Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 19
  • BP Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib

BP Xəzərdə dəniz əməliyyatları və texniki xidmət üzrə müqaviləsini yeniləyib

admin 19/02/2026
bp-az

 

BP Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağının və Şahdəniz qaz yatağının operatoru kimi bu gün platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə SOCAR AQŞ və ABŞ-nin Helmerich & Payne (H&P) şirkətinin birgə müəssisəsi olan “Turan Drilling & Engineering Company” MMC ilə müqavilənin yeniləndiyini elan edib.

Yenilənmiş müqavilə Xəzər dənizində bp-nin idarə etdiyi səkkiz neft və qaz hasilatı platforması – Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq, ACE və Şahdəniz Alfa platformalarının istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir. Müqavilənin iş həcminə personal dəstəyi, texniki xidmət işlərinin icrası, ehtiyat hissələrin idarə olunması, anbar təsərrüfatının təşkili, eləcə də qurğuların bütövlüyü və konstruksiyaların texniki xidməti üzrə yeni yaradılmış mühəndislik qrupunun idarə edilməsi daxildir.

2026-cı ilin mart ayından qüvvəyə minəcək bu müqavilənin ilkin müddəti beş ildir, sonra isə üç dəfə birillik müddətə uzadılma imkanı da var. Müqavilənin ümumi dəyəri hər üç uzadılma müddətinin həyata keçəcəyi halda 1 milyard ABŞ dollarından çox ola bilər.

Bu, Xəzər regionunda bp-nin güclü yerli tərəfdaşlığı olan şirkətlə bağladığı növbəti bir iri müqavilədir. Bu müqavilə bp və tərəfdaşlarının Azərbaycanda fəaliyyətə başladığı vaxtdan əsas öhdəlik kimi yerli potensialın inkişaf etdirilməsi üzrə həyata keçirdikləri uzunmüddətli strategiyanın daha bir əməli təsdiqidir. Yenilənmiş müqavilə həmçinin bp-nin SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədinə uyğundur.

bp-nin quyular üzrə vitse-prezidenti Rassel Morris deyib: “”Turan Drilling & Engineering Company” ilə olan uzunmüddətli müqaviləmizin yenilənməsindən çox məmnunuq. Xəzər regionunda uzun müddətdir təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərən operator kimi biz onilliklərə söykənən beynəlxalq təcrübəni, qabaqcıl qlobal yanaşma və texnologiyaları, SOCAR-ın Xəzərə dair dərin biliklərini və regionun qazma sənayesindəki aparıcı mövqeyini özündə birləşdirən bir şirkətlə əməkdaşlığımızın davam edəcəyindən həqiqətən məmnunuq. bp regiondakı 33 illik uğurlu fəaliyyəti çərçivəsində Xəzərdə dünya səviyyəli platformaların istismarını həyata keçirir. İnanırıq ki, bu yeni müqavilə əməliyyatların təhlükəsiz, səmərəli şəkildə və qlobal sənaye standartlarına uyğun aparılması üzrə davamlı öhdəliyimizi dəstəkləyəcək.”

bp və tərəfdaşlarının Azərbaycan qarşısında güclü və uzunmüddətli öhdəliyi var və onlar 33 ildir ki, ölkədə həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində fəal iştirak edirlər. İndiyədək bp öz tərəfdaşları ilə birlikdə Azərbaycanda neft-qaz layihələrinə və əlaqədar sahələrə 89 milyard dollardan artıq sərmayə yatırıb, təqribən 4,6 miyard barel AÇG nefti və 264 milyard kubmetr Şahdəniz qazı hasil edib, Ceyhanda 6000-dən çox tanker yükləyib.

Bu nailiyyətlər Azərbaycanda enerji sahəsinin dəyişməsinə əhəmiyyətli təsir edib və regionun inkişafına töhfə verib.

bp-nin operatorluğu ilə həyata keçirilən layihələr öz əsas biznes məqsədlərindən əlavə yerli icmalar üçün geniş mənfəətlər gətirib – çoxsaylı iş yerləri açılıb, gəlir imkanları yaradılıb, iqdisadi inkişafa dəstək verilib, işbirlikləri yaradılıb, yerli sahibkarlıq inkişaf etdirilib təhsil və yerli bacarıqların inkişafına, idman və mədəni irs layihələrinə dəstək verilib.

İndiyədək bp öz tərəfdaşları ilə birlikdə sosial dayanıqlılıq layihələrinə 115 milyon dollardan çox vəsait xərcləyərək əməliyyatlarının qonşuluğunda yaşayan icmalara uzunmüddətli müsbət faydalar gətirib.

PAYLAŞIN:

Continue Reading

Previous: 4 ölkə üçün Azərbaycana viza tələbi ləğv edildi
Next: Sumqayıtda iki internat tipli gimnaziyada nöqsanlar aşkarlanıb

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.