Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 12
  • Boşananların sayı sürətlə artır, aliment problemi ciddiləşir – HƏLL YOLU NƏDİR?

Boşananların sayı sürətlə artır, aliment problemi ciddiləşir – HƏLL YOLU NƏDİR?

admin 12/03/2026
f947ae11-f45d-41bb-8e69-db6ed257325d

 

Son illərdə aliment işlərinin sayı sürətlə artıb və təkcə 2025-ci ildə 141 min iş icraata verilib. Aliment ödəməkdən yayınan şəxslərə qarşı inzibati cəzalar və həbs hallarının artması bu məsələnin ciddi hüquqi nəticələr doğurduğunu göstərir. Maraqlıdır ki, yalnız kişilər deyil, aliment ödəyən qadınların da sayı artmaqdadır, bu isə boşanma sonrası məsuliyyət bölgüsündə dəyişikliklərə işarə edir.

Bu fonada əsas sual yaranır: sərt cəzalar problemin həllinə yetərincə təsir edir, yoxsa alimentin ödənməsini təmin etmək üçün daha effektiv və avtomatlaşdırılmış mexanizmlər tətbiq olunmalıdır?

Hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Ruslan Mustafazadə mövzu ilə bağlı açıqlamasında bildirib ki, nikahın ləğvi ilə bağlı proseslərin sayı davamlı olaraq artır. Lakin nikahın ləğvi təkcə nikahın pozulması məsələsini həll etmir. Həmçinin, nikah ləğv edildikdən sonra uşaqların kimdə qalacağı, aliment öhdəlikləri və nikahda əldə edilmiş birgə əmlakın bölgüsü məsələləri də həll olunmalıdır.

“Vətəndaşlar əsasən aliment öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı problemlərlə qarşılaşırlar. Yəni, məhkəmə yalnız alimenti təyin etməklə proses bitmir; onun ödənilməsi də vacibdir. Statistikaya görə, demək olar ki, hər bir şəhər və rayon məhkəmələrinin icraatında aliment öhdəliyini yerinə yetirməyən şəxslər barəsində inzibati xəta protokolları tərtib olunur və müxtəlif cəzalar – cərimə və ya inzibati həbs tətbiq edilir”.

Hüquqşünas vurğulayıb ki, alimentin ödənilməməsi ilə bağlı problemlər kifayət qədər genişdir və onların müzakirəsi gələcəkdə həll yollarının tapılmasına imkan yaradır: “Cəzaların sərtləşdirilməsi isə problemin tam həlli demək deyil. Çünki aliment öhdəliyinin icrasına dair icraatlarda əksər hallarda vətəndaşlar qəsdən yayınmırlar. Qəsdən yayınma halları mövcud olsa da, əksər hallarda şəxs bunu ödəyə bilmir. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, şəxsin aliment öhdəliyi var, amma o öhdəliyi icra eləməkdən qəsdən yayınır. Məsələn, şəxsin kifayət qədər gəliri olsa da, alimenti ödəməkdən yayınması halında məhkəmə cəza tətbiq edir. Lakin bir çox hallarda şəxsin gəliri alimenti tam və vaxtında ödəməyə imkan vermir və bu halda qəsdən yayınma sübut edilə bilmir. Buna baxmayaraq, bəzi hallarda məhkəmələr bu şəxslərə də cəza tətbiq edir ki, bu da maddi vəziyyəti zəif olan şəxslərin durumunu daha da çətinləşdirir”.

Sonda vəkil qeyd edib ki, bu problemi həll etmək üçün yalnız hüquqi tədbirlər yetərli deyil: “Maddi imkanları məhdud olan şəxslər üçün dövlət tərəfindən sosial tədbirlərin görülməsi, onların əmək bazarına cəlb olunması və digər dəstək mexanizmlərinin yaradılması vacibdir. Düşünürəm ki, bu məsələ artıq hüquqi çərçivəni aşaraq sosial problemlər sahəsinə daxil olub. Mövzu kifayət qədər müzakirəyə açıqdır və hesab edirəm ki, onun həll imkanları mövcuddur”.

PAYLAŞIN:

Continue Reading

Previous: İRAN REJİMİ HÖRMÜZÜ CƏHƏNNƏMƏ ÇEVİRİR – ABŞ və İsrail acizdir, nə olacaq?
Next: “Rusiya İrandakı müharibədən azı üç yolla faydalanır…” – Pol Qobl açıqladı

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.