşdirən ticarət-nəqliyyat yoludur. Kritik infrastrukturun inkişafına investisiyalar və gömrük prosedurlarının təkmilləşdirilməsi ilə tam funksional TCTR Avrasiya daxilində və regionları arasında ticarəti dəyişdirə bilər. 2025-ci ilin noyabrında C5+1-in onuncu ildönümü münasibətilə keçirilən sammit zamanı Mərkəzi Asiyanın beş ölkəsi və ABŞ Transxəzər ticarət marşrutunun potensialının inkişafını təhlükəsiz yük, informasiya və enerji daşımalarının təmin edilməsi yolu ilə əlaqəliliyin və təchizat zəncirlərinin dayanıqlığının gücləndirilməsi üçün prioritet istiqamət kimi müəyyən ediblər”, – deyə o izah edib.

Orr hesab edir ki, tranzit və logistika, zəruri minerallar, aqrobiznes və rəqəmsal infrastruktura investisiyalar Amerika investisiyaları üçün imkanlar yaradacaq, eyni zamanda TCTR vasitəsilə daşınan malların və zəruri resursların həcmini artıracaq.

Enerji əməkdaşlığına gəldikdə, K.Orr bildirib ki, Amerika şirkətləri Azərbaycanın dəstəklənməsi məqsədilə neft-qaz sektorunda öz rollarını genişləndirmək imkanlarını araşdırmağa davam edirlər.

“Biz anlayırıq ki, Azərbaycanın neft-qaz sektoru artıq işlənmiş Xəzər yataqlarında hasilatın maksimuma çatdırılmasına, eləcə də daxili istehlak və ixrac üçün quruda və şelfdə yeni neft və qaz mənbələrinin axtarışı və işlənməsinə yönəlib. Bu imkanlara 2025-ci ildə “ExxonMobil” ilə SOCAR arasında qeyri-ənənəvi qurudakı neft-qaz ehtiyatlarının tədqiqi, işlənməsi və hasilatı üzrə imzalanmış Anlaşma Memorandumu daxildir. Həmçinin ixrac neft və qaz kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması variantları nəzərdən keçirilir. Amerika şirkətləri bu layihələrdə Azərbaycanın dəstəklənməsi məqsədilə artıq əhəmiyyətli olan neft-qaz fəaliyyətlərində öz rollarını genişləndirmək imkanlarını araşdırmaqda davam edirlər”, – deyə o əlavə edib.

K.Orr digər əməkdaşlıq sahələrinə də toxunaraq bildirib ki, Amerika şirkətləri elektrik enerjisi istehsalı və paylayıcı şəbəkə texnologiyaları sahəsində dünya liderləridir və bu, Azərbaycanın iqtisadi gələcəyi üçün mühüm istiqamətdir.

“Bundan əlavə, biz Amerika texnologiya şirkətləri ilə Azərbaycan arasında əlaqələrin qurulmasında və Azərbaycanın regionun rəqəmsal qovşağı kimi rolunun dəstəklənməsi imkanlarının araşdırılmasında maraqlıyıq. Azərbaycan həmçinin Transxəzər ticarət marşrutunda (Orta Dəhliz) mühüm rol oynayır. Ağıllı liman texnologiyalarına, müasir dəmir yolu infrastrukturuna və inteqrasiya olunmuş logistika qovşaqlarına Amerika investisiyaları Asiya ilə Avropa arasında daha sürətli və etibarlı ticarət axınlarını təmin edərək bağlantını gücləndirəcək”, – deyə o bildirib.

K.Orr həmçinin Amerika–Azərbaycan Ticarət Palatasının (USACC) işgüzar əlaqələrin, ticarət missiyalarının və şəbəkələşmə platformalarının təşviqində mühüm rolunu vurğulayıb. Bildirib ki, bu platformalar Amerika və Azərbaycan şirkətlərinə qarşılıqlı fəaliyyət göstərməyə və kommersiya imkanlarını reallaşdırmağa şərait yaradır:

“Bu tədbirlər Amerika şirkətləri üçün etimadın qurulmasına və kommersiya perspektivlərinin formalaşmasına kömək edir – bu isə uğurun böyük ölçüdə münasibətlərdən və yerli biliklərdən asılı olduğu inkişaf etməkdə olan bazarlarda həyati əhəmiyyət daşıyan funksiyadır”.

Bundan əlavə, Orrun sözlərinə görə, USACC regional biznes əməkdaşlığının inkişafına töhfə verir ki, bu da Azərbaycanın Cənubi Qafqazda geostrateji qovşaq kimi rolu nəzərə alınmaqla xüsusi önəm daşıyır.

“Onun enerji tranzit dəhlizlərində və regional bağlantı təşəbbüslərində tutduğu mövqe Amerika şirkətləri üçün əhəmiyyətli transsərhəd imkanlar açır. Məsələn, 2025-ci ilin sentyabr ayında USACC multimodal daşımalar, logistika və kritik infrastruktur sahələrində kommersiya imkanlarını araşdırmaq məqsədilə Amerika biznes nümayəndə heyətini Azərbaycana gətirib. Bu il USACC öz 30 illik yubileyini qeyd edir və bununla birlikdə ABŞ ilə Azərbaycan arasında ticarətə, investisiyalara və mədəni əlaqələrə dəstəyin 30 illiyini qeyd edir. Əminəm ki, tərəfdaşlığımız inkişafa davam edəcək və yaxın aylar və illərdə əməkdaşlığımızın daha da dərinləşməsini səbirsizliklə gözləyirəm”, – deyə o fikrini yekunlaşdırıb./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: BMT-nin xüsusi iclasında Azərbaycanın aqrar sistemlərin modernləşdirilməsi siyasətindən bəhs olunub
Next: Üç aydır Göyçaya başçı təyin edilən Orxan Mürsəlovdan da narazılıq var – ŞİKAYƏT

OXŞAR MÖVZULAR

xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026
azal-qeza---

Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək

admin 15/04/2026
vüqar-gülm

Vüqar Gülməmmədov: “Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib”

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.