Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 18
  • Vüqar Qurbanovun həbsinə hazırlıq gedir

Vüqar Qurbanovun həbsinə hazırlıq gedir

admin 18/02/2026
Vuqar-Qurbanov (1)

 

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildi. Qərar rəsmən elan olunsa da, səbəblər barədə ictimaiyyətə hər hansı geniş izah verilmədi. Sabiq rəhbər özü isə TƏBİB-in Müşahidə Şurasının qərarını “normal qarşıladığını” bildirməklə kifayətləndi.

Amma bu açıqlama suallara aydınlıq gətirmədi. Çünki bu qərar əksəriyyət tərəfindən səhiyyə sistemi daxilində daha ciddi proseslərin başlanğıcı kimi qiymətləndirilir.

Yenicag.az Modern.az-a istinadla xəbər verir ki, məsələ adi kadr dəyişikliyi çərçivəsindən xeyli kənardadır. Hətta sabiq rəhbərin yaxın günlərdə hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb ediləcəyi, həbsinin qaçılmaz olduğu iddiaları səslənir.

Maraqlıdır ki, qərardan dərhal sonra sabiq rəhbərə yaxın media resurslarında yumşaq tonlu, məsuliyyəti minimuma endirən yazılar yayımlandı. Bu isə ictimai rəyin yönləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. Lakin rəsmi izahın olmaması iddiaların daha da böyüməsinə şərait yaradır.

Yayılan məlumatlarda ən ciddi məqam qurum daxilində qərarvermə mexanizmlərinin şəxsi münasibətlər üzərindən formalaşmasıdır. İddialara görə, TƏBİB-də əsas idarəçilik rıçaqları sabiq rəhbərin yaxın çevrəsinin əlində cəmləşibmiş.

Əgər bu məlumatlar təsdiqini tapsa, söhbət sadəcə etik pozuntudan deyil, dövlət idarəçiliyində maraqlar toqquşmasından və vəzifə səlahiyyətlərindən sui-istifadədən gedə bilər. Bu isə artıq hüquqi müstəviyə çıxarıla biləcək məsələdir.

Digər diqqətçəkən məqam sabiq rəhbərin səhiyyə naziri postuna iddialı olması ilə bağlı yayılan informasiyadır. Qeyd edək ki, Azərbaycanda səhiyyə siyasətinin formalaşdırılmasına görə məsul qurum Səhiyyə Nazirliyidir.

TƏBİB isə icraedici funksiya daşıyır və İcbari Tibbi Sığorta sisteminin tətbiqində əsas rol oynayır.

Mənbələr bildirir ki, məsələ təkcə kadr dəyişikliyi ilə yekunlaşmaya bilər. Hüquq-mühafizə orqanlarının araşdırma apardığı iddia olunur. Söhbət maliyyə intizamı, satınalmalar, kadr təyinatları və struktur qərarlarının qanunauyğunluğundan gedir.

TƏBİB son illər milyardlarla manatlıq dövlət vəsaitinin dövriyyədə olduğu quruma çevrilib. Bu isə avtomatik olaraq şəffaflıq və hesabatlılıq məsələsini prioritetə çıxarır. Əgər audit və ya istintaq nəticəsində pozuntular aşkar edilərsə, cinayət işinin başlanması istisna deyil.

Hazırda ortada rəsmi ittiham yoxdur. Lakin fakt budur ki, səbəbsiz və izahsız uzaqlaşdırma dövlət idarəçiliyində nadir hallarda baş verir.

Bir məsələ aydındır ki, proses yeni başlayır. Və görünən odur ki, “bu xəmir” həqiqətən də çox su aparacaq./yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: TƏBİB-də köklü dəyişikliklər – Zaur Əliyev də gedir, kimlər gələcək?
Next: AMEA-nın Memarlıq və İncəsənət İnstitutu dövlətin pulun belə incələyir:”SİNAM” MMC seçimi və cavabsız suallar

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.