Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Fevral
  • 19
  • Zəngin ölkənin turist dərdi… – Azərbaycan əcənəbilər üçün niyə cazibədar ola bilmir?

Zəngin ölkənin turist dərdi… – Azərbaycan əcənəbilər üçün niyə cazibədar ola bilmir?

admin 19/02/2026
turist1

 

Cənubi Qafqazda ərazisi, əhalisi və iqtisadiyyatının həcmi digər iki qonşusunun birlikdə göstəricilərindən iki dəfə böyük olan Azərbaycanın turizmdən əldə etdiyi gəlirlər olduqca aşağıdır. Konkret desək, bu göstərici Gürcüstanın və Ermənistan qazancından 2–2.5 dəfə azdır. Statistik məlumatlara görə, 2025-ci ildə gürcülər 4,6 milyard, ermənilər isə 3,6 milyard dollar gəlir əldə ediblər.

Azərbaycanın gəliri isə cəmi 1,9 milyard manat civarında olub. Baxmayaraq ki, paytaxt Bakıda hər il “Formula-1” Qran-prisi, müxtəlif idman yarışları, beynəlxalq turnirlər, olimpiadalar, sərgilər və forumlar keçirilir, böyük auditoriyaya malik televiziya kanallarında reklam çarxları yayımlanır, xarici bloqerlər dəvət olunur, istənilən nəticə əldə edilmir.

Post-neft dövründə turizmi əsas gəlir mənbəyi elan etmiş ölkə kiçik qonşularından dəfələrlə geri qalır. İlk baxışdan bu, təəccüblü görünür. Axı Bakıdakı dəbdəbəli beşulduzlu otellər, restoranlar, əyləncə mərkəzləri, dünya brendlərinin satıldığı butiklər nəinki qonşu ölkələrdə, ümumilikdə postsovet məkanında belə geniş yayılmayıb. Böyük neft pulları paytaxtın simasını tamamilə dəyişib. Şərqi Avropa və keçmiş sovet ölkələrini gəzib Bakıya gələn xarici turist hava limanından şəhər mərkəzinə doğru hərəkət edərkən özünü klassik postsovet ölkəsində hiss etmir. Lakin görünür, bu dəbdəbə ölkəyə turist cəlb etmək üçün kifayət etmir.

Əlbəttə, turizm təkcə səyahətlə məhdudlaşmır. Təhsil, tibb və digər sektorlar da turist cəlb edən əsas istiqamətlərdəndir. Təhsil almaq üçün Azərbaycana Pakistandan, İrandan, Türkiyədən və Şərqi Avropa ölkələrindən gələnlər var. Həmçinin Naftalan və Qalaltı kimi müalicəvi kurortlar postsovet məkanında məşhurdur; hər il minlərlə turist istirahət və müalicə məqsədilə bu ünvanlara üz tutur.

Bəs Gürcüstanı və Ermənistanı daha cazibədar edən nədir? Bu ölkələrin turizm sənayesi Azərbaycandan nə ilə fərqlənir? Hansı problemlər Qafqazın iki ölkəsinə turist axınını artırdığı halda, üçüncü qonşuda əks tendensiya yaradır?

2025-ci ilin yekunlarına dair rəsmi statistikaya görə, Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı 2024-cü illə müqayisədə təxminən 3 faiz və ya 51 min nəfər azalaraq 1,804 milyon nəfərə enib. Bu göstərici pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə isə təxminən 1,1 milyon nəfər və ya 59 faiz azdır. Həmin ildə ölkəyə turizm məqsədilə gələn əcnəbilərin sayı 2,9 milyona yaxın idi.

Şübhəsiz ki, bu rəqəmlər ölkənin quru sərhədlərinin altı ilə yaxındır bağlı qalması ilə bağlıdır. Azərbaycan hər il Gürcüstan və Rusiya ilə quru sərhədlər vasitəsilə yüz minlərlə xarici vətəndaş qəbul edirdi. Onların əhəmiyyətli hissəsini qonşu ölkələrdə yaşayan və işləyən soydaşlarımız təşkil edirdi. Sərhədlərin bağlı qalması qonşularla əlaqələri, o cümlədən ticarəti məhdudlaşdırıb. Nəticədə regionlarda fəaliyyət göstərən turizm obyektlərinin və onları yerli məhsullarla təmin edən təsərrüfat subyektlərinin gəlirləri kəskin azalıb.

Statistikada regionlar ayrıca göstərilməsə də, əcnəbilərin xərclərinin azalmasında bölgələrin xüsusi çəkisi olduğu şübhə doğurmur. Belə ki, 2025-ci ildə turistlər Azərbaycanda 3,258 milyard manat xərcləyiblər. Bu, 2024-cü illə müqayisədə 145 milyon manat və ya 4,3 faiz azdır. Pandemiyadan əvvəlki dövrlə müqayisədə isə turizm xidmətlərinin ixracından əldə olunan gəlirlər faktiki olaraq dəyişməyib və 1,9 milyard dollar səviyyəsində qalıb. Halbuki regionda turizmin inkişafını prioritet elan edən Gürcüstan xarici turizmdən gəlirlərini 46 faiz artırıb. Belə ki, bu ölkədə turizm xidmətlərinin ixracı 2019-cu ildə 2,4 milyard dollar idisə, 2025-ci ildə 3,5 milyard dollara yaxınlaşıb.

Sərhədlərin bağlı qalması paralel olaraq Azərbaycan vətəndaşlarının da xaricə turist səfərlərinə mənfi təsir göstərib. Pandemiyadan əvvəl xaricə turist səfərinə gedən vətəndaşların sayı 4,4 milyon nəfər idisə, 2025-ci ildə bu göstərici üç dəfədən çox azalaraq 1,3 milyon nəfərə enib.

İkinci mühüm səbəb Bakıda Xəzər dənizi sahilində mövcud turizm potensialından düzgün istifadə olunmamasıdır. Mövcud 5–6 çimərlik hətta minimal standartlara belə cavab vermir, əlaqəli infrastruktur isə bərbad vəziyyətdədir. Bu səbəbdən yay mövsümündə paytaxt sakinlərinin əhəmiyyətli hissəsi dənizdən istifadə etmir.

Üçüncü səbəb kimi bahalı beşulduzlu otellərin əcnəbilər üçün kifayət qədər cəlbedici olmamasını göstərmək olar. Onların gəlirlərinin əsas hissəsi dövlət tədbirlərindən formalaşdığı üçün adi turistlər üçün xüsusi xidmət paketləri təklif etməkdə maraqlı görünmürlər. Digər tərəfdən, paytaxtda və regionlarda 2–3 ulduzlu otellərin və hostellərin sayı azdır; xidmət səviyyəsi aşağı olsa da, qiymətlər yüksəkdir.

Dördüncü səbəb tarixi məkanların və abidələrin yetərincə təbliğ olunmamasıdır. Azərbaycana gələn turistlər əsasən 4–5 ünvana – Qız qalası, Şirvanşahlar sarayı, Yanardağ kompleksi və Qobustan qayaüstü rəsmlər muzeyinə üz tutur. Regionlarda ən çox ziyarət edilən şəhər Şəkidir. Halbuki tarixi abidələrlə zəngin qədim Gəncə şəhərinin böyük turizm potensialı var, lakin ondan kifayət qədər istifadə olunmur. Eyni sözləri tarixi izlərini qoruyub saxlayan digər bölgələrimiz barədə də demək olar.

Əlbəttə, digər çoxsaylı səbəblər də mövcuddur. Buraya dövlət və özəl sektor tərəfindən xarici sərmayələrin cəlb olunması sahəsindəki problemlər, turizm yönümlü biznesin və sahibkarlıq subyektlərinin zəif inkişafı, sənaye ilə əlaqəli digər sahələrin ibtidai səviyyədə qalması və s. daxildir.

Azərbaycan hökuməti həqiqətən də post-neft dövründə bu sahəni prioritet hesab edirsə, dünya liderlərindən olan qardaş Türkiyənin təcrübəsini dərindən öyrənməli və tətbiq etməlidir. Türkiyə şirkətlərinin ölkəyə cəlb olunmasına şərait yaradılmalıdır. Bu, Azərbaycana yeni – böyük maliyyə gəliri gətirən turizm mədəniyyəti qazandıra bilər. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Ramazan ayı başladı – TƏQVİM
Next: İranla TİCARƏT dövriyyəmiz KİÇİLİR – İlginc SƏBƏB, bahalaşma RİSKİ

OXŞAR MÖVZULAR

erzaq-pul

Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO

admin 15/04/2026
ictimaineqliyyat

Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

admin 15/04/2026
emlak-ev

Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir?

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026
  • Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib 15/04/2026
  • Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi – Rusiya kompensasiya ödəyəcək 15/04/2026
  • “Türkiyənin hərbi münaqişədə məğlub olma ehtimalı yoxdur” – İsrail mətbuatından maraqlı Türkiyə analizi 15/04/2026
  • Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ) 15/04/2026
  • Avropanın gizli “Hörmüz planı” üzə çıxdı… – ABŞ və İsrail prosesdən kənarda saxlanılır 15/04/2026
  • Orban getdi: “Politico” Avropa İttifaqını “dağıda biləcək” 5 lideri açıqladı 15/04/2026
  • Daşınmaz əmlak bazarında durğunluq: Qiymətlər niyə enmir? 15/04/2026
  • İran böhranı böyüyür – “Dünya ikinci şoku yaşayacaq” 15/04/2026
  • Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər 15/04/2026
  • Azərbaycanda tədavülə yenilənmiş pul nişanı buraxılır (FOTO) 15/04/2026
  • Baş nazir Komitə sədrini ittiham edib və… – Anar Quliyevin səlahiyyətləri alınıb -Nazirlər Kabinetinin iclasına dəvət olunmayıb 15/04/2026
  • Varlı azərbaycanlıların yeni modası – xaricdə doğuş 15/04/2026
  • Ən təhlükəli kredit növləri – Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.