Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 18
  • “Analoqsuz” məmur stolu… – Komitə sədri vətəndaşla niyə uzun məsafə saxlayır?

“Analoqsuz” məmur stolu… – Komitə sədri vətəndaşla niyə uzun məsafə saxlayır?

admin 18/02/2026
dini qurum

 

Azərbaycanda məmurların birbaşa vəzifələrinin icrası səviyyəsilə yanaşı, şəxsi səviyyəsi, etikası, əhali ilə davranışı, cəmiyyətdə özünü aparması və s. daim müzakirə və tənqid mövzusu olub. Bu baxımdan nazirlərdən, komitə sədrlərindən, icra başçılarından və digər iri məmurlardan narazılıqlar kifayət qədər çoxdur…

Elşad Miri öz sosial şəbəkə səhifəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun Sumqayıta səfəri ilə bağlı maraqlı paylaşım edib.

Paylaşıma Ramin Məmmədovun Sumqayıtda vətəndaşlarla görüşünü əks etdirən fotolar əlavə olunub. Fotolardan görünür ki, “vətəndaş qəbulu” adı altında keçirilən formal tədbirdə olduqca az sayda adam iştirak edir və onlar böyük bir masanın arxasında komitə sərindən az qala 10 metr məsafədə əyləşdirilir.

E.Mirinin həmin paylaşımında deyilir: “Nəyə və ya kimə lazımdır? Təsəvvür edin, Dini Komitənin sədri Sumqayıt şəhərində vətəndaşları qəbul edir. Sumqayıtla yanaşı Abşeron və Xızı rayonlarından olanlar da gəlir. Şəkillərə baxırsan ki, bir neçə nəfər qəbul edilib. Vətəndaşlarla araya qoyulan məsafədən bəhs etmirəm. Heç Prezident bu cür məsafə qoymadığı halda bunlar özlərini kimə oxşadırlar, anlamıram.

Sonra da qalxıb gedirlər Sumqayıt şəhərindəki “Cümə” məscidini ziyarət etməyə. Baxırsan ki, bu dəfə də qəbuldakı adam(lar) bunları qarşılayıblar. Bu qədər bəs deyil?”.

Əlavə edək ki, qeyd olunanlarla razılaşmamaq mümkün deyil. Doğrudan da, əksər iri məmurlar “vətəndaş qəbulu” adı altında ölkə rəhbərliyi qarşısında guya “iş görüntüsü” yaratmaqla məşğuldurlar. Bu “qəbullar” əksər hallarda formal xarakter daşıyır, onlarda əvvəlcədən hazırlanmış adamlar iştirak edir, problemlərinsə əksəriyyəti həll olunmamış qalır. Əvəzində, bu qurumlar öz sosial şəbəkə səhifələrində həmin görüşlərdən “palaz-palaz” fotolar və mətnlər paylaşaraq, guya vətəndaşla yaxından, gərgin işlədiklərinə dair saxta görüntü yaradırlar.

Azərbaycan məmurunun vətəndaşından hansı məsafədə olduğunu isə Dini Komitə sədri Ramin Məmmədovun Sumqayıtdakı qəbul stolunun uzunluğu simvolik olaraq göstərir. Əslində, hələ komitə sədri “toya getməlidir”. İri məmurlarla ölkə vətəndaşı arasında məsafə və fərq həmin stoldakından da min dəfələrlə, milyon dəfələrlə çoxdur.

“Bu məmurlar özlərini kimə oxşadırlar” sualı da maraqlıdır. Xatırladaq ki, buna bənzər stolda və məsafədə 2022-ci ildə Putin  Makronu oturtmuşdu. Onda Putin həm COVİD-ə yoluxmaqdan qorxduğunu, həm də Makrondan zəhləsi getdiyini göstərmişdi. Bəs, R. Məmmədovun timsalında Azərbaycan məmuru nədən qorxur və onun kimdən zəhləsi gedir?… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda qiymət artımı: Səbəb nədir?
Next: Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

OXŞAR MÖVZULAR

anar-arxkom

Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb

admin 15/04/2026
yeni_klinika

Yeni Klinikada böyük qalmaqal: Bölmə müdiri məcburi işdən çıxarıldı – Vüqar Qurbanov “boynundan atıb”

admin 14/04/2026
şapka mamed

“Aqrarkredit”lə “Azərinşaatservis” arasında milyonluq qalmaqal: Əmlaklar hara yoxa çıxıb?

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026
  • Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
türkiye-milli

Dünyanın ən dəyərli milli komandaları – Türkiyə NEÇƏNCİDİR?

admin 18/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.