Skip to content
03/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2026
  • Mart
  • 19
  • Milli dəyərlərin daşıyıcısı: Novruz ənənələri necə dəyişir?

Milli dəyərlərin daşıyıcısı: Novruz ənənələri necə dəyişir?

admin 19/03/2026
novruz-xonça
Artıq Baharın ayaq səsləri eşidilir. Sabah Novruz bayramı qeyd ediləcək. Bayrama qədər isə Azərbaycanda Novruzun yaranma mərhələlərini əks etdirən dörd ünsür – su, od, yel və torpaqla bağlı mərasimləri qeyd olunub.
Bu gözəl bayramın özünəməxsus atributları var: Səməni, adət və ənənələr, oyunlar və bayram süfrəsi…
Hər il mart ayında buğdadan cücərdilən səməni Novruzun əsas elementidir. Səməni ilk çərşənbədən əvvəl cücərdilməyə başlayır. Novruz bayramı vaxtı tam böyümüş olur. Bundan sonra Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunların arasında artırma, halay, keçəl, bənövşə, haxışta, cıdır, ənzəli, Kos-kosa, yumurta döyüşdürmə, qurşaqtutma, papaqatdı və baharbəndi və s. yer alır. Bayram süfrəsi üçün xonça bəzədilir. Xonçanın içində səməni, şəkərbura, paxlava, şor-qoğal, yumurta, fındıq, qoz, badam və s. nemətlər olmalıdır. Əvvəllər hər evdə bir həftə əvvəl bayram süfrəsinin hazırlıqları başlayardı. Amma…
Bu gün Novruz ənənələrinin böyük qismi ilə vidalaşmışıq. Bəs, Azərbaycanın əziz bayramı sayılan Novruz adət-ənənələrini bizə unutduran nədir?
Kulturoloq Aydın Xan Əbilov  açıqlamasında bildirib ki, Novruz bayramı və çərşənbələri ilə bağlı ənənəvi dünyagörüşlər, baxışlar və mərasimlərin reallaşdırılması ildən-ilə dəyişir:
“Həm format baxımından, həm də hər yeni nəsil onun bəzi tərəfərini itirir, bəzi tərəflərini artırılar. Bununla əlaqədar müxtəlif dəyişikliklər baş verir. İndi Novruz bayramı və çərşənbələr daha çox virtual, yəni messencer, votsapp tipli çatlar vasitəsi ilə insanların bir-biri ilə bayramlaşması forması daha çox görsənir”.
Aydın Xan Əbilovun sözlərinə görə, bütün bunlar bu bir daha onu göstərir ki, Azərbaycan Avropada gedən proseslərin təkrarını yaşayırıq:
“Yəni, cəmiyyət olaraq insanların yaşlaşması, qocalması və yaşlaşdıqca da tənbəlləşməsi artıq əvvəlki bayram əhval-ruhiyyəsini, gözəlliklərini öz həyatlarına tətbiq edə bilməməsi göz qarşısındadır. Sözsüz ki, burada sosial şəbəkələrin rolu var. Amma ondan əvvəl də sosial-iqtisadi, mədəni vəziyyəti də nəzərə almaq mütləqdir. Ətrafımıza baxanda əvvəl hər evdə uşaq sayı çox idi, indi hər evdə bir, ya iki uşaq var. Onların da 40%-i xəstə uşaqlardır. Valideynlər bəzi səbəblərdən onları həyətə buraxmırlar. Əvvəl şəhərdə, məhəllələrdə boş yerlər çox idi. İndi həmin yerlərin hamısı dağıdılıb, tikintilərlə əvəzlənib. Həyətlər tutulub, uşaqarın tonqal yandıra bilmək üçün yerləri yoxdur. Eyni zamanda Novruz bayramı, ilaxır çərşənbələrdə müxtəlif partlayıcı maddələrdən istifadə edirdilər, uşaqlar şənlənirdi, fişənglər atırdılar. Onların da satışı və ölkəyə gətirilməsi qadağan edildi”.
Aydın Xan Əbilov Novruzun özünün bir növ kommersiyalaşdırıldığını diqqətə çatdırıb:
“Əvvəlllər həyətlərdə, küçələrdə, tonqal ətrafında olan bayramlaşma, real görüşlər indi virtual görüşlərlə, ən yaxşı halda xarici ölkələrə, yaxud rayonlara gedib kollektiv şəkildə beynəlxalq, yaxud daxili turuzmin imkanlarından istifadə edərək restoranlarda yeyib-içib, şənlənmək, rəqs etmək formasında qeyd edirlər. Bu heç də o demək deyil ki, bayram ənənələri yoxa çıxıb. Sadəcə, ənənələrin formatı dəyişib. Yenə də həm xaricdə, həm də daxildə yaşayanlar bayram edir”.
Aydın Xan Əbilov bayram hazırlıqlarının bir tərəfinin həm də iqtisadiyyata dayandığını əlavə edib:
“Novruz bayramı olan mərasimlər artıq karnaval formatında qeyd olunmağa başlayıb. İş adamları Novruz atributlarını istehsal edirlər. Hətta tonqalın özünü belə biz artıq satışda görürük. Səməni və yumurtalar əvvəl hər evdə hazırlanırdı. Artıq onu da kommersiyalaşdırıblar. Novruz şirniyyatları evdə bişirdi, indi hər mağazada satılır. Ona görə bizə elə gəlir ki, bayram ənənələri itib. Novruz ənənələri sadəcə kommersiyalaşıb, kreativ bisnesin bir formasına çevrilib”.
Aydın Xan Əbilov onu da əlavə edib ki, insanların iqtisadi-sosial vəziyyəti bütün dünyada olduğu kimi Azərbaycanda da çətindir:
“İşsizlik var, maaşlar azdır, qiymətlər qalxıb, ona görə də bayram bayram kimi qeyd edilmir”./Qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Ali məktəblərdə təhsil haqları artacaq – SƏBƏB
Next: Əraqçi Makrona qəzəbləndi: “Bir kəlmə də deməyib, lakin…”

OXŞAR MÖVZULAR

2022-07-14-09-19-40sJ0KhkqSemVvCuXPYZKD_file

Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq?

admin 01/05/2026
imtahan-yeni

Buraxılış imtahanının nəticələri elan olundu

admin 01/05/2026
f15b1c6c9789245a5e734e1063cce228_Untitled-1

Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış

admin 01/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda pul verib əsgər getməmək mümkün olacaq? 01/05/2026
  • Buraxılış imtahanının nəticələri elan olundu 01/05/2026
  • Aliment fondu ilə bağlı mübahisə: Ekspert və deputatdan fərqli baxış 01/05/2026
  • Yaxın Şərqdə yenidən müharibə təhlükəsi – İran ABŞ-ni “ağrılı zərbələr”lə hədələyir 01/05/2026
  • İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib 01/05/2026
  • ABŞ bu türk ölkəsinə ayaq açdı: Rusiya üçün böyük təhdid… 01/05/2026
  • Azərbaycanın Avropa parlamenti ilə əməkdaşlığı dayandırılır – Milli Məclis qanun qəbul etdi 01/05/2026
  • Atəşkəs əvəzinə sanksiyaların ləğvi – ABŞ və Rusiya Ukraynaya dair nəyi müzakirə edir? 01/05/2026
  • AYİB Şəkidə su infrastrukturunun yaxşılaşdırılması üçün 91 milyon avro krediti təsdiqləyib 01/05/2026
  • İrəvandan milyarderə Qarabağ təpkisi: Öz fərari oğlunun hesabına “qaytaracaqsan”? 01/05/2026
  • Bu sahibkarlara yeni rüsum və qadağalar gəlir – Yeni qanunda nələr var? 01/05/2026
  • Saleh Məmmədov sevimli kadrı Məzahir Səlimovun şirkəti ilə nə qədər büdcə vəsaiti talan edib 01/05/2026
  • Qazaxıstanın AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir 01/05/2026
  • Əmək qabiliyyətini itirənlərə verilən müavinətlə bağlı YENİLİK 01/05/2026
  • ARXALI DİREKTORUN UĞURSUZ MÜBARİZƏSİ və yaxud Afaq Əliyevanın 201 nömrəli məktəbdə yaratdığı intriqalar öz başında necə çatladı 01/05/2026
  • Türkiyə lideri Ermənistana səfər edəcək? – Cənubi Qafqazda yeni diplomatik sınaq 01/05/2026
  • Bankların “qara siyahı”sından necə çıxmaq olar? 01/05/2026
  • Bu hallarda gömrük bəyannamələri ləğv edilə bilər 01/05/2026
  • Azərbaycanda bəzi müavinətlərin təyinatında yeni mexanizm qüvvəyə minir 01/05/2026
  • OPEK Azərbaycanın sübut olunmuş qaz ehtiyatlarının həcmini açıqlayıb 01/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.