Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 16
  • Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib”

Fərid Şahbazlı: “Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib”

admin 16/03/2026
ferid-şhb

 

“Qlobal Bakı Forumu artıq beynəlxalq səviyyədə fikir mübadiləsinin aparıldığı, qlobal problemlərin müzakirə olunduğu və ortaq yanaşmaların formalaşdırıldığı mühüm platformalardan birinə çevrilib. Bu forum təkcə beynəlxalq dialoq üçün meydan deyil, eyni zamanda dəyişən dünya nizamında əməkdaşlıq imkanlarının müzakirə edildiyi strateji məkan kimi diqqət çəkir”.

Bu fikirləri siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib.

O qeyd edib ki, son illərdə forumun gündəliyinə daxil edilən mövzular onun beynəlxalq əhəmiyyətini daha da artırıb. Onun sözlərinə görə, Qlobal Bakı Forumu artıq regional məsələlərdən kənara çıxaraq qlobal təhlükəsizlik, siyasi sabitlik və beynəlxalq əməkdaşlıq kimi fundamental mövzuların müzakirə olunduğu nüfuzlu platformaya çevrilib.

“XIII Qlobal Bakı Forumunun keçirilməsi bir daha göstərdi ki, dünya siyasətində ciddi transformasiya prosesləri gedir və ənənəvi təhlükəsizlik mexanizmləri əvvəlki effektivliyini qismən itirib. Belə bir dövrdə dövlətlər arasında dialoq və qarşılıqlı etimadın gücləndirilməsi üçün yeni platformalara ehtiyac yaranır. Qlobal Bakı Forumu da məhz bu ehtiyacdan irəli gələrək müxtəlif ölkələrdən siyasətçiləri, ekspertləri və qərar qəbul edən şəxsləri bir araya gətirən mühüm müzakirə məkanına çevrilib”, – deyə siyasi şərhçi bildirib.

Fərid Şahbazlı vurğulayıb ki, forumun açılış mərasimində Prezident İlham Əliyevin çıxışı müasir beynəlxalq münasibətlər sistemində prioritet hesab olunan məsələlərə diqqət çəkib.

“Dövlət başçısı xüsusilə təhlükəsizlik və sabitliyin hər bir ölkənin inkişafı üçün əsas şərt olduğunu vurğuladı. Müasir geosiyasi reallıqlar fonunda bu yanaşma olduqca aktualdır. Çünki münaqişələrin artdığı və beynəlxalq münasibətlər sistemində qeyri-müəyyənliyin gücləndiyi bir dövrdə sabitlik və təhlükəsizlik məsələləri bütün digər sahələrin inkişafı üçün baza rolunu oynayır”, – deyə o qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, forum çərçivəsində enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri kimi strateji məsələlər də xüsusi diqqət mərkəzində olub.

“Azərbaycanın həyata keçirdiyi enerji və logistika layihələri regionlar arasında iqtisadi əlaqələrin genişlənməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır. Bu layihələr ölkəmizin beynəlxalq iqtisadi və siyasi sistemdə etibarlı tərəfdaş kimi qəbul edilməsinə də mühüm töhfə verir”, – deyə Fərid Şahbazlı bildirib.

O əlavə edib ki, müasir dövrdə geosiyasi balansın dəyişməsi və beynəlxalq münasibətlər sistemində rəqabətin artması qlobal səviyyədə daha geniş dialoq platformalarına ehtiyac yaradır.

“Qlobal Bakı Forumu bu baxımdan fərqli siyasi mövqelərə malik tərəflərin eyni platformada müzakirə aparmasına imkan verən mühüm dialoq məkanıdır. Azərbaycanın belə bir beynəlxalq dialoq platformasına ev sahibliyi etməsi isə ölkənin regional və qlobal siyasətdə artan rolunun göstəricisidir”, – deyə siyasi şərhçi fikrini tamamlayıb./Yenicag.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Ölüb, yoxsa sağdır?” müəmması: Netanyahu ilə bağlı ziddiyyətli xəbərlər yayılır
Next: İranı kim idarə edir: “Süni intellekt Ayətullahı” və görünməz LİDER – SİRLƏR AÇILIR

OXŞAR MÖVZULAR

vuqar-bay-

Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı

admin 17/04/2026
ilham-uşaq

“Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”

admin 16/04/2026
xin-y

Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumla bağlı başsağlığı verib

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.